1. Sakit etmək, rahatlandırmaq; rahatsızlığını, iztirabını, həyəcanını aradan qaldırmaq; təskin etmək.
[Aslanın] xoş və təbəssümlü baxışları ən qəzəbli və ya böyük həyəcan keçirən adamı belə sakitləşdirə bilərdi.
Sərvinaz qarı ilə Əsəd baba Şahmarı dilə tutub güclə sakitləşdirmişdilər.
// Özünü sakit aparmağa məcbur etmək. Uşaqları sakitləşdirmək. Dalaşanları güclə sakitləşdirə bildik.
2. Yatırtmaq, ləğv etmək. Qovğanı sakitləşdirmək. Həyəcanı sakitləşdirmək.
3. Yüngülləşdirmək, ya aradan qaldırmaq, kəsmək. Diş ağrısını sakitləşdirmək. Əsəbləri sakitləşdirmək.