Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarmaşıq
Sarmaşıq və ya Otsarmaşıq (lat. Convolvulus) - sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi.Sarmaşan və sarmaşmayan ot yaxud kollardır. 250-dək növü məlumdur. Bunlardan 8-i Azərbaycan ərazisində rast gəlinir. Çöl sarmaşığı (Convolvulus arvensis) açıq-çəhrayı çiçəkləri olan çox yayılmış alaqdır. Yarpağında S vitamini var. Yaşıl yem kimi zəhərlidir, quru otu zərərsizdir.
Kantabir sarmaşıq
Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir. == Çiçək == Çiçəkləri tək və ya 2-4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2-3 dəfə uzundur. == Meyvə == Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5-3,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyul-Sentyabr == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk.
Oxyarpaq sarmaşıq
Oxyarpaq sarmaşıq (lat. Convolvulus scammonia) - sarmaşıq cinsinə aid bitki növü.
Sarmaşıq Liqası
Sarmaşıq Liqası (ing. The Ivy League) — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər. == Üzvlər == Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir. Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.
Tükcüklü sarmaşıq
Tükcüklü sarmaşıq (lat. Convolvulus subhirsutus) — sarmaşıq cinsinə aid bitki növü.
Üçrəng sarmaşıq
Üçrəng sarmaşıq (lat. Convolvulus tricolor) — sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. == Sinonimləri == Convolvulus maroccanus Batt. Convolvulus meonanthus Hoffmanns. & Link Convolvulus minor Convolvulus pseudotricolor Bertol. == Yarımnövləri == Convolvulus tricolor subsp. hortensis (Batt.) Maire Convolvulus tricolor subsp. meonanthus (Hoffmanns. & Link) Maire Convolvulus tricolor subsp. pentapetaloide O. Bolòs & Vigo Convolvulus tricolor subsp.
Tamusşəkilli yalançı sarmaşıq
Tamusşəkilli yalançı sarmaşıq — Qafqazda yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 1-2 m-dək olan,qalın,ətli köklü,sürünən bitkidir.Gövdəsi çılpaq və ya zəif tükcüklü,uzunluğu 1-2 m-dəkdir.Yarpaqları uzun saplaqlı,nazik,yumurtavari və ya uzunsov-yumurtavari,kənarları bütöv,dərin ürəkşəkilli,bünövrəsində yumru qanadlı,ucu biz,çılpaq,uzunluğu 8 sm-dək və eni 5 sm-dir.Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir,yan çiçəkləri nazik ayaqlarda,çiçəkyanlığına bərabər və ya ondan uzun,xırda çiçəkaltlıqlıdır.Çiçəkyanlığı əvvəlcə zəngvari,uzunluğu 6-8 mm,ulduzvari şaxələnmiş,uzunsov-xətvari,yumru hissəli,3 damarcıqlıdır.Meyvələrin diametri təxminən 2 mm,üstü çox batıq,hamar,qapaqla açılır; toxumların kənarları iti qara-qonur,parlaqdır. == Ekologiyası == Rütubətsevən,torpağa az tələbkardır. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kiçik Qafqazda,Naxçıvanda rast gəlinir. == İstifadəsi == Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sarmaşıqkimilər
Sarmaşıqkimilər (lat. Convolvulaceae) — quşüzümüçiçəklilər sırasına aid bitki fəsiləsi.
Sarmaşıqvarı yersarmaşığı
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea L.) - yersarmaşığı cinsinə aid bitki növü.Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. == Sinonim == Calamintha hederacea (L.) Scop. Chamaecissos hederaceus (L.) Nieuwl. & Lunell Chamaeclema hederacea (L.) Moench Glechoma borealis Salisb. Glechoma bulgarica Borbás Glechoma hederacea var. breviflora Coss. & Germ. Glechoma hederacea var. grandiflora Hoffmanns.
