say-hesab
say-hesabsız
OBASTAN VİKİ
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
İllik hesablı səviyyə
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
11 (say)
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
12 (say)
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
13 (say)
On üç — say sistemində ədədlərdən biridir. On ikidən sonra, on dörddən əvvəl gəlir. Mifoloji anlamlı olan on üç sayı haqqında da mənbələrdə xəbərlər vardır. Misal üçün, monqollar əcdad ruhlarının, torpaq hamisi ruhlarının sayını on üç bilmişlər. Əslində buddizmin bir qolu olaraq formalaşan lamaizmə qədər Buryat horinlərində də on üç sayı xüsusi dəyər daşımışdır. Onların etiqadına görə, cəhətlərin (şimal-cənub, şərq-qərb) on üç sahib ruhu (şamanı) vardır. Başqa bir məlumata görə, Mərkəzi və Cənubi Amerika sakinləri də on üç sayını müqəddəs bilmiş və onun xoşbəxtlik simvolu olmasına inanmışlar. On üç sayını italyanlar da uğurgətirən hesab etmişlər. On üç sayının qorxulu, bədbəxtlik gətirən, nəhs bilinməsi halları da vardır. Bu qənaətin kökündə mifoloji anlayışlar durur.
14 (say)
On dörd — say sistemində ədədlərdən biridir. On üçdən sonra, on beşdən əvvəl gəlir. On dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
15 (say)
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
19 (say)
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
1 (say)
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
20 (say)
İyirmi / Yirmi — say sistemində Sayaqlardan biridir. On doqquzdan sonra, iyirmi birdən Qabaq gəlir. İyirmi / Yirmi Sayaqi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 4, 5, 10 və 20 ədədlərinə qalıqsız bölünür. Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!
21 (say)
İyirmi bir — say sistemində ədədlərdən biridir. İyirmidən sonra, iyirmi ikidən əvvəl gəlir. İyirmi bir ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
22 (say)
İyirmi iki — say sistemində ədədlərdən biridir. İyirmi birdən sonra, iyirmi üçdən əvvəl gəlir. İyirmi iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
23 (say)
İyirmi üç — say sistemində ədədlərdən biridir. İyirmi ikidən sonra, İyirmi dörddən əvvəl gəlir. İyirmi üç ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
24 (say)
İyirmi dörd — say sistemində ədədlərdən biridir. İyirmi üçdən sonra, iyirmi beşdən əvvəl gəlir. İyirmi dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
25 (say)
İyiirmi beş — say sistemində ədədlərdən biridir. İyiirmi dörddən sonra, İyiirmi altıdan əvvəl gəlir. İyirmi beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
26 (say)
İyirmi altı — say sistemində saylardan biridir. İyirmi beşdən sonra, İyirmi yeddidən əvvəl gəlir. İyirmi altı ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
7 (say)
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Fazıl Say
Fazıl Say (türk: [faːˈzɯɫ saj], 14 yanvar 1970, Ankara) — Türk klassik musiqi pianoçusu və bəstəkarı. 1970-ci il yanvarın 14-də Ankarada anadan olub. Atası yazıçı, ədəbiyyatşünas və musiqişünas Əhməd Say, anası isə əczaçı Gürgün Saydır. Eyni adı daşıdığı babası Fazıl Say, Roza Lüksemburqun Spartakusbund müqavimət komandasında idi. Onun 4 yaşı olanda atası ilə anası boşanıb. Dodaq və damaq yarığı ilə doğulan Say, körpəlik dönəmində əməliyyata alındı və dodaq yarığı tikildi. Həkiminin nəfəs alətində ifa etmək üzrə tövsiyəsi ilə melodika çalmağa başladı. Dörd yaşında fortepiano çalmağa başlayan Say, Ankara Dövlət Konservatoriyasının İstedadlı Uşaqlar üçün Xüsusi Statusda təhsil alıb və 1987-ci ildə konservatoriyanın fortepiano və bəstəkarlıq bölmələrini bitirib. Almaniya təqaüdü ilə Düsseldorf Musiqi Məktəbində təhsilini davam etdirib. 1991-ci ildə konsert solisti diplomu alıb və 1992-ci ildə Berlin Dizayn İncəsənət və Musiqi Akademiyasında fortepiano və kamera musiqisi müəllimi vəzifəsinə təyin edilib.
Say (coğrafiya)
Say — Dəniz, çay, göl daxilində mövcud olan və gəmiçiliyiə maneə törədən dayaz yer. Bu dayazlıqlar əsasən qum və ya çınqılın bir yerə toplanması nəticəsində yaranır. Vulkanik məşəlli ola bilir. Üstəlik insan və heyvanların fəzaliyyəti nəticəsində yarana bilər. Okeanların materik sahili ərazilərinə yaxın ərazilərdə formalaşan bu tip saylar şelf adlanır. Saylar su altında əbədiyyən görünməz halda qala bildiyi kimi bəziləri çəkilmə zamanı suyun üzünə çıxır. Bu zaman onlar ada, dil formasında təzahür edir. Çay yatağında əmələ gələn sayları hətta piyada belə keçmək olar.
Say Tvombli
Say Tvombli (ing. Edwin Parker "Cy" Twombly, Jr.); 25 aprel 1928 - 5 iyul 2011)—ABŞ rəssamı, heykəltəraşı. Say Tvombli 1928- ci il aprel ayının 25-də ABŞ-nin Virciniya ştatında anadan olmuşdu. 1947 -1949-cu illərdə Bostonda oxumuşdu.Frans Klaynın şagirdlərindəndir. Amerika abstraktsionisti Say Tvombli özünəməxsus üsluba malikdir. Onun 1970-ci ildə çəkdiyi əsər 69.6 milyon dollara satılıb. Say Tvombli 2011-ci ilin 5 iyul tarixində Romada vəfat etmişdir. Gagosian Gallery Работы в музеях мира ArtNet ArtFacts Cy Twombly: Comprehensive collection of more than 150 images of artist’s works with biography, articles and exhibition information.
Say Yay!
Say Yay! (azərb. Ura de!‎) — İspaniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Barei "Say Yay!" mahnısı ilə İspaniyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda Ruben Viyanueva və Viktor Pua Vivo tərəfindən bəstələnmişdir.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Say sistemi
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.
Say sistemləri
Mövqeli say sistemi – bu sistemi bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn, 32 ədədində 3 rəqəmi otuzu, yəni 3x10-u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3x10x10-u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s. Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir.