SANMAQ

f. Hesab eləmək, zənn etmək, güman etmək.
Sənsən sözüm, fikrim, zikrim, xəyalım; Sanma ki, bir özgə hekayətim var. Q.Zakir.
Mövti-cismani ilə sanma mənim ölməyimi; Seyyida, ölmərəm aləmdə səsim var mənim. S.Ə.Şirvani.
[Vaqif Vidadiyə:] Ömrün nəşəsindən sevinən kimi, əzabını da toy-bayram sanmalısan! Çəmənzəminli.

Синонимы

  • SANMAQ 1. SANMAQ Sanıram hər yanda olsam mən yenə; Arzumun gözləri rast gələr sənə (M.Rahim); GÜMAN ETMƏK/ELƏMƏK Musa cəld özünü bayıra atdı

Этимология

  • SANMAQ Dilimizdə sanki, belə sayıram ki söz və ifadələri mövcuddur. San feili mənbələrdə “fikirləşmək” kimi də açıqlanıb
SANMA
SANSKRİ́T

Значение слова в других словарях