Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köçərli
Köçərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Köçərli Tərtər rayonunun Azad Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağda yaşamış 52 ailədən ibarət köçərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Köçərli tayfası isə mənşəcə qədim türk tayfalarından olan kocarlara mənsubdur. Karluk və uyğurların tərkibinə daxil olan koçarların adına VIII-IX əsrlərə aid Kucar adlı uyğur Şəhərinin adında da rast gəlmək mumkundur. Keçən əsrdə Ermənistan ərazisində Köçərli adlı yaşayış məntəqəsi qeydə alınmışdır..
Köçəri
Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü. “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir. == Tarixi == “Köçəri” rəqsi Yallı rəqsinin bir növü olduğundan, onun yaranma tarixi yallının tarixi qədər hesab oluna bilər. Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir.
Firudin Köçərli
Firudin Qasım oğlu Köçərli (28 dekabr 1920, Gədəbəy, Gəncə qəzası – 3 iyun 2005, Bakı) – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1966), akademik, AEA-nın həqiqi üzvü (1976), professor (1968). == Həyatı == Firudin Köçərli 28 dekabr 1920-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. 1926–1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. O, 1936–1940-cı illərdə Gəncə Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir. Texnikumu bitirdikdən sonra İsalı kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır. Firudin Köçərli 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdində olan Fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetdə Tələbə Həmkarlar Təşkilatının sədri seçilən Köçərli universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Firudin Köçərli 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsini icra etmişdir. O, 1958–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir. Akademik ömrünün sonunadək bu institutda fəaliyyət göstərmişdir.
Köçərli bulağı
Köçərli bulağı — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq şəhərin tarixi Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Köçərli bulağı Şuşanın Köçərli məhəlləsi yerləşirdi.
Köçərli məhəlləsi
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim yuxarı 8 məhəlləsindən biri. == Haqqında == Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.
Köçərli məscidi
Köçərli məscidi — XIX əsrdə Şuşanın Köçərli məhəlləsində tikilmişdir. Bəhmən Mirzənin saray kompleksinə aid Köçərli məscidi. == Haqqında == Köçərli məscidi 8 may 1992-ci ildə Şuşanın işğalından bəri erməni qüvvələrinin nəzarəti altında olan paytaxt Bakıdan təqribən 350 km məsafədə, Azərbaycanın Qarabağ bölgəsi Şuşada yerləşən bir azərbaycanlı məscidi olmuşdur. Məscid Şuşanın Köçərli məhəlləsinin 20 Yanvar küçəsində yerləşirdi. Köçərli məhəlləsi Şuşanın 9 aşağı məhəlləsindən biridir. Ümumilikdə 17 məhəllə var. Köçərli məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biridir. Mardinli məscidi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun Ümumdünya İrs Saytında yerləşir. XIX əsrin memarlıq abidəsidir. Şuşa şəhərinin 1992-ci ilin may ayının 08-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Məscid yandırılmışdır.
Nigar Köçərli
Nigar Köçərli (15 oktyabr 1975, Bakı) — Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi. Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində ailəsində anadan olub. 138 saylı məktəbi gümüş medal ilə bitirib. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997–1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999–2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğul olmağa başlayıb. 17 avqust 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda “Əi və Nino” kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino.az" onlayn mağazasından ibarətdir. Fridun Köçərlinin qardaşı qızıdır. Tofiq Köçərlinin qardaşı qızıdır.
Tofiq Köçərli
Tofiq Qasım oğlu Köçərli (11 fevral 1929, İsalı, Gədəbəy rayonu – 31 oktyabr 2007, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi. Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib. 1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub. 1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1950–1990-cı illərdə Tofiq Köçərlinin elmi yaradıcılığı Azərbaycanda sosialist inqilabı və sosializm quruculuğu tarixinə həsr edilmişdir.
