SARIXAN

baş xan, böyük xan, xanlarxanı (Sar-şahinlər sinfinə mənsub olan, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz "dünya, kainat" mənasında olan "Sarı-Günəş" ilə əlaqədardır).
SARIBƏY
SARİF
OBASTAN VİKİ
Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi. Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.
Sarıxanlı
Sarxanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Sarıxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Sərxanlı — Şərur rayonunda kənd.
Sarıxanlı (Meşkinşəhr)
Sarıxanlı (fars. ساري خانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 492 nəfər yaşayır (108 ailə).
Sarıxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Sarıxanlı bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sarıxanoğlu bəyliyi
Sarıxanoğulları bəyliyi (türk. Saruhanoğulları Beyliği) — paytaxtı Manisa şəhəri olan Anadolu bəyliyi. Bəyliyin əsasını Sarıxanoğulları sülaləsi qoymuş və 1300-1415-ci illərdə bəyliyə rəhbərlik etmişdir. Bəyliyin banisi səlcuqlu sərkərdəsi Sarıxan bəy olmuşdur. Bəylik Qərbi Anadoluda yerləşirdi və Egey dənizinə çıxışa sahib idi. Bəyliyin ərazisinə Aydınoğulları və Karəsi bəylikləri arasındakı, izmirdən şimala doğru olan torpaqlar daxil idi. Müasir Manisa, Mənəmən, Kamalpaşa və Foça şəhərlərinin yerləşdiyi bölgələr Sarıxanoğulları bəyliyinin ərazisi sərhədləri içində idi. Bəyliyin donanması Bizans, Genuya və Venesiyanın Şərqi Aralıq dənizi bölgəsindəki əraziləri üçün böyük təhdid təşkil edirdi. Bəylik osmanlılar tərəfindən ilk dəfə 1390-cı ildə işğal olunmuş, 1415-ci ildə isə onun ərazisi birdəfəlik Osmanlı İmperiyası torpaqlarına qatılmışdır.
Sarıxanoğulları bəyliyi

Sarıxanlı (Vedibasar)
Sarıxanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 14–16 km cənub-şərqdə, Araz çayının sahilində, Vedi çayından axan arxın yaxınlığında, Əliməmməd kəndinin yanında yerləşirdi. Toponim təklə türk tayfasının bir qolunu təşkil edən sarıxanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1873-cü ildə 288 nəfər, 1886-cı ildə 338 nəfər, 1897-ci ildə 358 nəfər, 1904-cü ildə 160 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 204 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin yazında kəndin sakinlərini tam surətdə ermənilər tərəfindən qovmuşdur. Həmin vaxtdan kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.