SATUR

ə. çapacaq.

SATİR
SAYƏ
OBASTAN VİKİ
Satur Ağayan
Satur Pavloviç Ağayan (erm. Ծատուր Պավելի Աղայան; 12 yanvar 1912, Zəylik, Dəstəfur rayonu – 3 dekabr 1982, İrəvan) — erməni sovet tarixçisi, pedaqoq, tarix elmləri doktoru (1948), professor (1950). Ermənistan SSR EA-nın həqiqi üzvü (1963). Satur Pavloviç Ağayan 12 yanvar 1912-ci ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasının Zəylik kəndində (indiki Daşkəsən) anadan olmuşdur. O, 1941–1948-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, Vladimir Lenin adına APİ-nin prorektoru, Kirov adına ADU-nun dosenti olmuşdur. O1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ağayan Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunda şöbə müdiri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutu (MLİ) Ermənistan filialı direktorunun müavini (1948–1951), Ermənistan KP MK elm və mədəniyyət şöbəsinin müdiri (1951–1954), Ermənistan SSR Tarix İnstitutu direktorunun müavini, İrəvan Universitetinin professoru (1954–1961), MLİ Ermənistan filialının direktoru (1961–1968) kimi işləmişdir. O, 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının akademiki, Ermənistan SSR Elmlər Akademiyasının ictimai elmlər bölməsinin akademik-katibi olmuşdur. Əsas tədqiqat sahələri: Cənubi Qafqazda inqilabi hərəkat tarixi, XIX əsrdə aqrar münasibətlər, Cənubi Qafqaz xalqlarının dostluğu. Satur Pavloviç Ağayan 3 dekabr 1982-ci ildə İrəvan şəhərində vəfat etmişdir. Большая советская энциклопедия.
Enkelad (Saturnun peyki)
Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır. Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir. == Xarakteristikası == Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir. Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır.
Enselad (Saturnun peyki)
Enselad (ing. Enceladus; yun. Εγκέλαδος) və ya şərti adı ilə Saturn II — Saturnun ən böyük 6-cı və ən parlaq peyki. 1789-cu ilin 23 avqustunda Vilyam Herşel tərəfindən kəşf edilmişdir. Adını yunan mifologiyasında titan Enseladdan almışdır. Peykin diametri təxminən 500 km-dir. Kütləsinin böyük hissəsini buzlaqlar təşkil edir. == Xarakteristikası == Enseladın digər buz peyklərindən fərqləndirən əsas cəhəti çox parlaq və səthinin hamar olması, parlaq olmasıdır. Enseladın su buzundan ibarət səthi daim yenilənmə içərisindədir. Peyk Günəşdən aldığı işığın 90 %-ni qaytarır.
Hiperion (Saturnun peyki)
Hiperion (ing. Hyperion) və ya Saturn VII — Saturn planetinin təbii peyki. 1848-ci ilin 16 sentyabrında Villiam Bond, Corc Bond və Villiam Lassel tərəfindən kəşf olunmuşdur. Peyki digərlərindən fərqləndirən əsas cəhəti kürə formasında olmamasıdır. == Adlandırılması == Peyk öz adını yunan mifologiyasında Kronun ögəy qardaşı olan İşıq tanrısı Hiperiondan almışdır. Ekvivalent ad kimi Saturn VII-dan dan istifadə olunur. Çünki bu ingilis astronom Con Herşelin kəşf etdiyi 6 Saturn peykindən sonra 7-ci peykdir. == Haqqında == Saturndan 1.5 milyon km uzaqlıqda olan və planetin ətrafında dövrəsini 21 günə başa çatdıran Hiperion yumurta formalı olub 360 km uzunluğunda və 250 km enindədir. Səthinin niyə bu qədər meteor izi daşıdığı bilinmir. Peykin sıxlığı isə suyun sıxlığından belə azdır.
Phaethornis striigularis saturatus
Phaethornis striigularis saturatus (lat. Phaethornis striigularis saturatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinin phaethornis striigularis növünə aid heyvan yarımnövü.