Xəlil Köçərli
Çinarə Köçərli
Çinarə Köçərli (tam adı: Çinarə Mahir qızı Köçəriyeva) — azərbaycanlı yazıçı; uşaq hekayələri yazarı; Azərbaycan Yazıçılar Birliyinin üzvü; 10-dan çox uşaq kitabının müəllifi və "Ting" nəşriyyatının təsisçisidir. Çinarə Mahir qızı Köçəriyeva 1985-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq" fakültəsini "Reklam işi" ixitisası üzrə bitirib. Dizayn proqramları (Corel Draw, Photoshop, AutoCad, 3DxMax, ArchiCad) üzrə ixtisaslaşıb. Rus dili, İngilis dili, Ərəb dili olmaqla 3 əcnəbi dil bilir. 2006-cı ildə "İdeal" dizayn mərkəzinin təsisçisi olub. 2009-cu ildə Ərəb dilinin qrammatikası və dili üzrə təhsil alıb, ixtisaslaşıb. 2012-ci ildə uşaqlar üçün ilk rəngli illüstrasiyalı "Ərəb Əlifbası" kitabı nəşr edilib. Bu kitab həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fonduna daxil edilib. 2013-cü ildə şəkilli hekayələrdən ibarət, uşaqlar üçün "Hədislərlə 100 hekayə" kitabı nəşr edilib.
Şahvələd Köçərli
Şahvələd Süleyman oğlu Köçərli (31 dekabr 1935) — neftçi-geoloq, Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (1965), "Azneftgeofizika" tresti İB-də baş geoloq və baş direktor (1981-1992). Şahvələd Köçərli 31 dekabr 1935-ci ildə Gədəbəy rayonunda, Şınıx mahalının İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universiteti (İndiki Bakı Dövlət Universiteti)nə qəbul olunmuş və 1959-cu ildə universitetin “Geoloji-coğrafiya” fakultəsinin “Neft-qaz geologiyası” ixtisasını bitirmişdir, 1959-1962-ci illərdə “Azneftkəşfiyyat” trestində kollektor, texnik-geoloq, geoloq, böyük geoloq vəzifələrində çalışmışdır. 1962-1965-ci illərdə “AMEA Geologiya İnstitutu”nda aspiranturada oxumuş, 1965-ci ildə namizədlik dissertasiyasını “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 1966-1974-cü illərdə “Geologiya İnstitutu”nda kiçik və baş elmi işçi, 1974-1981-ci illərdə “Azneft” İB-də geoloji şöbə müdirinin müavini və şöbə müdiri, 1981-1992-ci illərdə “Azneftgeofizika” tresti İB-də baş geoloq və baş direktor vəzifələrində işləmişdir. 1993-1998-ci illərdə o “TPAO” (Türkiye Petrolleri Anonim Ortaklığı)- Qazaxıstan neft layihələrinin icrasında iştirak etmişdir. Şahvələd Köçərli 1998-2011-ci illərdə Azərbaycanda aparılan geofiziki tədqiqatlar sahəsində çox məhsuldar çalışmış, baş idarədə geologiya üzrə baş mütəxəssis, geoloji şöbənin müdiri vəzifələrini icra etmişdir. Onun biləvasitə rəhbərliyi və iştirakı ilə respublika ərazisində 30-dan artıq perspektivli struktur aşkar edilmiş, bir sıra neft və qaz yataqları kəşf edilərək işlənməyə hazırlanmışdır. O hazırda "Azərbaycan Milli Geofizika Komitəsinin vitse-Prezidenti, “Azərbaycanda Gefizika Yenilikləri” jurnalının baş redaktorunun müavinidir. Şahvələd Köçərlinin elmi tədqiqat istiqamətləri neft-qaz yataqlarının geologiyası, axtarışı, kəşfiyyatı və neftli-qazlı hövzələrin struktur-tektonik quruluşu, neft-qazlılığı ilə əlaqədardır. O, 150-dən çox elmi və publisistik əsərin müəllifidir.
