SAVO

(Oğuz)
pendir mayası. – Savonu vurullar sütə, olur dələmə
SAVLAMAX
SAVRIX
OBASTAN VİKİ
Emanuel Filibert (Savoyya hersoqu)
Emanuel Filibert (it. Emanuele Filiberto di Savoia) və ya Dəmirbaş (it. Testa di ferro) (8 iyul 1528, Şamberi, Savoy hersoqluğu – 30 avqust 1580, Turin, Savoy hersoqluğu) — Savoyya hersoqu. Atası Savoyya hersoqu III Çarlz, anası isə Portuqaliya kralı I Manuelin qızı Portuqaliyalı Beatrisdir. Anası Müqəddəs Roma imperatoru V Karlın həm baldızı, həm də xalası qızı idi. Bu səbəblə gənc yaşlarından etibarən V Karlın ordusunda Fransaya qarşı müharibədə xidmət etməyə başlamışdı. 1553-cü ildə atasının vəfatıyla Savoyya hersoqluğuna yüksəlsə də, bütün mülkləri fransızlar tərəfindən işğal edilmişdi və 1536-cı ildən bəri bütün ailəsi sürgündə yaşamaqda idi. Bu səbəblə torpaqlarını geri almaq ümidiylə Habsburqlara xidmət etməyə davam etdi. Üstəlik, 1555–1559-cu illərdə Habsburqların Hollandiyadakı hakimi olaraq fəaliyyət göstərmişdir. Bu vəzifədə ikən ispanların şimali Fransaya etdiyi hücumlara şəxsən rəhbərlik etdi.
Fransisk (Savoyya hersoqu)
Fransisk (it. Francesco Giacinto di Savoia) (14 sentyabr 1632, Turin – 4 oktyabr 1638, Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatının ardından, hələ 5 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq cəmi bir il sonra qızdırmalı xəstəlik səbəbilə öldüyü qeyd edilir. Ölümündən sonra taxta 4 yaşlı kiçik qardaşı Çarlz Emanuel çıxdı və anası naibəliyə davam etdi. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Merlini, Carlo (1938).
III Viktor Amadeus (Savoyya hersoqu)
III Viktor Amadeus (it. Vittorio Amedeo III di Savoia) (26 iyun 1726[…], Turin, Sardiniya krallığı – 16 oktyabr 1796[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Hesseli Poliksenadır. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
III Çarlz (Savoyya hersoqu)
III Çarlz (it. Carlo III di Savoia) və ya Yaxşı Çarlz (it. Carlo il Buono) (10 oktyabr 1486, Şaze-syur-En – 17 avqust 1553, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Klaudin Brosdur. 1536-cı ildə bacısı oğlu olan Fransa kralı I Fransisk tərəfindən hersoqluq işğal olundu və III Çarlz ölkədən qaçmağa məcbur oldu. Qalan ömrünü sürgündə keçirmişdir. == Mənbə == John Roger Paas, The German Political Broadsheet, 1600–1700: 1600–1615, (Otto Harrassowitz, 1985), 67. Michael Mallett and Christine Shaw, The Italian Wars, 1494–1559, (Pearson Educational Limited, 2012), 230–231.
III Çarlz Emanuel (Savoyya hersoqu)
III Çarlz Emanuel (it. Carlo Emanuele III di Savoia) (27 aprel 1701[…], Turin – 20 fevral 1773[…], Turin, Sardiniya krallığı) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı XIII Lüdovikin nəvəsi Orleanlı Anna Mariyadır. Saray ənənələrinə uyğun olmayan evliliyi səbəbilə skandala səbəb olan atasının taxtdan çəkilməsiylə, gözlənilmədən Savoyya hersoqu və Sardiniya kralı oldu. Ancaq Şamberidəki qəsrində iqamət etməyə başlayan atası çox keçmədən dövlət işlərinə müdaxilə etməyə başladı və oğlunu bacarıqsızlıqla ittiham etdi. Ətrafına topladığı dəstəkçiləriylə yenidən taxtı ələ keçirmək cəhdinin ardından, atasını Rivoli qalasına həbs etdirdi. Çox keçmədən atası burada vəfat etdi. == Mənbə == Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. (1985). L'Allemagne Dynastique, Tome IV – Wittelsbach. France: Laballery.