Prometeus (Saturnun peyki)
[mənbə göstərin] Prometeus — Günəş sistemində Saturn planetinin peykidir. Prometey Saturnun F halqasının daxili kənarının genişliyini məhdudlaşdıran çoban ayı kimi çıxış edir. Prometey son dərəcə nizamsızdır və görünən kraterlərə malikdir — bəzilərinin diametri 12,4 mil (20 kilometr) qədərdir. Bununla belə, o, yaxın qonşuları Pandora, Yanus və Epimeteydən daha az kraterlidir. Prometey sıxlığının aşağı olduğu təxmin edilir. Çox aşağı sıxlığı və nisbətən yüksək albedosu olduğundan, ehtimal ki, Prometeus çox məsaməli buzlu bir bədəndən ibarətdir.
Satureja
Kəkotu (lat. Satureja) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Satureja chamissonis
Satureja douglasii
Micromeria douglasii (lat. Micromeria douglasii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin micromeria cinsinə aid bitki növü. Clinopodium douglasii (Benth.) Kuntze Satureja douglasii (Benth.) Briq. Micromeria barbata Fisch. & C.A.Mey. Micromeria chamissonis (Benth.) Greene Thymus chamissonis Benth. Thymus douglasii Benth.
Satureja fenzlii
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Satureja hortensis
Dağınıqçiçək kəkotu, Məzrə, Küftəotu (lat. Satureja hortensis) - kəkotu cinsinə aid bitki növü. Cənubi Avropa, Krım, Türkiyə, Orta Asiyada yayılıb. Çınqıllı, daşlı yamaclarda, qayalarda bitir. Bağ və bostanlarda çoxaldılır, bəzən isə yabanılaşır və alaq otu kimi bitir.
Satureja laxiflora
Satureja laxiflora (lat. Satureja laxiflora) — dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Satureja montana
Dağ kəkotusu (lat. Satureja montana) – dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Satureja mutica
Satureja mutica (lat. Satureja mutica) – dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Satureja spicigera
Satureja spicigera (lat. Satureja spicigera) — dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Satureja taurica
Satureja taurica (lat. Satureja taurica) — dalamazkimilər fəsiləsinin kəkotu cinsinə aid bitki növü.
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Saturn (dəqiqləşdirmə)
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Saturn (mifologiya)
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Saturn (planet)
Saturn, köhnəlmiş adı Zühəl — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz onda beş dəfə böyük olan qaz nəhəngidir. Saturnun orta sıxlığı Yerin orta sıxlığının səkkizdə biri qədər olsa da, kütləsi Yerin kütləsindən 95 dəfə çoxdur. Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir. Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.
Saturn (raket ailəsi)
Saturn Amerika raket ailəsi, əsasən, alman kosmik raket alimlərindən təşkil olunmuş, rəhbərliyində Verner fon Braunun olduğu komanda tərəfindən inkişaf etdirilmişdir. Saturn ailəsi yuxarı mərhələlərdə yanacaq kimi maye hidrogendən istifadə edirdi. İlk başda hərbi peyk raketi kimi təklif edilən bu raketlər daha sonra Apollon proqramı üçün daşıyıcı raket kimi formalaşdırıldı. Üç versiyasi tikilib və uçurulub: Orta daşıyıcı raket Saturn I, ağır daşıyıcı raket Saturn IB və çox ağır daşıyıcı raket Saturn V. Saturn adı fon Braun tərəfindən 1958-ci ilin oktyabrında təklif edilmişdi. Saturn adı Yupiter seriyalarının, o cümlədən Roma tanrısı Yupiterin iqtidar xələfi olduğu üçün verilmişdi. Prezident Con Kennedi SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi. Saturn V bu günə qədər aşağı Yer orbitindən kənara insan daşıyan yeganə daşıyıcı raketdir. Ümumilikdə 24 kosmonavt 1968-ci ilin dekabrından 1972-ci ilin dekabrına qədər Aya səyahət etmişdir. Heç bir Saturn raketi uçuş zamanı katastrofik şəkildə uğursuz olmamışdı. Bilstein, Roger E. Stages to Saturn: A Technological History of the Apollon/Saturn Launch Vehicles.
