1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq.
Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər.
// məc. Batmaq, sancılmaq.
[Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub qəlbimə saplanır.
Fəqət bu qəhrəmanlıq, bu çevikliyə qarşı qüvvətli bir mizraq onun qəlbinə saplandı.
2. məc. Dikilib qalmaq (göz, baxış haqqında).
Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi.