Saytın idarəetmə sistemləri
Verilənlər bazasının idarəetmə sisitemləri (VBİS) – birləşdirilmiş dil və proqram təminatından ibarətdir ki, bunun vasitəsilə verilənlər bazası təşkil olunur. VBİS xüsusi proqram vasitələri olub, informasiyaların saxlanması və axtarışını avtomatlaşdırır.
VBİS tətbiqi xarakterinə görə fərdi və çoxistifadəçili ola bilər.
Fərdi VBİS – bir kompüterdə işləyən lokal verilənlər bazasını təşkil etməyə imkan verir.
Çoxistifadəçili VBİS klient-server arxitekturasında informasiya sistemi təşkil etməyə imkan verir.
VBİS-nə aiddir: Paradox, dBase, FoxPro, Microsoft Access, Microsoft SQL Server, İnterBase, Oracle və s.
VBİS-nin yerinə yetirdikləri əməliyyatlar:
informasiyanı strukturlaşmış formada təqdim edir;
verilmiş kriterilər üzrə informasiyanın axtarışını və seçimini yerinə yetirir;
VB-da saxlanılan informasiyalar üzərində hesablamalar aparır;
VB-dan informasiyalar çapa verir;
VB-na yeni informasiyalar daxil edilir;
VB-da saxlanılan informasiyalar redaktə edilir.
Bir VB ilə bir neçə istifadəçi işləyə bilər. Bunun üçün şəraitdən asılı olaraq VB-nın arxitekturası seçilir:
Lokal arxitektura – həm proqram, həm də VB bir kompüterdə yerləşir.
Fayl-server arxitekturası – VB xüsusi ayrılmış güclü kompüterdə (serverdə) yerləşir, fərdi kompüterlər ona lokal şəbəkə vasitəsilə birləşdiriliblər.