Badisəba Köçərli
Badisəba xanım Köçərli (doğum adı: Badisəba xanım Mustafa ağa qızı Vəkilova; 2 (14) mart 1881, Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – yanvar 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı xeyriyyəçi, pedaqoq, maarifçi. Məşhur Azərbaycan ədəbiyyatşünası və Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin həyat yoldaşıdır. İnsanlara göstərdiyi köməkliklərinə görə Badisəba xanımı "El Anası" deyə çağırırmışlar. == Həyatı == Badisəba xanım Vəkilova 14 mart (köhnə təqvim ilə 2 mart) 1881-ci ildə Qazax qəzasının Salahlı kəndində doğulmuşdur. Atası Mustafa ağa Mirzalı ağa oğlu Vəkilov, anası Fatma xanım Vəkilova, qardaşları Məmməd ağa Vəkilov və İsmayıl ağa Vəlikov idi. O, 1897-ci ildə, 17 yaşında Firidun bəy Köçərli ilə ailə qurmuş və onun soyadını qəbul etmişdir. Şəkidə 2 saylı uşaq evinin direktoru işləyərkən həmin uşaq evində yaşayan Roza Hədibullah qızı Həşimova adlı uşağı övladlığa götürmüşdür. == Təhsili == Firidun bəy Köçərli Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında müəllim işləyərkən onun təhsili ilə fərdi şəkildə məşğul olmuşdur. Bakı Qadın Müəllimləri Seminariyasında (bu təhsil müəssisəsinin adı 1919–1920-ci illərdə Bakı Kişi Müəllimləri Seminariyası olmuşdur, sonrakı illərdə müxtəlif adlar altında fəaliyyət göstərmiş və hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir.) işləyərkən Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. == Fəaliyyəti == Badisəba xanım 1918-ci ildə Qazaxda öz vəsaiti hesabına Firidun bəy Köçərli ilə birlikdə "Yetim və qaçqın uşaqlar evi" açmışdır.
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Köçəri Məmmədov
Köçəri Əsgər oğlu Məmmədov (16 oktyabr 1946, Düzrəsullu, Gədəbəy rayonu – 26 may 2008, Bakı) — Azərbaycan operatoru. == Həyatı == Köçəri Əsgər oğlu Məmmədov 16 oktyabr 1946-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, sonradan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində ixtisas artırma kurslarını bitirib. Həcc ziyarətində olmuşdur. Hacı Köçəri Məmmədov 26 may 2008-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1969-cu ildən 2008-ci ilədək "Azərbaycanfilm" kinostudiyasında işləyib. Sənədli və xronikal filmlərin operatorudur. 50-dən çox filmin heyətində çalışmışdır. == Filmoqrafiya == Operator assistenti kimi Aşıq Ələsgər (film, 1972)(qısametrajlı sənədli film) Operator kimi Çətin yol (film, 1975)(qısametrajlı sənədli film) Yay günləri (film, 1977)(qısametrajlı sənədli film) Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)(qısametrajlı sənədli film) Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)(qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979)(qısametrajlı sənədli film) Gənclərin 50 yaşlı teatrı (film, 1979)(qısametrajlı sənədli film) Anda sədaqət (film, 1980)(qısametrajlı sənədli film) Azərbaycanın əkilən otlaqları (film, 1980)(qısametrajlı sənədli film) Dostluq körpüləri (film, 1980)(qısametrajlı sənədli film) Xaqani (film, 1980)(qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981)(qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)(qısametrajlı sənədli film) Salam, İordaniya (film, 1981)(qısametrajlı sənədli film) Təsərrüfatlararası birlik (film, 1981)(qısametrajlı sənədli film) Ürək yaddaşı (film, 1981)(qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982)(qısametrajlı sənədli film) Poeziya bayramı (film, 1982)(qısametrajlı sənədli film) Aşıqlar (film, 1983)(qısametrajlı sənədli film) Azərbaycan kauçuku (film, 1983)(qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983)(qısametrajlı sənədli film) Söz sizindir, şəriklər (film, 1983)(qısametrajlı sənədli film) Zireh qalalar (film, 1983)(qısametrajlı sənədli film) Ulu diyar (film, 1984)(qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1985)(qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Köçəri qəbiristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri qəbristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.
Köçəri çəyirtkə
Köçəri çəyirtkə (lat. Locusta migratoria) və ya Asiya çəyirtkəsi — əsl çəyirtkələr (Acrididae) fəsiləsindən düzqanadlılar növləri. == Polifaq == Tarla, bağ, bağ, meşə, tərəvəz, bostan, giləmeyvə və müxtəlif texniki bitkilərə zərər verir. Qarışıq forma 300 kilometrə qədər miqrasiya edir. Aralıq Avropa, Asiya, Afrikanın geniş ərazilərini əhatə edir. Bu sahədə növ 7 alt növ təşkil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бей-Биенко, Григорий Яковлевич. Руководство по учету саранчовых. Л.: Упр. Службы учета Гос.
Rəqəmsal köçəri
Rəqəmsal köçəri — texnologiya və internetdən istifadə edərək uzaqdan işləyərkən sərbəst səyahət edən insanlar. Bu cür insanlar ümumiyyətlə, minimal maddi imkanlara malikdirlər və internetə daxil olmaq üçün Wi-Fi, smartfonlar və ya mobil giriş nöqtələrindən istifadə edərək, müvəqqəti yaşayış yerlərində, otellərdə, kafelərdə, ictimai kitabxanalarda, birgə iş yerlərində və ya səyahət avtomobillərində uzaqdan işləyirlər. Rəqəmsal köçərilərin əksəriyyəti özlərini proqramçılar, məzmun yaradıcıları, dizaynerlər və ya tərtibatçılar kimi təsvir edirlər. Bəzi rəqəmsal köçərilər daimi səyahətçilərdir, digərləri isə bu həyat tərzini yalnız qısa müddətə saxlayırlar. Bəzi köçərilər bir çox ölkəni gəzərkən, digərləri bir ərazidə qalırlar. Bəziləri avtomobildə yaşayarkən səyahət etməyi seçə bilər, bu da əsasən mikroavtobus həyatı kimi tanınan bir təcrübədir. 2020-ci ildə bir araşdırma, 10,9 milyon amerikalı işçinin özünü rəqəmsal köçərilər kimi təsvir etdiyini, bunun 2019-cu ilə nisbətən 49% artdığını göstərdi. İlk rəqəmsal köçərilərdən biri, 1983-cü ildən 1991-ci ilə qədər gecə düşərgə qurmazdan əvvəl gün ərzində danışmağa, yazmağa və hərəkətdə işləməyə imkan verən həvəskar radio və digər avadanlıqlarla təchiz edilmiş, kompüterləşdirilmiş uzadılmış velosipeddə ABŞ boyunca 10.000 mildən çox məsafə qət edən Stiven Roberts idi. Roberts Popular Computing jurnalında "yüksək texnologiyalı köçəri" kimi yer almışdır. "Rəqəmsal köçəri" termini 1990-cı illərin əvvəllərində kompüter şəbəkələrinin böyüməsi və notbuklar, planşetlər və PDA kimi mobil cihazların populyarlaşması nəticəsində mümkün olan yüksək texnologiyalı səyahət həyat tərzinin yeni növünü təsvir etmək üçün istifadə olunmağa başladı.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Firidun bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – 5 iyun 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Firudin bəy Köçərli
Firidun bəy Köçərli (26 yanvar 1863, Şuşa – 5 iyun 1920, Gəncə) — Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. == Həyatı və təhsili == Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil almışdır. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir və Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A. O. Çernyayevski və M. Kipiani ilə yaxın münasibət saxlayır. == Fəaliyyəti == 1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır. Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir.
Həbib bəy Köçərli
Köçərli Həbib bəy Kərim bəy oğlu (1890-?) — rejissor, aktyor, incəsənət xadimi. == Həyatı == Həbib bəy Kərim bəy oğlu 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Tiflis 1-ci gimnaziyaya daxil olub, 1913-cü ildə tamamlamışdı. Almaniyanın Leypsiq şəhərində kommersiya institutunda təhsilini davam etdirmişdi. Həbib bəy Köçərli teatr həvəskarı idi. Həm Tiflis, həm də Şuşa teatrına öz töhfəsini vermişdi. Teatrşünas Abbas Hacıyev onun haqqında yazır: "Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi".
