SALVA

(Ağdam, Cəbrayıl, Qazax)
bax salavey
SALTUK
SALVALAMAX
OBASTAN VİKİ
Lusiana Salvado
Lusiana Salvado (d. 14 aprel 1990; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Lusiana Salvado Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Mara Salvatrucha
Mara Salvatrucha (azərb. Mara Salvatruça‎, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması. Başda ABŞ, Meksika, El Salvador, Honduras və Qvatemala olmaqla Orta və Şimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar və ispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir. MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər. Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir.
Pain of Salvation
Pain of Salvation (P.O.S olaraq qısaldılır) — 1991-ci ildə İsveçdə Daniel Gildenlöw tərəfindən qurulmuş bir proqressiv metal qrupudur. Qrupun təməlləri 1984-cü ildə 11 yaşındakı Daniel Gildenlöw'ün «Reality» adlı bir qrup qurmasıyla atıldı. Qrup üzvlərindən Daniel Magdic də Reality'də iştirak etməkdə idi. 1987-ci ildə qrup İsveçdə bir musiqi yarışması olan «Rock-SM»'ə qatıldı. Yarışmaya qatılan ən gənc qrup olan Reality'nin vokalisti Gildenlöw «Ən Yaxşı Vokalist» mükafatını qazandı. Beləcə qrup İsveçdə tanınmağa başladı. 1990-cı ildə qrupda üzv dəyişiklikləri oldu. Vurma alətlərə o zamanlar 14 yaşında olan Johan Langell, bas gitaraya isə Gustav Hielm gəldi. Qrupun qurucusu Daniel Gildenlöw 1991-ci ildə qrupun adını Pain of Salvation olaraq dəyişdirdi. Qrup yeni adıyla birlikdə İsveçdə turnelərə çıxdı və yeni mahnılar yazmağa başladı.
Passiflora foetida var. salvadorensis
Salvador
Salvador və ya El Salvador — Şimali Amerikada yerləşən və təxminən 6.9 milyonluq əhaliyə sahib ölkə. Ölkə qərbdə Qvatemalaya, şimal və şərqdə Hondurasa və cənubda Sakit okeanla qonşudur. Salvador Amerika anakarasının əhali sıxlığı ən çox olan ölkəsidir (xüsusilə paytaxt San-Salvador) və ayrıca bölgənin ən sənayeləşmiş ölkəsidir.
Salvador, Baiya
Salvador, Baiya və ya Salvador da Bahia — Braziliyanın şimal-şərq bölgəsində yerləşən Bahia əyalətinin paytaxtıdır. Salvadorda çoxsaylı karnavallar təşkil edilir. Yeni Dünyadakı ən qədim şəhərlərdən biridir və Braziliya koloniyasının ilk paytaxtı olmuşdur. Salvador Latın Amerikasında doqquzuncu ən sıx şəhərdir və Bahia, San-Paulu və Rio-de-Janeyrodan sonra Braziliyada üçüncü ən çox əhalisi olan şəhərdir. Salvador Braziliyanın ən yoxsul bölgəsi olan Bayianın şimal-şərq hissəsindəki ən inkişaf etmiş bölgəsidir. Əhalinin 80% -nin qarışıq və Afrikalı olduğu bu şəhərdə Afrika Braziliyalıların mədəniyyəti üstünlük təşkil edir. Tarixi keçmişi olan şəhər mərkəzi 17 və 19-cu əsrlərdə inşa edilmiş Portuqaliya koloniya dövrünün memarlıq və monumental strukturları ilə məşhurdur. Şəhər 1985-ci ildə UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi siyahısına qəbul edildi.
