Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özündən getmə
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Kökdən düşmüş piano (film, 1982)
== Məzmunu == Tamaşanın əsasını piano kökləyən Qəhrəmanın (Yaşar Nuri) uğursuz taleyi təşkil edir. Piano kökləmək üçün gəldiyi evdə isti ailə münasibətini görən Qəhrəman istər istəməz öz dağılmış ailəsini xatırlayır və dərdini ev sahibləri Gülər (Səidə Quliyeva) və Nərimanla (Şahin Cəbrayılov) bölüşür.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.