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası.Stansiya işğaldan sonraki dövürdə memar Kamran Allahyarovun layihəsi əsasında yenidən layihələndirilmişdir == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Keçəli qoz gənəsi
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Keçəçi oğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Aslan Kəmərli
Mustafazadə Aslan Müstafa oğlu (Aslan Kəmərli) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Azərbaycan" qəzetinin bölgə müxbiri, "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri (1992-ci ildən). == Həyatı == Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş (1949-1959), sonra kolxozda çalışmışdır (1959-1960). Bakı rabitə texnikumunda təhsilini davam etdirmişdir (1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləmişdir (1968-1971), "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir (1971-1976). "Pioner" jurnalı redaksiyasında məsul katib (1977-1991), "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olmuşdur.
Gəzərgi qaratoyuq
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Kəmərli bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəmərli xalçaları
Kəmərli xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu xalça növü. == İstehsalı == "Kəmərli xalçaları" öz adını Qazax şəhərindən 38 km şimal-qərbdə yerləşən Kəmərli kəndinin adından almışdır. Kənd Qazax rayonunun Qaymaqlı, Şıxlı, Salahlı kimi tanınmış xalçaçılıq məntəqələrinin arasında yerləşir. Kəmərli, hər şeydən əvvəl, xovsuz xalçaların ("zili") və məişət əşyalarının (çul, xurcun və s.) istehsal mərkəzidir. "Kəmərli" xalçaları təkcə Kəmərli kəndində deyil, Ermənistan Respublikasının və Gürcüstan Respublikasının Kəmərli kəndinə yaxın olan eyni adlı xalçaçılq məntəqələrində də istehsal olunmuşdur. == Bədii xüsusiyyətləri == "Kəmərli xalçaları"nın bədii xüsusiyyətləri "Qaçağan xalçaları"nda olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, buradakı mərkəzi medalyonlar ara sahədə daha sərbəst yerləşmişdir. == Texniki xüsusiyyətləri == "Kəmərli xalçaları"nın ölçüsü, adətən, böyük olmur. Uzunsov formatlı və böyük ölçülü "kəmərli xalçaları"na nadir hallarda rast gəlinir. "Kəmərli xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir.
Pas Kəməri
Pas Kəməri ABŞ-nin Şimal-Şərqi və Orta-Qərb bölgəsində təxminən 1980-ci ildən başlayaraq sənaye tənəzzülü ilə üzləşən bir bölgədir. ABŞ-nin istehsal sektoru ABŞ-nin ÜDM-ə nisbəti olaraq 1953-cü ildə zirvəyə çatdı və o vaxtdan bəri tənəzzülə uğradı. Şimal-şərq və Orta Qərb (Buffalo, Roçester, Çikaqo, Sinsinnati, Klivlend, Detroyt, İndianapolis, Cersi Siti, Kanzas Siti, Minneapolis-Saint Paul, Dulut, Minnesota, Miluoki, Nyuark, Pittsburq, Sent-Luis və Toledo kimi) gördü adətən 1950-ci ildən başlayaraq ABŞ siyahıyaalınmasının pik əhalisinin onda birindən daha çox ümumi əhalinin azalması müşahidə etməkdə davam edir. Təriflər fərqli olsa da, o, əsasən Böyük Göllər Meqapolisindən ibarətdir. Pas dedikdə, polad istehsalı, avtomobil istehsalı və kömür hasilatı kimi bir vaxtlar güclü sənaye sektorunun daralması nəticəsində sənayesizləşmə, iqtisadi tənəzzül, əhali itkisi və şəhərlərin çürüməsi nəzərdə tutulur. Termin 1980-ci illərdə ABŞ-də populyarlıq qazandı, o zamanlar genişlənən Günəş Kəməri ilə ziddiyyət təşkil edirdi. Pas Kəməri Mərkəzi Nyu Yorkdan qərbə doğru Pensilvaniya, Ohayo, Qərbi Virciniya, Kentukki, İndiana, Miçiqan ştatının Aşağı yarımadası, İllinoys ştatının şimalı, Viskonsin şərqi və Minnesota ştatlarından keçir. Yeni İngiltərə də eyni dövrdə sənaye tənəzzülündən ağır zərbə aldı. 20-ci əsrin ortalarından bəri əvvəllər Amerikanın sənaye mərkəzi kimi tanınan bölgədə ağır sənaye tənəzzülə uğradı.