Xeyr, əstəğfürullah azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi.
[Gülnaz:] Vay bizim halımıza ki, dünyada bir savab qazanmadıq.
// Canlı dildə, ümumiyyətlə, yaxşı, xeyirli, xeyirxah iş mənasında işlənir.
◊ Savab etmək (eləmək, qazanmaq) – 1) dini baxımdan yaxşı, xeyirli bir iş görmək;
2) ümumiyyətlə, yaxşı, xeyirli bir iş görmək. Heyran göz yaşı ilə sənə yazdı dərdini; Yazsan cavabını, edəcəksən böyük savab. Heyran xanım.
[Nəcəfalı:] Gərək elə iş görəsən ki, el savabı qazanasan, bala!
Savab yiyəsi olmaq – bax savab etmək (görmək, qazanmaq).
[Sultan bəy:] Mənim də muzdum budur ki, savab yiyəsi olaram.
Savaba batmaq – bax savab etmək (eləmək, qazanmaq). [Ağafan:] Mirzə, savaba batdınız.
Hacı kirə verməmək üçün bəhanə axtarırdı.