sanksiya
sanlı
OBASTAN VİKİ
Sankt-Peterburq
Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər. XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər. Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir. Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir. == Adları == 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (rus. Санкт-Петербург, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎, fin Pietari) 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (rus.
Sankt Peterburq

Sankt-Peterburq Universiteti
Sankt-Peterburq Dövlət Universiteti (rus. Санкт-Петербу́ргский госуда́рственный университе́т - СПбГУ) — Rusiyanın böyük və qədim universitetlərindən biri. Universitetin tərkibinə 21 fakültə, 13 elmi-tədqiqat institutu, SPDU-nun Kanada kolleci, hərbi tədris fakultəsi və ümumuniversitet bədən tərbiyəsi və idman kafedrası daxildir. SPDU-nun Prezidenti Rusiya Elmlər Akademiyasının akademiki Lyudmila Verbiskaya, rektoru professor N.M.Kropaçevdir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür. Universitetin BƏƏ-nin xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində filialı fəaliyyət göstərir. == məşhur məzunlar == Məzun rus inqilabçısı və Sovet İttifaqının qurucusu Vladimir Lenin idi. Məzunlar Rusiyanın baş nazirləri Pyotr Stolypin və Dmitri Medvedev, hazırkı prezident və Rusiyanın keçmiş Baş naziri Vladimir Putin və Litvanın keçmiş prezidenti Dahl Gribauskaite. Universitetin səkkiz məzunu Nobel mükafatı laureatlarıdır: İvan Pavlov (fiziologiya və tibb, 1904), İlya Mechnikov (fiziologiya və tibb, 1908), Nikolay Semenov (kimya, 1956), Lev Landau (fizika, 1962), Alexander Proxorov (fizika, 1964), Vasili Leontiev (İqtisadiyyat, 1973), Leonid Kantoroviç (İqtisadiyyat, 1975) və Joseph Brodsky (ədəbiyyat, 1987). Məzunlar Qriqori Perelman və Stanislav Smirnov fields medalı ilə təltif edildi.
Sankt-Peterburq avtobusu
Sankt-Peterbruq avtobusu — Sankt-Peterburqda avtobus sistemi. Rosstatın məlumatına görə, 2021-ci ildə Sankt-Peterburq avtobus sisteminin sərnişin axını 489 milyon nəfərə çatıb.
Sankt-Peterburq azərbaycanlıları
Sankt-Peterburq azərbaycanlıları — Sankt-Peterburqdakı etnik icma, 2010-cu il siyahıyaalmasına görə 17.717 nəfərdirlər. == Tarixi == Sankt-Peterburqdakı azərbaycanlılar şəhərin ən böyük etnik icmalarından biridir. 1999-cu ilə qədər Sankt-Peterburqda Vaqif Məmişovun rəhbərliyi ilə vahid Azərbaycan milli-mədəni muxtariyyəti, 2002-ci ildə isə "Azərbaycan Gəncləri Birliyi" yaradılmışdır. Əksər azərbaycanlılar Sankt-Peterburqa daimi yaşamaq üçün gəlir və rus dilində sərbəst danışırlar, bəzən bu dildən ana dili kimi istifadə edirlər. Azərbaycanlıların əksəriyyəti ticarət sektorunda çalışır və ya sahibkarlıqla məşğuldur, diaspor arasında elm adamları və dövlət məmurları da var. Şəhərdə azərbaycanlıların kompakt yaşayış yerləri yoxdur, hamısı əhalinin qalan hissəsi ilə qonşuluqda yaşayır. Lakin əvvəllər azərbaycanlıların məskunlaşmış köhnə binalarda yaşadıqları hallar var idi. Şəhərdə Azərbaycan milli mətbəxi olan bir çox restoran var. Sankt-Peterburqda 2 nəşr buraxılmışdır: Azeri (bütün Rusiyada mövcuddur) və İrs (həmçinin digər böyük şəhərlərdə buraxılır). Azərbaycan Respublikasının Baş Konsulluğu Sankt-Peterburqda yerləşir.