II Filibert (Savoyya hersoqu)
II Filibert (it. Filiberto II di Savoia) və ya Yaraşıqlı Filibert (it. Filiberto il Bello) (10 aprel 1480, Pon-d'En – 10 sentyabr 1504, Pon-d'En) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Burbonlu Marqaritadır. 1496-cı ildə atası II Filipp gözlənilmədən Savoyya hersoqu olmuşdu və taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti sələfinin 9 yaşlı bacısı Yolanda ilə evləndirmişdi. Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi. Bu səbəblə Filibert Avropanın böyüyən gücü Habsburqlara yaxınlaşmağa başladı. Siyasi məqsədlərlə 1501-ci ildə Müqəddəs Roma imperatoru I Maksimilyanın qızı Marqarita ilə evləndi.
II Filipp (Savoyya hersoqu)
II Filipp (it. Filippo II di Savoia) və ya Torpaqsız Filipp (it. Filippo senza Terra) (5 fevral 1438, Şamberi – 7 noyabr 1497, Şamberi) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. Savoyya hersoqluğu böyük qardaşı IX Amadeusun şəcərəsindən davam edirdi. Ancaq onun nəvəsi II Çarlz 6 yaşında vəfat etmiş, sülalənin taxta ən yaxın kişi namizədi olaraq II Filipp səltənəti ələ aldı. Buna baxmayaraq taxt sırasında qardaşının şəcərəsinə mənsub bəzi qadın nümayəndələr buna qarşı çıxdılar. Taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi. Ancaq çox keçmədən II Filipp vəfat etdi. == Mənbə == Cholakian, Patricia Francis; Cholakian, Rouben Charles (2006).
II Viktor Amadeus (Savoyya hersoqu)
II Viktor Amadeus (it. Vittorio Amedeo II di Savoia) (14 may 1666[…], Turin – 31 oktyabr 1732[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə Savoyyalı Mariya Jannadır. Atasının ani vəfatının ardından, hələ 9 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi oldu. Fransa kralı XIV Lüdovik bölgədəki fransız təsirini gücləndirmək məqsədilə kiçik hersoqun gələcəkdəki evliliyini planlaşdırmaq niyyətində idi. Ancaq yetkinlik yaşına çatan Viktor Amadeus fransız təsirindən çıxdı və 1684-cü ildə yazdığı əmrlə Fransa yönümlü anasını dövlət idarəsindən tamamilə uzaqlaşdırdı. İspaniya səltənəti uğrunda gedən taxt mübarizəsinə qoşulan Viktor Amadeus 1713-cü ildə Siciliya krallığını ələ keçirdi ancaq çox keçmədən bu ünvanını Sardiniya kralı olaraq dəyişməli oldu. == Mənbə == Symcox, Geoffrey (1983). Victor Amadeus II: absolutism in the Savoyard State, 1675–1730. Berkeley: University of California Press.
II Çarlz (Savoyya hersoqu)
II Çarlz (it. Carlo II di Savoia) (23 iyun 1489, Turin – 16 aprel 1496 və ya 1496, Monkalyeri, Pyemont) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu I Çarlz, anası isə Milan hersoqu I Françesko Sforzanın nəvələrindən Blanşdır. Atasının ani vəfatının ardından, hələ 1 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. Ancaq hələ 6 yaşında ikən yatağından düşərək öldüyü qeyd edilir. Hersoqun uşaq yaşda vəfat etməsinin ardından Savoyya sülaləsinin taxta ən yaxın kişi üzvü olan II Filipp (I Lüdovik və Kiprli Annanın üçüncü oğlu) səltənəti ələ aldı. Ancaq olduqca yaşlı olan II Filipp taxt iddiasını gücləndirmək məqsədilə sələfinin bacısı Yolandanı böyük oğlu Filibertlə evləndirdi. Onun 6 illik qısa səltənətində Fransa kralı VIII Çarlz İtaliyanı və Neapolu işğal etdi. Bu səfər üçün fransız ordusunun hersoqluğun ərazisindən keçməsinə icazə verildi. == Mənbə == Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700), ed.
II Çarlz Emanuel (Savoyya hersoqu)
II Çarlz Emanuel (it. Carlo Emanuele II di Savoia) (20 iyun 1634[…], Turin – 12 iyun 1675[…], Turin) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Fransa kralı IV Henrinin qızı Kristinadır. Atasının ani vəfatı və azyaşlı qardaşı Fransiskin cəmi 1 illik qısa səltənətinin ardından, hələ 4 yaşında ikən Savoyya hersoqu oldu. Eynilə qardaşı kimi, azyaşlı olması səbəbilə 1648-ci ilədək səltənət anası Kristina tərəfindən idarə edildi. Hətta bu tarixdən sonra da anası 1663-cü ildəki ölümünədək səltənətdə söz sahibi olmuş, Çarlz Emanuel eyş-işrət dolu həyat yaşamışdır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Oresko, Robert (2004).
IV Çarlz Emanuel (Savoyya hersoqu)
IV Çarlz Emanuel (it. Carlo Emanuele IV di Savoia) (24 may 1751[…], Turin, Sardiniya krallığı – 6 oktyabr 1819[…], Roma) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. Çox sevdiyi xanımının vəfatının ardından dövlət işlərindən uzaqlaşdı və taxtı qardaşı Viktor Emanuelə buraxaraq Romada dindar həyat tərzi yaşamağa başladı. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
IX Amadeus (Savoyya hersoqu)
IX Amadeus (it. Amedeo IX di Savoia) və ya Xoşbəxt Amadeus (1 fevral 1435, Çateau de Thonon[d] – 30 mart 1472, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. == Mənbə == Vester, Matthew (April 1, 2013). Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700). Truman State University Press. ISBN 9781612480947 Bunson, Matthew; Bunson, Margaret; Bunson, Stephen (2003). Bunson, Matthew and Bunson, Stephen. "Amadeus IX of Savoy", Our Sunday Visitor's Encyclopedia of Saints, OSV Publishing, 2003.
I Filibert (Savoyya hersoqu)
I Filibert (it. Filiberto I di Savoia) və ya Ovçu Filibert (it. Filiberto il Cacciatore) (17 avqust 1465, Şamberi – 22 sentyabr 1482, Lion) — Savoyya hersoqu. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır. Atasının ani vəfatının ardından, hələ 7 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi elan olundu. 1476-cı ildə taxt iddiasını gücləndirmək məqsədilə hələ 4 yaşındakı bibisi qızı Bianka Mariya Sforza ilə vəkalətən evləndirildi. Formal bir evliliklə bir araya gətirilən bəy və gəlin yetkinlik yaşına çatmadan evlilik sonlandı. Belə ki, Filibert hələ 17 yaşında ikən tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi. Övladı olmadığı üçün taxta kiçik qardaşı Çarlz çıxdı. == Mənbə == Vester, Matthew (April 1, 2013).
I Viktor Amadeus (Savoyya hersoqu)
I Viktor Amadeus (it. Vittorio Amedeo I di Savoia, 8 may 1587, Turin – 7 oktyabr 1637[…], Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə İspaniya kralı II Filippin qızı Ketrin Mişeldir. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press.