Saturn Aura Avtomobil
Saturn I
Saturn I ("Saturn bir" olaraq adlandırılır) - ABŞ-nin dizayn etdiyi ilk orta daşıyıcı raket. Aşağı Yer orbitinə daşıya bildiyi faydalı yük 9 100 kg idi. Prezident Con Kennedi Saturn I və xüsusilə, SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi. Bilstein, Roger E. Stages to Saturn: A Technological History of the Apollo/Saturn Launch Vehicles. The NASA History Series. Washington: NASA. 1996. ISBN 978-0-16-048909-9. 2004-10-15 tarixində arxivləşdirilib. Cadbury, Deborah. Space Race: The Epic Battle Between America and The Soviet Union for Dominion of Space.
Sega Saturn
Sega Saturn — "Sega" tərəfindən 22 noyabr 1994-cü ildə Yaponiyada, 11 may 1995-ci ildə Şimali Amerikada, 8 iyul 1995-ci ildə isə Avropada satışa çıxarılan ev videooyun konsolu. Bu, altıncı nəsil videooyun konsollarından altıncısı idi. Uğurlu Sega Genesis konsolunun davamçısı olan Sega Saturn konsolunda cüt-CPU arxitekturası və səkkiz prosessor var. Konsol üçün buraxılmış oyunlar CD-ROM formatındadır və aralarında orijinal oyunlara əlavə olaraq, bir neçə arkada portları da var. Sega Saturn konsolunun istehsalına 1992-ci ildə start verilmişdir. Həmin il "Sega" şirkətinin yenilikçi "3D Model 1" arkada proqramı debüt etmişdir. Sistem Yaponiya elektronika şirkəti olan "Hitachi" tərəfindən istehsal olunmuş bir CPU əsasında dizayn edilmişdi. "Sega" 1994-cü ildə konsola yeni bir video displey prosessoru əlavə etmişdir ki, "Sony" şirkətinin qarşıdan gələn "PlayStation" konsolu ilə daha yaxşı rəqabət apara bilsin. Sega Saturn ilk vaxtlarda Yaponiyada uğur əldə edə bilmiş, ancaq ABŞ-də gözlənilməz şəkildə plananan buraxılış tarixindən dörd ay əvvəl, 1995-ci ilin may ayında satışa çıxarılanda ölkə bazarında çox nüsxə satmağa nail ola bilməmişdir. Sega Saturn Nintendo 64 konsolunun 1996-cı ilin axırlarında debüt etməsindən sonra sürətlə ABŞ-dəki bazar səhmlərini itirməyə başlamış, 1998-ci ildə isə ölkədə satışdan qaldırılmışdır.
Sega Saturn Magazine
"Sega Saturn Magazine" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. 1994–1998-ci illərdə EMAP tərəfindən nəşr olunmuşdur. Əsas mövzusu "Sega"nın videooyun konsolları idi. Jurnal 1994-cü ildə "Official Sega Magazine" kimi fəaliyyətə başlamış və "Sega" tərəfindən rəsmi olaraq lisenziyalaşdırılmışdır. Əvvəlcə nəşr şirkətin müxtəlif konsolları üçün məhsullara həsr olunmuşdu, lakin 1995-ci ildən jurnal yalnız "Sega Saturn" platforması üçün buraxılmış videooyunlara resenziyalar dərc etməyə başlamış və "Sega Saturn Magazine" adını almışdır. "Mean Machines"in yaradıcılarından biri olan Riçard Lidbetter jurnalın baş redaktoru olmuşdur. 1997-ci ildə başqa bir "Sega" jurnalı olan "Mean Machines Sega" fəaliyyətini dayandırmış və onun işçiləri "Sega Saturn Magazine" redaksiyasına keçmişdir. "Sega Saturn Magazine" özü 1998-ci ilin axırlarında fəaliyyətini dayandırmışdır. Jurnalın son nömrəsi noyabr ayında dərc olunmuşdur. Jurnalın diqqət mərkəzi yalnız Yaponiyada satışa çıxarılan "Sega Saturn" oyunlarının resenziyaları üzərində cəmləşmişdi, bunun səbəbi Birləşmiş Krallıqda platforma üçün oyunların sayının az olma idi.