SAATLIQ

Saylarla yanaşı işlənib, bir işin neçə saata görüldüyü, görülə biləcəyi, yaxud davam etdiyi müddəti bildirir. 8 saatlıq iş günü.
– Yar, arxanda bir dağam; Yatmamışam, oyağam; Dola qolun boynuma; Bir saatlıq qonağam. (Bayatı).
[Qəhrəman:] Günorta zamanı olardı.
Şəhəri yarım saatlıq bir sükut bürüdü. H.Nəzərli.

◊ Bir saatlığa – müvəqqəti olaraq, hələlik, bir anlığa.
Bir saatlığa belə tutaq ki, … hərəmxana işləri tüpürməyə layiq bir şeydir. C.Məmmədquluzadə.

SAATLARLA
SAATSAZ

Значение слова в других словарях