Mehmet Saray
Mehmet Saray (d. 1942, Afyon) — Türk Tarix Qurumunun üzvü, Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvü, 2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbəri, 2007-2010-cu illərdə Türkiyə Cümhuriyyəti Yeditepe Universitetində Müasir dövr Tarix Araşdırmaları Mərkəzinin sədri, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru.
== Fəaliyyəti ==
1942-ci ildə Türkiyənin Afyon bölgəsinin Dinar qəzasında anadan olub.
1988-ci ildə professor adını alıb.
Türk Tarix Qurumunun üzvüdür.
1995-ci ildən Atatürk Elmi-Araşdırmalar Mərkəzinin Elmi Şurasının həqiqi üzvüdür.
1992-1996-cı illərdə Türkiyə Cümhuriyyəti XİN-də türk dövlətləri ilə əlaqədar baş məsləhətçi vəzifəsini icra etmişdir. Bu vəzifədə olduğu müddətdə Türk Cümhuriyyətləri elm adamları ilə birlikdə təşkil edilən “Ortaq Türk Tarixi”, “Ortaq Türk Ədəbiyyatı”, “Ortaq Türk Lüğəti” və “Ortaq Türk Əlifbası” layihələrinin rəhbəri olub.
1990-2000-ci illərdə Hərb Akademiyalarında, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub.
2004-2006-cı illərdə Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun Atatürk Araşdırma Mərkəzinin (ATAM) rəhbəri edib.