SAHMANLAMAQ

f. Qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq, düzəldib hazırlamaq. Mizin üstünü sahmanlamaq. Evi sahmanlamaq. Yorğan-döşəyi sahmanlamaq.
[Tapdıq] şananı əlində sahmanlayır, yabanı çəpərə ilişdirir, beləliklə, gününü keçirirdi. Ə.Vəliyev.
Gəldiyev tez qalxıb üst-başını sahmanlayıb, masasının başına keçmişdi. Mir Cəlal.

// Hazırlıq, tədbir görmək, şərait yaratmaq.
Ya deyirik işləri sahmanlayaq; Məclisiəyanda vurur tək səbir. M.Ə.Sabir.

Синонимы

  • SAHMANLAMAQ yerləşdirmək — nizamlamaq — rahatlamaq — düzəltmək — planlaşdırmaq
SAHMANLAMA
SAHMANLI

Значение слова в других словарях