Sankt-Peterburq metropoliteni
Sankt-Peterburq metrosu — Rusiyanın Sankt-Peterburq şəhəri və Sankt-Peterburq vilayətində nəqliyyat vasitəsi. == Tarixi == 1955-cu illərdən istifadədədir.
Sankt-Peterburq metrosu
Sankt-Peterburq metrosu — Rusiyanın Sankt-Peterburq şəhəri və Sankt-Peterburq vilayətində nəqliyyat vasitəsi. == Tarixi == 1955-cu illərdən istifadədədir.
Sankt-Peterburq teleqülləsi
Sankt-Peterburq teleqülləsi (tam adı — Leninqrad Yayım Mərkəzinin Televiziya qülləsi — "Sankt-Peterburq Regional Mərkəzi" Federal Dövlət Müəssisəsinin filialı " (RTRS)) — polad qüllə , 1956-1962 ildə Leninqrad televiziya və radio yayım mərkəzi üçün Leninqrad rayonunun , Aptekarsky prospekti Akademika Pavlova küçəsi 3 ünvanında tikilişmişdir. Qüllə 2017-ci ilədək ən yüksək mühəndislik strukturu idi . Memar — RSFSR-nin əməkdar mükafatçısı V. C. Vasilkovski idi.
Kazan kafedralı (Sankt-Peterburq)
Kazan kafedralı və ya Kazan Tanrı Anası ikonasının kafedralı (rus. Казанский кафедральный собор) — Ampir üslubunda inşa olunmuş Peterburqda fəaliyyət göstərən ən böyük pravoslav kilsə. Kilsə əhali arasında əziz tutulan Kazan Tanrı Anasının möcüzəvi ikonasının saxlanması məqsədilə memar A. Voronixin tərəfindən 1801-1811-ci ildə Nevski Prospekti üzərində inşa olunmuşdur. 1812-ci ilin Böyük Vətən müharibəsindən sonra, kilsə Rusiya hərbi şöhrətinin ən əhəmiyyətli abidəsinə çevrilmişdir. 1813-cü ildə burada general-feldmarşal Mixail Kutuzov dəfn olunmuş, həmçinin alınan şəhərlərin açarları və başqa hərbi qənimətlər yerləşdirilmişdir. 1932-ci ildə kilsə Din və Ateizm Muzeyinə çevrilir, 1991-ci ildən isə artıq fəaliyyət göstərən məbədin içərisində bir neçə il muzey ekspozisiyası saxlanılırdı. 2000-ci ildən Kazan kafedralı Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı protoiyerey Pavel Krasnotsvetovdur. == Tarixi == === Birinci dərəcəli müqəddəs Tanrı anasının doğulması kilsəsi === 6 (17) sentyabr 1733-cü ildə Nevski Prospekti üzərində barokko üslublu, taxta qübbəli və girişi üzərində zəng gülləsi olan daş kilsənin əsası qoyulmuşdur. Layihənin müəllifi memar Mixail Zemtsov idi.
Menşikov sarayı (Sankt-Peterburq)
Menşikov sarayı (rus. Меншиковский дворец) – İmperator I Pyotrun yaxın dostu sayılan və Peterburqun ilk qubernatoru Aleksandr Menşikovun sifarişi ilə inşa etdirilmişdi. Saray Peterburqun mərkəzində , Vasilyev adasının Universitet sahil küçəsində yerləşir. Sarayın layihəsi xaricdən dəvət olunmuş memarların - Covanni Maria Fontana və Qotfrid İohann Şedelin birgə səyi nəticəsində işlənilib. Saray "Pyotr barokkosu" üslubunda tikilmişdi və Peterburqun ilk daş binası sayılır. == Tarix == İsveç və Rusiya arasında 1700-1721-ci ildə baş vermiş Şimal müharibəsinin nəticəsində Rusiya İmperiyası Neva çayının mənsəbini öz ərazilərinə daxil edərək Fin körfəzinə çıxış əldə etdi. İşğal edilmiş yeni ərazilərin 11 hisəsi I Pyotrun köməkçisi, istedadlı general Alekandr Menşikova verilmişdi. Bu torpaqların tərkibinə Oranienbaum şəhəri və gələcək Peterburq şəhərində yerləşəcək Dövlət İqamətgahının əraziləri daxil idi === I Pyotrun dövründə === Sarayın tikintisi 1710-cu ildə, memarlar Ciovanni Maria Fontana və Qotfrid İohann Şedelin birgə layihəsi üzrə inşa edilməyə başlamışdı. 1714-cü ilə artıq tikintinin böyük bir hissəsi yerinə yetirilmişdi, lakin daxili interyerin bəzək işləri hələ 1727-ci ilə kimi davam etmişdir. Əlahəzrət knyazın yeni sarayı gül bağları ilə birlikdə bütün Vasilyev adasının - Kiçik Nevadan Böyük Neva çayları boyunca uzanırdı və beləliklə böyük bir ərazini özündə cəmləyirdi.
