Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əvəzlik
Əvəzlik — Bütün əsas nitq hissələrinin yerində işlənə bilən əsas nitq hissəsinə əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.Əvəzlik əsas nitq hissələrindən biridir. == Əvəzliyin mənaca növləri == Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. Həmişə insana aid olmaya bilər. Mənsubiyyətə görə dəyişmir və quruluşca sadə olur. İşarə əvəzlikləri - o,bu, elə, belə, həmin İşarə əvəzlikləri isimləşə bilir(istisna:həmin) Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi, kim isə, kimsə, nəsə, biri, kimi, filankəs. Filankəs sözü mürəkkəbdir Təyini əvəzliklər: hər, bütün, filan, öz, eyni. Təyini əvəzliklər isimləşmir, mənsubiyyətə görə dəyişmir. Sual əvəzlikləri - Bütün əsas nitq hissələrinin sualları Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edir. == Əvəzliyin quruluşca növləri == Əvəzliklərin çoxu quruluşca sadədir.
Əvəzəli Muğanlı
Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).rəssamDövrün məşhur miniatüristi. Tərcüməçi Respublika Əlyazmaları İnstitutunda saxlanılan «Kəlilə və Dimnə» dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır."Kəlilə və Dimnə" (1809) miniatüru məşhurdur.
Qələbəlik adamı (hekayə)
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir. == Məzmun == Naməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır.