Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pişiklər
Pişiklər (lat. Felidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Bütün müasir və nəsli kəsilmiş pişikkimilərin başı kiçik, gövdəsi yaraşıqlı və əzələli, ayaqları gödək, lakin güclüdür. Caynaqları tamamilə, yaxud qismən içəri çəkilə bilir. Əksəriyyətinin quyruğu uzundur. Bir qismi balaca (ev pişiyi), digəri iridir (şir, pələng). Tükləri qısadır; şimali və yüksək dağlarda yaşayan növlərin tükü tropik qurşaqlarda yaşayanlara nisbətən daha xovludur. Tropik meşə növlərinin rəngi çox vaxt əlvan (boz, narıncı, yaxud bozumtul fonda qara ləkələr, yaxud zolaqlar) olur. Şimal çöl və səhra növləri sarı, yaxud qum rənglidir; qarnı ağdır. Vəhşi pişikkimilər bütün materiklərdə və iri adalarda (Yeni Qvineya, Madaqaskardan başqa) yayılmışdır.
Dəniz pişikləri
Dəniz pişikləri (lat. Arctocephalinae) — Qulaqlı suitilər fəsiləsinə daxil olan yarımfəsilə.
Pələng pişikləri
Pələng pişiyi (lat. Leopardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Böyük pişiklər
Böyük pişiklər (lat. Pantherinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Bu fəsilənin nisbətən böyük nümayəndələrini əhatə edir.
Gəzən Pişiklər
Gəzən Pişiklər — doqquz kiçik adadan ibarət adalar qrupu. İnzinati cəhətdən Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Adalar Barens dənizinin cənub-şərqində, Ruskiy Zavarot burnundan şərqdə qərarlaşır. Peçora estuarisi daxilində qərarlaşan adaların yaxınlığında Çornaya, Peçira çayları axır. Ad Pomor şivəsindən götürülmüşdür. == İstinadlar == == Mənbə == "Arktika ilə tanışlıq —Gəzən Pişiklər" (rus). yachta-kotoyarvi.narod.ru. 2013-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26. "Adalar - «Pişklər»" (rus).
Kiçik pişiklər
Kiçik pişiklər (lat. Felinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Pişiklər (müzikl)
Pişiklər (ing. Cats) Endryu Lloyd Vebber tərəfindən revyu üslubunda yazılmış müzikl. Tamaşa öz məzmununu Tomas Sternz Eliotun "Qoca Possum tərəfindən yazılmış pişiklər haqqında elm" (ing. "Old Possum's Book of Practical Cats") adlı uşaq şerləri məcmuəsindən götürmüşdür. Tamaşa ilk dəfə 11 may 1981 ci ildə yeni London teatrında 7 oktyabr 1982 ci ildə isə Brodveydə oynanılmışdır. Müziklın əsas məğzini Qrizabella adlı personaj tərəfindən ifa edilən ing. "Memory" "Yaddaş" nəğməsi təşkil edir. Yaddaş nostalgik bir nəğmədir. Bu nəğməsi ilə Qrizabella keçmiş üçün kədərlənir. Bu parçanı bəzən "Qrizabella ariyası" adlandırırlar.
Yaponiyada pişiklər
Yaponiyada pişiklər ən populyar ev heyvanlarından biridir. 1000 ildən çoxdur ki, yuxarı sinifdən olan şəxslər pişiklə yaşayırlar. Adi insanlar yüzlərlə ildir ki, pişikləri ev heyvanı kimi saxlayırlar. Yaponiyada pişiklərə ibadət edən məbədlər mövcuddur və pişiklər Yaponiya folklorunda özünəməxsus yer tuturlar. == Tarix == Pişiklərin ilk dəfə Yaponiyaya necə gəldiyi dəqiq məlum deyil. Güman olunur ki, pişiklər buddist sutraları gəmiricilərdən qorunmaq üçün və ya imperatora hədiyyə kimi verilmək üçün Çin və Koreyadan Yaponiyaya gətiriliblər. Yaponiyada pişiklərə aid ilk qeyd İmperator Udanın gündəliyində 11 mart 889-cu ilə aid yazıda rast gəlinir: XII əsrə qədər artıq pişiklər bütün Yaponiya adaları boyunca yayılmışdır. == Folklor == Yapon folkloruna görə pişiklər fövqəltəbii xüsusiyyətlərə malik canlılardır. Pişiklərin folklordakı digər canlılardan daha fərqli aura ilə yanaşılmasının səbəblərindən biri onların yerli canlılardan olmamalarıdır. Gözlərinin gecələr parlaması və ya səssiz yerimələri də mistik heyvan kimi tanınmalarına səbəb olmuşdur.
