1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq.
Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı.
Gecə idi, göydə ulduzlar sayrışırdı.
Bir-birinə sığınan ulduzlar sayrışmağa başladı.
// məc. Bəlirmək, görünmək.
Ana! Bayaq gördüm Mehribanıtək; Üzündə sayrışır xalları tək-tək.
Sənin gözlərinmi gənclik çağında; Yoxsa nərgizlərin sayrışıb oynar?
Payızın sonu olduğuna baxmayaraq, evlərin qarşılarındakı bağçalarda al-əlvan güllər, çiçəklər sayrışırdı.
2. Qaçışmaq mənasında.
Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışar yollara doğru. “ ”.