Mərmər saray (Sankt-Peterburq)
Mərmər saray (rus. Мраморный дворец) – Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən saray. 1992-ci ildən Rus Dövlət muzeyinin filialıdır. == Yerləşmə == Saray Peterburqun 1-ci Admirallıq adasında, dörd tərəfdən Saray sahil küçəsi, Suvorov meydanı, Milyonnaya küçəsi və Mərmər xiyabanı ilə məhdudlanan məhəllədə yerləşir. Həmin bu məhəllənin şərq hissəsini Şimal-Qərbi Dövlət Texniki Universitetinin qiyabi korpusu tutur; onların arasında 1997-ci ildə Paolo Trubetskoy tərəfindən imperator III Aleksandrın abidəsi yenidən quraşdırılmışdı (abidə Znamenskaya meydanında Sovet dövründə sökülməsindən sonra bir müddət muzeydə saxlanılırdı). ŞQDTU-nun arxasında, yəni məhəllənin şərqində heykəltaraş M.İ. Kozlovski tərəfindən yaradılmış A.V. Suvorovun heykəli yerləşir (heykəl eyniadlı meydanın mərkəzində quraşdırılmışdır); həmin ərazidə həmçinin Troitski körpüsü də var. Mərmər sarayından cənubda Pavlovski Leyb-Alayının kazarmaları, qərb fasadının qarşısında isə Şimal-Qərb Gəmiçilik reyestrinin binası və İncəsənət və Mədəniyyət Universiteti yerləşir. == Sarayın təsviri == Mərmər sarayı Peterburqda fasadı təbii daşla üzlənmiş ilk bina hesab olunur. Memar A.Rinaldi tikinti işlərində mərmərin müxtəlif növlərindən istifadə edirdi; burada xüsusilə çəhrayı-qırmızı tivdiya daşı nəzərəçarpan təsir yaradırdı, lakin zamanla o öz parlaq rəngini itirərək solmuşdur. Əsas girişin attiki F.İ. Şubinin heykəltaraşlıq əsərləri ilə bəzədilib.
Rostral sütun (Sankt-Peterburq)
Rostral sütun (rus. Ростральные колонны) – Sankt-Peterburqun mərkəzində, Vasilevski adasında yerləşən memarlıq abidəsi. XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur. == Tarixi == Rostral sütunlar 1810-cu ildən etibarən, sütunları gəmi rostrları ilə bəzəyən fransız memar Jan Toma de Tomonun layihələri əsasında inşa edilməyə başlanmışdır. Bu cür dizayn ölkənin donanmasının gücünü göstərməklə yanaşı, həm də sütunları məhv edilmiş düşmən gəmilərinin rostrları (lat. Rostra, cəm şəklində lat. Rostrum, gəminin burnu) ilə bəzəmək kimi Qədim Roma adətinə əsaslanır. Sütunun layihəsi üzərində həm dəVoloqod quberniyasında kasıb kəndli ailəsindən çıxmış məşhur bənna Samson Suxanov işləmişdir. Sütun altlığındakı heykəllər İ. Jamberlen və J. Tibo tərəfindən işlənmişdir. Sütunun açılışı 1815-ci ildə baş tutmuş və mayak 1885-ci ilə kimi gecələr və dumanlı havalarda yandırılmışdır.
