1. Huşunu itirmiş halda və ya yuxuda ikən rabitəsiz, aydın olmayan sözlər danışmaq. Bütün gecəni sayıqlamaq.
– Anaxanım gecə [xanın] yuxuda sayıqladığını … dəfələrlə eşitmişdi.
Birinci günlər Yaqut qızdırma içərisində sayıqlayır, yavaş-yavaş gözlərini açırdısa da, lakin heç kəsi tanımırdı.
2. məc. Ağlına gələni danışmaq, rabitəsiz, məzmunsuz sözlər danışmaq; sarsaqlamaq.
[Xacə Nizam:] Kimdir bu? Neçin böylə sayıqlar?