SAVAB

is. [ ər. ] İslam dininə görə pis deyil, yaxşı iş görmə (günah əksi). Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı.
Xeyr, əstəğfürullah azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev.
[Gülnaz:] Vay bizim halımıza ki, dünyada bir savab qazanmadıq. T.Ş.Simurq.

// Canlı dildə, ümumiyyətlə, yaxşı, xeyirli, xeyirxah iş mənasında işlənir.
◊ Savab etmək (eləmək, qazanmaq)1) dini baxımdan yaxşı, xeyirli bir iş görmək;
2) ümumiyyətlə, yaxşı, xeyirli bir iş görmək. Heyran göz yaşı ilə sənə yazdı dərdini; Yazsan cavabını, edəcəksən böyük savab. Heyran xanım.
[Nəcəfalı:] Gərək elə iş görəsən ki, el savabı qazanasan, bala! B.Bayramov.

Savab yiyəsi olmaq – bax savab etmək (görmək, qazanmaq).
[Sultan bəy:] Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Ü.Hacıbəyov.

Savaba batmaq – bax savab etmək (eləmək, qazanmaq). [Ağafan:] Mirzə, savaba batdınız.
Hacı kirə verməmək üçün bəhanə axtarırdı. Mir Cəlal.

Синонимы

  • SAVAB xeyirxah (iş)
SAVA
SAVAD₂
OBASTAN VİKİ
Savab
Savab (ərəb. ثواب‎) — "mükafat" mənasını verən ərəb termini. İslamda insanın etdiyi yaxşı işlər, vacib və nafilə ibadətləri yerinə yetirməsi hesabına qazandığı yaxşı əməllərə verilən addır. Bunun əksi günahdır və insanlar haramları etməklə, vacib olanları tərk etməklə, pis işlər görməklə günah qazanırlar. Buna görə də, axirətdə savabları günahlarından böyük olanlar əbədi səadətə qovuşaraq cənnətə göndəriləcək, günahları savablarından böyük olanlar isə əzaba düçar olacaqlar. Əhli-sünnə arasında ümumi rəy belədir ki, möminin günahları savabından çox olsa belə, onun əzabı əbədi olmayacaq və bir müddət günahlarının cəzasına məruz qaldıqdan sonra cənnətə aparılacaqdır. Xaricilərdə günahkar dindən çıxmış hesab edilİr və buna görə də onları öləndə əbədi əzab görə bilər.

Значение слова в других словарях