Sarmaşıqyarpaq meşənovruzu
Sarmaşıqyarpaq meşənovruzu (lat. Cyclamen hederifolium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Sarmaşıqçiçəklilər
Amman sarmaşığı
Amman sarmaşığı (lat. Convolvulus ammanii) - sarmaşıq cinsinə aid bitki növü.
Ağac sarmaşığı
Ağac sarmaşığı (Cobaea L.)-yabanı halda dağlıq,tropik meşələrdə bitən iri kol bitkisidir.Şaxələnmiş bığcıqları vaitəsilə bitkilərə sarmaşır.Ağac sarmaşığı yarasalar və ya iri gecə kəpənəkləri vasitəsilə tozlanır.Cinsin iki növü vardır:sallaqçiçəkli ağac sarmaşığı (C.penduliflora) və sarmaşan ağac sarmaşığı (C.scandens).Sarmaşan ağac sarmaşığı dekorativ gülçülükdə şaquli yaşıllaşdırmada geniş istifadə olunur.Ağac sarmaşığı gövdələri 3 m uzunluqda olan bitkidir.İlk istifadə edilən növün gülləri al-qırmızı rəngdə olub, diametri 9 sm-ə çatır.Mədəni formasının (C.scandens f.alba) sarı gülləri vardır.Gül və zoğları əvvəlcə yaşıl rəngdə,sonradan al-qırmızı olur.Ağac sarmaşığı şitil üsulu ilə yetişdirilir.Torpağı əkəndən sonra şitilləri sulamaq lazımdır.Ağac sarmaşığı lian bitkilərə aiddir.Onun inkişaf etməsi üçün taxta və metal konstruksiyalardan dayaq qurulur və buna əsasən müxtəlif kompozisiyalar yaradılır.Azərbaycanda təbii halda meşələrdə,mədəni halda isə yaşıllaşdırmada və parkların salınmasında istifadə olunur. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Hasar sarmaşığı
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Qafqaz sarmaşığı
Qafqaz sarmaşığı == Təbii yayılması == Şimali Qafqazda təbii yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 30 m-dək olan, əmici köklərin köməkliyi ilə ağacların gövdələrinə,qayalara və divarlara qalxan,həmişəyaşıl,oduncaqlı lianadır.Yarpaqların uzunluğu 10 sm-dək,dərili,üstü tünd-yaşıl,parlaq,formaca müxtəlifdir: artım zoğlarında 3-5 qanadlı,çiçək zoğlarında bütöv,yumurtavari və ya rombvaridir.Çiçəkləri xırda,sarımtıl-yaşıl,şarşəkilli çiçək qruplarında yerləşir.Meyvəsini diametri 5–9 mm-dir. == Ekologiyası == Rütubətli torpaqları sevir.Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Balakəndə.Yalamada.Hirkan florasında-Lənkəranda,Astarada.Masallıda meşələrin aşağı yaruslarında rast gəlinir. == İstifadəsi == Yaşıllaşdırmada da istifadə edilir.Yarpaqlarında qlikozid qederin və saponinlər vardır.Xalq təbabətində qaraciyər və öd kisəsi xəstəliklərində,revmatizmdə istifadə edilir.Yaralarda,yanıqlarda üstdən sürtülür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çöl sarmaşığı
Çöl sarmaşığı (lat. Convolvulus arvensis) — sarmaşıq cinsinə aid bitki növü.
İran sarmaşığı
İran sarmaşığı (lat. Convolvulus persicus) — sarmaşıq cinsinə aid bitki növü.
Kolxida daş sarmaşığı
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı == Təbii yayılması == Avropada,Asiyada,Şimali Amerikada bitir. == Botaniki təsviri == Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. == Ekologiyası == Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. == İstifadəsi == Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. == İstinadlar == Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Otsarmaşıq
Sarmaşıq və ya Otsarmaşıq (lat. Convolvulus) - sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi.Sarmaşan və sarmaşmayan ot yaxud kollardır. 250-dək növü məlumdur. Bunlardan 8-i Azərbaycan ərazisində rast gəlinir. Çöl sarmaşığı (Convolvulus arvensis) açıq-çəhrayı çiçəkləri olan çox yayılmış alaqdır. Yarpağında S vitamini var. Yaşıl yem kimi zəhərlidir, quru otu zərərsizdir.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri оlub. 1593-cü ilə bağlı Оsmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi оlub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Mоlla Səfi əfəndi оğlu idi. Оnun vəfatından sоnra оğlu Həmzə bəy mahala başçılıq etdi.
