SANBALLAMAQ

f.
1. Bir şeyi əlinə götürərək ağırlığını, vəznini təxmini şəkildə yoxlamaq. Kisəni sanballamaq. Qutunu sanballamaq.
– Kərbəlayı Hatəmxan vəl üçün gətirilmiş daşdan bir yekəsini əlində sanballayıb, nifrin edən bala dərvişin döşünə çırpdı. S.Rəhimov.
[Paşa bəy] yastı bir daş götürüb sanballadı. Ə.Vəliyev.

2. Sahmanlamaq, hazırlamaq.
[Veys] iri zabit tapançalarını götürüb sanballadı… Ə.Əbülhəsən.

SANBALLAMA
SANBALLI

Значение слова в других словарях