Sankt-Peterburq Dövlət Universiteti
Sankt-Peterburq Dövlət Universiteti (rus. Санкт-Петербу́ргский госуда́рственный университе́т - СПбГУ) — Rusiyanın böyük və qədim universitetlərindən biri. Universitetin tərkibinə 21 fakültə, 13 elmi-tədqiqat institutu, SPDU-nun Kanada kolleci, hərbi tədris fakultəsi və ümumuniversitet bədən tərbiyəsi və idman kafedrası daxildir. SPDU-nun Prezidenti Rusiya Elmlər Akademiyasının akademiki Lyudmila Verbiskaya, rektoru professor N.M.Kropaçevdir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür. Universitetin BƏƏ-nin xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində filialı fəaliyyət göstərir. == məşhur məzunlar == Məzun rus inqilabçısı və Sovet İttifaqının qurucusu Vladimir Lenin idi. Məzunlar Rusiyanın baş nazirləri Pyotr Stolypin və Dmitri Medvedev, hazırkı prezident və Rusiyanın keçmiş Baş naziri Vladimir Putin və Litvanın keçmiş prezidenti Dahl Gribauskaite. Universitetin səkkiz məzunu Nobel mükafatı laureatlarıdır: İvan Pavlov (fiziologiya və tibb, 1904), İlya Mechnikov (fiziologiya və tibb, 1908), Nikolay Semenov (kimya, 1956), Lev Landau (fizika, 1962), Alexander Proxorov (fizika, 1964), Vasili Leontiev (İqtisadiyyat, 1973), Leonid Kantoroviç (İqtisadiyyat, 1975) və Joseph Brodsky (ədəbiyyat, 1987). Məzunlar Qriqori Perelman və Stanislav Smirnov fields medalı ilə təltif edildi.
Sankt-Peterburq Elmlər Akademiyası
Peterburq Elmlər Akademiyası — Rusiya imperiyasında ali elmi müəssisənin 1724–1917-ci illər arasında ədəbiyyatda ümumiləşdirilmiş adı. Akademiya imperator I Pyotrun fərmanı ilə 8 fevral 1724-cü il tarixində Sankt-Peterburqda yardılmışdır. Akademiyanın rəsmi adı (1724–1917) 1724-cü ildən — Sankt-Peterburqda Elm və Rəssamlıq Akademiyası (rus. Академия наук и художеств в Санкт-Петербурге) 1747-ci ildən — Sankt-Peterburqda İmperator Elm və Rəssamlıq Akademiyası (rus. Императорская академия наук и художеств в Санкт-Петербурге) 1803-cü ildən — İmperator Elmlər Akademiyası (rus. Императорская академия наук) 1836-cı ildən — Sankt-Peterburq İmperator Elmlər Akademiyası (rus. Императорская Санкт-Петербургская академия наук) olmuşdur. 1917-ci ilin martında isə akademiklər yeni — "Rusiya Elmlər Akademiyası" (RAN) adını təklif etdilər, hansı ki daha sonra müvəqqəti hökumət tərəfindən təsdiq olundu və 1917-ci ilin oktyabrında qüvvəyə mindi.
Sankt-Peterburq Politexnik Universiteti
Sankt-Peterburq Politexnik Universiteti (Peterburq Politexnik İnstitutu) — Sankt-Peterburqda universitet. Nikolay Kurnakov 1902–1930-ci illər ərzində Sankt-Peterburq Politexnik İnstitununun ümumi kimya kafedrasina rəhbərlik etmişdir. == Tanınmış məzunları == Ağa Əminov Camo bəy Hacınski Mir Yaqub Mehdiyev Abbas Atamalıbəyov Pyotr Kapitsa Məmmədhəsən Hacınski 1902 Məhəmməd Hacıyev Çingiz Qacar 1953 Abbasəli Kərimov — Kərim Kərimovun atası.