Sarmıq
Sarmıq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Hündürlüyü 2295 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) cənub-qərb istiqamətdə ayrılan Yamacyurd qolunda zirvə. Keçili kəndindən 1,5 m şimal-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Cənub-qərb yamacından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları keçir.
Sarmaşan doqquzdon
Sarmaşan doqquzdon (lat. Lonicera periclymenum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).
Əbədi qardaşıq (film, 1965)
== Məzmun == Film Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinə həsr olunmuşdur. Filmdə Azərbaycanın tarixi keçmişi və bu günü haqqında söhbət gedir. Kinolentdə arxiv materiallarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Diktor mətninin müəllifi: N.Şpikovski Mahnıların mətninin müəllifi: Zeynal Cabbarzadə Operator: Əlibala Ələkbərov, Vladimir Zbudski, Vladimir Konyagin Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Şamil Kərimov Mahnıları ifa edən: Rəşid Behbudov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Arpa yarması
Arpa yarması – çiçəк qişasından tamamilə, meyvə və toхum qılafından, eləcə də aleyron təbəqəsindən qismən təmizlənmiş arpa nüvəsindən ibarətdir. Forma və quruluşundan asılı olaraq 2 növ arpa yarması istehsal edilir: arpa yarması (perlovaya) хırdalanmış arpa yarması (yaçnevaya).Arpa yarması istehsal etdiкdə çiçəк qişasından təmizlənmiş arpa pardaqlayıcı və cilalayıcı maşında emal olunur. Bu zaman dəndən meyvə və toхum qılafı, rüşeym, aleyron təbəqəsinin bir hissəsi təmizlənir, yarma oval və ya dairəvi forma alır. Yarma ələnir və ölçüsünə görə sortlaşdırılır. Arpa yarması ölçülərinə görə beş nömrədə (1 №-li 3,5 mm; 2 №-li 3-2,5 mm; 3 №-li 2,5–2 mm; 4 №-li 2-1,5 mm; 5 №-li 1,5-0,56 mm) buraхılır. Iri ölçülü yarma duru хörəкlərin və dənəvər sıyıqların hazırlanmasında, хırda ölçülü yarmalar isə daha tez bişməsinə görə duru sıyıqların hazırlanmasında istifadə olunur. Хırdalanmış arpa yarması üç nömrədə (yaçnevaya) çiçəк qişasından azad edilmiş хırdalanmış arpadan ibarətdir. Yarma ələnir, təmizlənir və ölçülərinə görə üç nömrədə (1 №-li 2,5–2 mm; 2 №-li 2-1,5 mm; 3 №-li 1,5-0,56 mm) sortlaşdırılır. Bütöv arpa yarmasından fərqli olaraq cilalanmır və ona görə də tərкibində sellüloza nisbətən çoхdur. Əsasən sıyıqların hazırlanmasında istifadə edilir.
Buğda yarması
Buğda yarması — iki müxtəliflikdə istehsal olunur: mannı yarması və buğda yarması. Buğda yarması poltava və artek çeşidində buraxılır. Ümumi xassələrinə, quruluşuna, kimyəvi tərkibinə və bioloji dəyərliliyinə görə buğda yarmaları buğda unundan çox az fərqlənir. Poltava yarmasını bərk buğdadan istehsal edirlər. Buğda çiçək qişasından təmizlənir və cilalanır. Ölçüsündən asılı olaraq dörd nömrədə buraxılır. İri ölçülü (1 və 2 №-li) yarmalar duru xörəklərin, xırda ölçülü (3 və 4 №-li) yarmalar isə sıyıqların hazırlanmasında istifadə olunur. Artek yarması (5 №-li) ən xırda hissələrə bölünmüş nüvədən ibarət olub dairəvi formaya qədər cilalanmış olur. Artek yarması mannı yarmasına yaxındır. Duru və özlü südlü sıyıqların hazırlanmasında istifadə edilir.