I Viktor Emanuel (Savoyya hersoqu)
I Viktor Emanuel (it. Vittorio Emanuele I di Savoia) (24 iyul 1759[…], Turin, Sardiniya krallığı – 10 yanvar 1824, Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
I Çarlz (Savoyya hersoqu)
I Çarlz (it. Carlo I di Savoia) və ya Cəngavər Çarlz (it. Carlo il Guerriero) (29 mart 1468 – 13 mart 1490) — Savoyya hersoqu, Kilikiyanın, Yerusəlimin və Kiprin de-yure kralı. Atası Savoyya hersoqu IX Amadeus, anası isə Fransa kralı VII Çarlzın qızı Valualı Yolandadır. Böyük qardaşı I Filibertin qanuni varis buraxmadan ani vəfatı səbəbilə, 1482-ci ildə 14 yaşında ikən Savoyya hersoqu oldu. 1485-ci ildə keçmiş Kipr kraliçası Şarlotta tərəfindən rəsmi varis elan olundu. Kiprli Şarlotta onun əmisi Lüdovikin həm dayısı qızı, həm də ikinci xanımı idi və 1464-cü ildə ögey qardaşı II Ceymsə məğlub olaraq ölkədən qaçmışdı. Ancaq hələ də taxt iddiasını davam etdirirdi. Krallıq Venesiya Respublikası tərəfindən işğal edilsə də, Savoyya sülaləsi de-yure olaraq öz taxt iddialarını davam etdirdilər. Ancaq I Çarlz da qardaşı kimi gənc yaşında vərəm xəstəliyi səbəbilə vəfat etdi.
I Çarlz Emanuel (Savoyya hersoqu)
I Çarlz Emanuel (it. Carlo Emanuele I di Savoia) və ya Böyük (it. il Grande) (12 yanvar 1562 – 26 iyul 1630[…]) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Emanuel Filibert, anası isə Fransa kralı I Fransiskin qızı Marqaritadır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press. ISBN 0521551463 Vester, Matthew, ed. (2013). Sabaudian Studies: Political Culture, Dynasty, & Territory, 1400–1700.
Lüdovik (Savoyya hersoqu)
Lüdovik (it. Ludovico di Savoia) (24 fevral 1413, Cenevrə, Savoy hersoqluğu – 29 yanvar 1465, Lion) — Savoyya hersoqu. Atası ilk Savoyya hersoqu və antipapa VIII Amadeus, anası isə Fransa kralı II Conun nəvəsi Burqundiyalı Mariyadır. == Mənbə == Fletcher, Stella (2000). The Longman Companion to Renaissance Europe, 1390–1530. Pearson Education Limited. Grendler, Paul F. (2017). The Jesuits and Italian Universities, 1548–1773. The Catholic University of America Press. Hand, Joni M. (2013).
Portuqaliyalı Beatris (Savoyya hersoqinası)
Portuqaliyalı Beatris (port. Beatriz de Portugal) (31 dekabr 1504, Lissabon – 8 yanvar 1538, Nitsa, Dənizkənarı Alplar) — Savoyya hersoqu III Çarlzın xanımı, Savoyya hersoqinası. Atası Portuqaliya kralı I Manuel, anası isə Kastiliya kraliçası I İzabellanın qızı Mariyadır. Bu səbəblə Portuqaliya infantası olaraq da hesab edilir. 8 aprel 1521-ci ildə Savoyya hersoqu III Çarlzla evləndi və bu nikahdan 9 övladı oldu. Ancaq bunlardan yalnız biri — Emanuel Filibert yetkinlik yaşına çatdı. 1531-ci ildə həm xalası oğlu, həm də bacısının əri olan Müqəddəs Roma imperatoru V Karl tərəfindən Asti qrafinası elan olundu. Vəfatının ardından bu ünvan oğluna keçdi. 1533-cü ildə imperatorun bacısı qızı Danimarkalı Kristinanı Şamberidə qarşıladı və onun Milan hersoqu II Françesko Sforzayla evləndirilməsində vasitəçilik etdi. Ancaq 2 il sonra dul qalan Danimarkalı Kristinanı böyük oğlu Lüdoviklə evləndirmək istəsə də, bu planı baş tutmadı və oğlu cəmi 1 il sonra vəfat etdi.
Pyer Savornyan de Brazza
Pyer Savoğnyon de Brazza (fr. Pierre Savorgnan de Brazza) - İtalyan əsilli fransız səyyah. Fransa Coğrafiya Cəmiyyətinin dəstəyi ilə Konqo çayı boyunca olan ərazilərə səfərlər etmiş və Mərkəzi Afrikada yerləşən həmin ərazilərin gələcəkdə Fransa müstəmləkələrinə çevirilməsində mühüm rol oynamışdır. Pyer Brazza fiziki cazibəsi və təmkinli yanaşması ilə afrikalılar arasında nüfuz əldə etməyi bacarmış və bu baxımdan dönəmin digər səyyahlarından fərqlənməkdədir. Fransız müstəmləkə hakimiyyəti zaman salınmış və bu gün Konqo Respublikasının paytaxtı olan Brazzavil şəhəri səyyahın şərəfinə adlandırılmışdır.
Pyer Savoğnyon de Braza
Pyer Savoğnyon de Brazza (fr. Pierre Savorgnan de Brazza) - İtalyan əsilli fransız səyyah. Fransa Coğrafiya Cəmiyyətinin dəstəyi ilə Konqo çayı boyunca olan ərazilərə səfərlər etmiş və Mərkəzi Afrikada yerləşən həmin ərazilərin gələcəkdə Fransa müstəmləkələrinə çevirilməsində mühüm rol oynamışdır. Pyer Brazza fiziki cazibəsi və təmkinli yanaşması ilə afrikalılar arasında nüfuz əldə etməyi bacarmış və bu baxımdan dönəmin digər səyyahlarından fərqlənməkdədir. Fransız müstəmləkə hakimiyyəti zaman salınmış və bu gün Konqo Respublikasının paytaxtı olan Brazzavil şəhəri səyyahın şərəfinə adlandırılmışdır.
Savocbolaq Şəhristanı
Savucbulaq şəhristanı (fars. ساوجبلاغ‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Həştgərd şəhəridir.
Savona
Savona — İtaliyanın Liquriya regionunda şəhər.
Savona əyaləti
Savona əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Savoniya Tətbiqi Elmlər Universiteti
Savoniya Tətbiqi Elmlər Universiteti — Finlandiyanın ən böyük universitetlərindən biri. Bu ali təhsil müəssisəsi politexnik statusunu daşıyır. Altı müstəqil institutun və akademiyanın birləşməsi yolu ilə 1992-ci ildə yaradılmış universitet aparıcı mövqeyə malikdir. Savoniya Tətbiqi Elmlər Universitetində təlim özündə praktik bacarıqlarla nəzəri bilikləri birləşdirir. Tədris prosesi mühazirələr, layihə və laboratoriya işləri, seminarlar, həmçinin tədqiqatlar kimi müxtəlif növ təlim istiqamətlərini əhatə edir. Tələbə özü üçün tədris planını müəyyən edir. Proqramlar baza, peşəkar təhsil, təcrübədən və diplom yazılışından ibarətdir. Bu gün universitetdə 6500 tələbə təhsil alır. Universitet tələbələrə yeddi sahə üzrə təhsil alma imkanını təklif edir: texnologiya, kommunikasiya və nəqliyyat (elektronika, informasiya texnologiyaları, yanğın təhlükəsizliyi, ağac emalı, tikinti, elektrotexnika, ekotexnologiyalar, avtomatlaşdırma, maşınqayırma,); təbiət elmləri; sosial elmlər, biznes və idarəetmə (beynəlxalq idarəetmə, maliyyə, marketinq, idarəetmə, maliyyə idarəetməsi); mədəniyyət (musiqi, xoreoqrafiya təhsili, dizayn); təbii resurslar və ətraf mühit (kənd təsərrüfatı); turizm və mehmanxana biznesi (mehmanxana və restoran biznesi); sosial xidmətlər, səhiyyə və idman (tibb işi, sosial iş, bioanalitika, fizioterapiya, stomatoloji gigiyena). Ali təhsil müəssisəsində tədris prosesi fin və ingilis dillərində aparılır.