Salvador Alyende
Salvador Alyende (isp. Salvador Allende Gossens; 26 iyun 1908[…], Santyaqo – 11 sentyabr 1973[…], Santyaqo) — 1970–1973-cü illərdə Çilinin sosialist prezidenti. Alyende seçkilər vasitəsilə hakimiyyətə qəlmiş ilk marksist prezident olmuşdur. Hakimiyyətə gəlməkdə əsas məqsədi kimi, Çilidə orta təbəqənin maraqlarına cavab vermək olduğunu bildirən, Alyende xalqın etimadını qazana bilməmiş və 11 sentyabr 1973-cü ildə general Auqusto Pinoçet tərəfindən devrilmişdir. Salvador Alyende çevriliş zamanı Prezident Sarayının alınmasında həlak olmuşdur. == Uşaqlıq və gənclik illəri == Alyende orta təbəqdən olan ailədə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra anadan olduğu Valparasio şəhərində tibb təhsili almağa başlayır. Ali məktəbdə təhsil aldığı illərdə fəal siyasətlə məşğul olmağa başlayır və solçu gənclərin təşkil etdiyi tədbirlərə qatılır. Tədbilər zamanı etdiyi çıxışlar nəticəsində, qısa zamanda üzvü olduğu təşkilatın liderlərindən birinə çevrilir. XX Çili prezidenti Karlos İbanez de Kampoya qarşı nümayişlərdə iştirak etdiyi üçün həbs olunur və təhsil aldığı ali məktəbdən qovulur.
Salvador Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…], Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. == Həyatı == === Uşaqlığı === Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi, özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 – 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar — məsələn, çəyirtkə qorxusu — onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Salvador Dali səhrası
Salvador Dali səhrası (isp. Desierto Salvador Dalí), həmçinin Dali vadisi (isp. Valle de Dalí) — Boliviyanın cənub-qərbində, Potosi departamentində yerləşən canlılar aləmi baxımından olduqca kasıb bir vadi. Orta hündürlüyü 4750 metr və sahəsi 110 km² təşkil edir. "Eduardo Avaroa Andı" milli ehtiyat ərazisində yerləşir və baxış anında Salvador Dalinin surreal surətlərinə bənzər peyzajlar ilə xarakterizə olunur.
Salvador Kammarano
Salvador Kammarano (it. Salvatore Cammarano; 19.3.1801, Neapol, — 17.7.1852) — italyan şairi, dramaturq və librettoçusu. Tanınmış Neapol opera teatr ailəsindən çıxmış Kammarano 40-a qədər opera librettosunun müəllifidir.
Salvador Respublikası
Salvador və ya El Salvador — Şimali Amerikada yerləşən və təxminən 6.9 milyonluq əhaliyə sahib ölkə. Ölkə qərbdə Qvatemalaya, şimal və şərqdə Hondurasa və cənubda Sakit okeanla qonşudur. Salvador Amerika anakarasının əhali sıxlığı ən çox olan ölkəsidir (xüsusilə paytaxt San-Salvador) və ayrıca bölgənin ən sənayeləşmiş ölkəsidir.
Salvador Sançes Seren
Salvador Sançes Seren (isp. Salvador Sánchez Cerén; 18 iyun 1944) — 2014-cü ildən Salvador prezidenti.
Salvador Sobral
Salvador Vilar Braamkamp Sobral (port. Salvador Vilar Braamcamp Sobral; d. 28 dekabr 1989, Lissabon, Portuqaliya) — Portuqaliyalı soul və caz musiqiçisi. O, Portuqaliyanı "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə Avroviziya tarixindəki ilk qalibiyyətini qazandırmışdır. == Həyatı == Salvador Sobral 28 dekabr 1989-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olmuşdur. Salvador Luis Kabral Braamkamp Sobral müğənninin atası, Luiza Mariya Kabral Posser Vilar isə anasıdır. O yaşadığı Lissabon şəhərinin Instituto Superior de Psicologia Aplicada institutunda Psixologiya üzrə təhsil almışdır. Salvador 2009-cu ildə Portuqaliyanın Ídolos musiqi yarışmasında iştirak etmişdir. Müğənni beş dildə səlis danışa bilir: portuqalca, ispanca, ingiliscə, italyanca və katalanca. == Musiqi karyerası == === 2009–2010: Ídolos === Salvador Sobral 2009-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında iştirak etmişdir və həmin yarışma sayəsində Portuqaliya tamaşaçıları Sobralı ilk dəfə səhnədə görmüşdürlər.