Vladimirski kilsəsi (Sankt-Peterburq)
Vladimirski kilsəsi (rus. Владимирский собор) - Peterburqda fəaliyyət göstərən pravoslav kilsə, Vladimirski prospekti ev № 20 yerləşir. Kilsə Rusiyada ən çox ehtiram edilən ikonaya - Vladimir müqəddəs Ana ikonasına həsr olunmuşdu. Məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı mitropolit Vladimir (Kotlyarov), kilsə açardarı isə protoierey Georgi Şmidtir. == Tarix == Vladimir kilsəsi ehtimal olaraq 1761-ci ildən 1769-cu ilə qədər Peterburqun Bazar Meydanında, memar Kristian Knobel və ya Pyetro Antonio Trezininin layihəsi əsasında eyniadlı və 1747-ci ilə aid taxta məbədin yerində inşa edilmişdir. Kilsə 1783-cü ildə təqdis olunmuşdu. 1791-ci ildə memar Cakomo Kvarengi ayrıca duran ikiyaruslu zəng gülləsinin tikinti işlərini bitirdi. 1830—1831-ci illərdə memar Avraam Melnikov tərəfindən kilsə pritvoru ucaldılmışdı. 1848-ci ildə memar Frans Ruska zəng gülləsinə daha bir yarus əlavə edir, 1850—1853-cü illərdə isə o kilsəyə yeni ibadətgah və hasar inşa etdirir.
Zenit Sankt-Peterburq FK
Zenit (Sankt-Peterburq) — Rusiyanın futbol klubu. Sankt-Peterburq şəhərini təmsil edir. Ev oyunlarını 69501 insan tutumlu Yeni Zenit Stadionunda oynayır Ən böyük uğuru 2008-ci ildəki UEFA Kuboku və UEFA Super Kuboku çempionluğudur. Son illərdə Qazprom şirkətinin maddi dəstəyilə Avropada güclülər sırasına düşən Zenit 2005–06 mövsümündə UEFA Kubokunda 1/4 Final oynamışdır.
Cənubi Florida Sankt-Peterburq Universiteti
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Cənubi Florida Universiteti Sankt-Peterburq
Cənubi Florida Sankt-Peterburq Universiteti ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universiteti'nə bağlı olan bir universitetdir. USF-St. Pete olaraq da tanınır. 1965-ci ildə qurulmuşdur və Sankt-Peterburq şəhərinin tam mərkəzində yerləşir . 3,422 bakalavr və təxminən 500 magistr tələbəsi vardır.
Nizami Gəncəvinin heykəli (Sankt-Peterburq)
Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin Sankt-Peterburq şəhərinin Kamennoostrovski prospektində 25 və 27-ci binalar arasında yerləşən bağçadakı heykəli. == Tarixi == Heykəltəraşlıq əsəri Bakıda hazırlanıb və Sankt-Peterburq şəhərinin 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib. Şairin abidəsi azərbaycanlı heykəltaraş, Muxina adına Leninqrad ali sənaye-rəssamlıq məktəbinin məzunu Görüş Babayev tərəfindən hazırlanıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının əməkdar rəssamı Feliks Romanovskidir. Postament Peterburqdakı "Heykəltəraşlıq kombinatı" müəssisəsində hazırlanmışdır. Abidənin açılışında Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər. == Memarlığı == Şairin 5 metrlik tunc fiquru şərq üslubunda işlənilib. Nizami tağ altında, oturaq vəziyyətdə, əlində kitab və ənənəvi şərq geyimində təsvir olunub. 150 sm-lik pyedestal səkkizguşəli ulduz formasında düzəldilib.