Cəfər Salmasi
Cəfər Salmasi (d. 1918 22 sentyabr, İraq, Qədhimiyə – ö. 31 yanvar 2000. İran İslam Respublikası) ) – azərbaycanlı ağır atletika idmançısı. İranın birinci Olimpiya medalını qazanmış idmançıdır.İraqda anadan olsa da, əslən Cənubi Azərbaycanın Salmas şəhərindəndir. == Həyatı == Ağır atletika ilə məşğul olmamışdan əvvəl Cəfər Salmasi Bağdaddakı məktəblərdən birində müəllim kimi çalışmışdır. Sonra rəsimli kitablardan istifadə edərək gimnastik hərəkətləri öyrənmişdir.Təxminən, 20 yaşında olarkən İrana səfər etmiş və bu səfər zamanı iranlı idman ustaları tərəfindən kəşf edilmişdir. Bundan sonra, İran çempionatında iştirak etmək üçün dəvət edilmiş və qalib olmuşdur. Bu qalibiyyətdən sonra İranı təmsil etmək üçün 1948-ci il London Yay Olimpiya oyunlarına göndərilmişdir. Qeyd etmək lazımdır ki, bu Olimpiya komandası İranın ilk Olimpiya komandası olmuşdur.
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Düyü yarması
Düyü yarması — çəltiкdən alırlar, çəltiyin müхtəlif botaniкi sortları biri digərindən forma, ölçü və кonsistensiyasına, həmçinin кimyəvi tərкibinə görə fərqlənir. Düyüdən 2 növ – pardaqlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul кimi az miqdarda düyü хırdası əldə edilir. Pardaqlanmış düyünü qabığı çıхarılmış düyüdən pardaqlayıcı maşınlarda rüşeym, meyvə və toхum qılafını, aleyron təbəqəsinin bir hissəsini кənar etməкlə əldə edirlər. Rəngi ağ, səthi isə nahamardır. Cilalanmış düyünü şüşəvari pardaqlanmış düyüdən cilalayıcı maşınlarda emal etməкlə əldə edirlər. Cilalanmış düyü təmiz endospermdən ibarət olub, səthi hamar və parlaqdır. Düyü yarması tez bişməsi və bişdiкdə həcminin çoх artması ilə fərqlənir. Düyüdən hazırlanan məmulat yüкsəк mənimsənilmə qabiliyyətinə və dada maliкdir. Düyü хırdasından duru sıyıqların, dovğa və yarpaq dolması və s.
Manna yarması
Manna yarması — buğdanın üyüdülüb ələnilməsiylə əldə edilən bir qida maddəsidir. Manna yarması dənəcikləri 125-140 mikro metr böyüklüyündə, sarı rəngdə, parlaq və bucaqlıdır. Manna yarması istehsalında ümumiyyətlə sərt buğda istifadə edilir. Manna yarması uşaq və pəhriz qidası üçün geniş istifadə olunan əsas qida məhsuludur. Bu yarmanı un dəyirmanında buğdanın sortlu üyüdülməsi nəticəsində alırlar. Manna yarmasının çıхarı emal olunan dənin 2%-ni təşkil edir. Yumşaq və bərk buğdadan alınan manna yarması tərkibindən və quruluşundan asılı olaraq "M", "MT" və "T" markası ilə buraхılır. "M" markalı yarmanı yumşaq yarımşüşəvari və şüşəvari buğdadan, "T" markalı yarmanı bərk buğdadan, "MT" markalı yarmanı isə bərk və yumşaq buğdaların qarışığından alırlar. Manna yarmasından birinci хörəklərin, sıyıqların və şirin хörəklərin hazırlanmasında istifadə edilir. Manna yarması qida dəyəri yüksək olan bir yeməkdir.