Salvador bayrağı
Salvador bayrağı — Salvadorun Dövlət bayrağı
Salvadoraceae
Salvadorakimilər (lat. Salvadoraceae) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Salvadorina
Zolaqlı ördək (lat. Salvadorina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Salvanyak-Kajark
Salvanyak-Kajark (fr. Salvagnac-Cajarc, oks. Sauvanhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Salvar Qamiz
Şalvar-qamiz — qadınlar tərəfindən geyilən və bəzi bölgələrdə, Cənubi Asiyada, eləcə də Orta Asiyada kişilər tərəfindən geyilən ənənəvi birləşmə paltarıdır. Şalvarlar, beldə atipik olaraq geniş, lakin əyri bir dibə qədər dar olan şalvarlardır. Belləri və ya elastik bir kəmərlə tutulur, bu da onların bel ətrafında ləkələnməsinə səbəb olur. Şalvar geniş və çantalı ola bilər, ya da qərəzdə olduqca dar ola bilər. Şalvarlar ənənəvi olaraq Şərqi Avropa, Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyanı əhatə edən geniş bir bölgədə geyindilər. Kameez uzun bir köynək və ya tunikdir. Yan tikişlər bel xəttinin altında açıq qalmışdır. Kameez ümumiyyətlə düz və düz kəsilir; yaşlı kameez ənənəvi kəsiklərdən istifadə edir; müasir kameezlərin Avropadan ilhamlanmış dəstləri daha çoxdur. Kameez Avropa tərzində yaxası, Mandarin yaxası ola bilər və ya yaxası ola bilməz; ikinci vəziyyətdə, qadın paltarı kimi dizaynı bir kurta bənzəyir. Qarışıq geyim bəzən salwar kurta, salwar kostyum və ya Punjabi kostyumu adlanır.
Salvartı
Salvartı dağı
Salvartı dağı
Salvartı dağı - Şahbuz rayonu silsiləsində dağ(hünd. 3161,8 m). Salvartı dağı Zəngəzur mahalının Sisian bölgəsinin Ərəfsə kəndi ilə Naxçıvan MR Şahbuz rayonunun Gömür kəndinin torpaqları ilə həmsərhəddir. Salvartı dağının dəniz səviyyəsindən hündürlüyü 3161,8 metrdir. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir çox rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi. Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində zirvə. Gömür kəndindən 7,5 km şərqdədir. Submeridional istiqamətli fay qırılması ilə nəzarət olunan Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Qərb yamaclarında Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurları və Orta Pleystosen yaşlı flüvioqlasial törəmələr açılır.
Salvartı gölü
Salvartı gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində göl. == Haqqında == Salvartı dağının yamacında, 2849 m hündürlükdədir. Sahəsi 3,2 ha, uzunluğu 280 m, ən geniş yerdə eni təqribən 200 m-dir. Müxtəlif mənbələrdən qidalanır. Göldən Salvartı çayı başlanır.
Salvartı çayı
Salvartıçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Salvartı dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçayla, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpüçay (Abuzər) və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Salvartı çayı Xırdaçayla yanaşı, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.
Salvartıçay
Salvartıçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Salvartı dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçayla, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpüçay (Abuzər) və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Salvartı çayı Xırdaçayla yanaşı, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.
Salvator Mundi
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. == Haqqında == Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. == Həmçinin bax == Ən bahalı rəsm əsərlərinin siyahısı == İstinadlar == == Mənbə == Qiyməti 201 milyon dollar olan portret!
Salvia salvatorii