Sankt-Peterburq Dövlət Tarix Muzeyi
Sankt-Peterburq Dövlət Tarix Muzeyi Sankt-Peterburqun tarixini, mədəniyyətini və həyatını özündə əks etdirən eksponatların cəmləşdiyi Rusiyanın ən böyük tarixi muzeylərindən biri. == Tarixi == === Qədim Peterburq muzeyi === Şəhərin tarixinə həsr olunmuş ilk muzey — Qədim Peterburq muzeyi memar və rəssamların təşəbbüsü ilə yaradılmışdır. Şəhərdə muzeyin yaradılması ideyası 12 dekabr 1908-ci ildə Muzey haqqında Əsasnaməyə əsasən yaranmışdır. Muzeyin ilk direktoru A. N. Benois oldu, daha sonra P. P. Vayner onu əvəz etdi. Muzeyin yerləşdiyi ünvan Kadetskaya küçəsi, P. YU. Syuzorun evində, 21 nömrəli evdə yerləşib. Eyni vaxtda Sadovaya küçəsində, 55 nömrəli şəhər müəssələri evində yerləşən Şəhər şurasının muzeyi yarandı. Lakin bu muzey heç vaxt ictimaiyyətə istifadəyə verilmədi. ==== Şəhər muzeyi ==== Şəhər Muzeyi A. V. Lunaçarskinin imzaladığı 4 oktyabr 1918-ci il tarixli Xalq Maarif Komissarlığının fərmanı əsasında Petroqradda yaradılmışdır. Hələ 1918-ci ilin yazında V. R. Menjinskinin rəhbərlik etdiyi vaxtda, vəzifə bölgüsünün işlənib hazırlanması və muzeyin təşkili üçün komissiya yaradılmışdır. Daha sonra komissiya muzeyin işçi şurasına çevrildi, V. R. Menjinski (sədr), L. A. İlyin (sədr müavini), Z. G. Frenkel, M. N. Petrov, E. K. Zamıslovskaya, M. P. Kapitsa, G. D. Dubelir, P. P. Veyner.
Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti
M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti (rus. Федеральное государственное образовательное бюджетное учреждение высшего профессионального образования "Санкт-Петербургский государственный университет телекоммуникаций им. проф. М.А. Бонч-Бруевича" (СПбГУТ)) — Rusiyada universitet; telekommunikasiya sahəsində mütəxəssislər hazırlayan məşhur ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Universitet 1930-cu ildə Leninqradda radiotexnika və telekommunikasiya üzrə xüsusi ali təhsil müəssisəsi adı ilə fəaliyyətə başlayıb. Bir müddət sonra ali məktəb Leninqrad Elektrotexnika İnstitutu adlandırılır. İnstitut 1994-cü ildən universitet statusu qazanaraq M. A. Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiya Universiteti kimi tanınır. Ali məktəb 1993-cü ildən Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqal, İsveçrə, İsveç və Finlandiyanın aparıcı ali təhsil müəssisələrinin daxil olduğu Avropa Universitetləri və İnformatika və Telekommunikasiya Kampaniyaları Assosiasiyasının(EUNICE) üzvüdür. Universitet maarifləndirici xidmətlər sferasını daim genişləndirir, tədris planlarını yeniləyir və təkmilləşdirir. Hazırda təlim 15 hazırlıq istiqamətini və 20-dən çox texniki, iqtisadi və humanitar ixsisası əhatə edir.
Sankt-Peterburq metrosunda terror (2017)
Sankt-Peterburq metrosunda terror (rus. Теракт в Петербургском метрополитене) — Rusiyanın Sankt-Peterburq şəhər metrosunun Texnoloqiçeskiy institut və Sennaya ploşşad stansiyaları arasında, qatarda təşkil edilmiş terror hücumu. İlk məlumatlarda doqquz nəfərin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilmişdir. Hadisədə ən azı 45 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Partlayıcının sənədlərin daşınması üçün istifadə olunan çantada aşkarlandığı bildirilir. Hadisədən dərhal sonra ikinci bir partlayıcı çantası aşkarlanaraq terror hücumunun törədilməsinin qarşısı alınmışdır. İnterfaks xəbər agentliyinin yaydığı məlumatda terror hücumunun terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Hadisənin törədilməsində əsas şübhələr Mərkəzi Asiyadan idarə olunan islam-radikalizmi göstərilməkdədir.
Peterburq
Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər. XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər. Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir. Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir. == Adları == 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (rus. Санкт-Петербург, azərb. Petresburğ / پطرسبورغ / Петресбург‎, fin Pietari) 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (rus.
1-ci xətt (Sankt-Peterburq metropoliteni)
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.