İslamda pişiklər
İslamda pişiklər — təmizliyinə görə hörmətlə qarşılanır, onlar "əsas ev heyvanı" sayılırlar. == Münasibətin mənşəyi == Yaxın Şərqdə pişiklərə qədim zamanlardan bəri önəm verilir. İslamda belə bir ənənə də çox dəyişilmiş formada olsa da yaranmışdır. Bir çox hədislərə görə, İslam peyğəmbəri Məhəmməd pişiklərin təqib edilməsini və öldürülməsini qadağan etmişdir. Məhəmməd peyğəmbərin səhabələrindən biri olan Əbu Hüreyrə pişiklərə olan məhəbbətinə görə bu ləqəbi (ərəb. أبو هريرة, hərfi mənada "pişiklərin atası") almışdır. Onun sözlərinə görə, o, Məhəmməddən pişiyə qarşı amansızlığına görə cəhənnəmə gedən dindar qadın haqqında əhvalatı eşitmişdir: Qadın pişiyi kəndirlə bağlamış, pişik ölənə qədər ona yemək və su verməmişdir. Rəvayətə görə, Əbu Səid əl-Xudrinin pişiyi Məhəmmədi ilandan xilas etmişdir. == Tarix == Amerikalı şair və səyyah Bayard Taylor (1825–1878) pişiklərin sərbəst gəzdiyi Suriya xəstəxanasını görəndə heyrətə gəldi. Pişik sığınacağı kimi də fəaliyyət göstərən obyektə vəqf, baxıcıların maaşı, baytarlıq baxımı və pişik yemi yardımı edilib.
Cənub dəniz pişikləri
Cənub dəniz pişikləri (lat. Arctocephalus) — Qulaqlı suitilərə daxil olan cins. Cənub dəniz pişikləri cinsnə daxil növlərin oxşar xüsusiyyətləri vardır. Rənglərində oxşarlıq əsasən onların açıq-qəhvəyi olmasıdır. Üstəlik böyük koloniya əmələ gətirirlər. Fərqlilikləri isə onların ölçülərindədir.
Şimal dəniz pişikləri
Şimal dəniz pişikləri (lat. Callorhinus) — Bioloji cins olaraq Qulaqlı suitilər fəsiləsinə daxildir. Areal Sakit okeanın şimal ərazilərini əhatə edir. == Növləri == Bu cinsə daxil olan iki növ olmuşdur: Callorhinus ursinus Linnaeus, 1758 — Şimal dəniz pişiyi, cinsə daxil olan, hal-hazırda mövcud olan növ. Əsasən Şimali Sakit okean ərazisində (Yaponiya və ABŞ sahilləri boyunca) yayılmışdır.; Callorhinus gilmorei Berta and Demere, 1986 — Tarixən mövcud olmuş növ. Əsasən Yaponiya və ABŞ sahillərində yayılmışdı. Onların qalıqlarına Meksika (Baha-Kaliforniya), ABŞ və Yaponiya ərzilərində aşkarlanmışdır.
Pişiklər (Seylor Mun)
Seylor Mun pişikləri (美少女戦士セーラームーンの猫, Bishōjo senshi sērāmūn no neko) — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında yer alan pişik personajlar. Seriyada 3 pişik personaj vardır: Luna, Artemis və Diana Bu üç pişik personajının öz sahibləri var. Hər pişik danışmaq qabiliyyətinə malikdir və alınlarında aypara işarəsi var. Yetkin pişiklər — Luna və Artemis əsas süjet xətti başlamazdan qabaq Gümüş Minillikdə Kraliça Serenitiyə xidmət vermişlər. Üçüncü pişik Diana isə onların XXX əsrdəki uşağıdır, daha gəncdir və Yerdə doğulmuşdur. Ayla əlaqədər münasibətlərinə görə üçü də adlarını Roma və yunan mifologiyasındakı ilah və ilahələrdən almışdır. Pişiklər Seylor döyüşçülərinə müşavir və dost kimi xidmət verirlər. Həmçinin komandanı yeni əşyalarla, güclərlə və məlumatlarla təmin edirlər. Onların əlavə fiziki formaları da var. Animedə pişiklərdən ancaq Luna insana çevrilmişdi.
Zadəgan pişiklər (cizgi filmi, 1970)
Zadəgan pişiklər (ing. The Aristocats) — 1970-ci ildə istehsal olunmuş cizgi filmidir. "Zadəgan pişiklər" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 20-ci klassik qısametrajlı cizgi filmidir. Filmin ilk göstərilişi "Buena Vista Distribution" studiyasının distribüterliyi ilə 11 dekabr 1970-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutmuşdur. == İstinadlar == == Xarici keçidlər == Zadəgan pişiklər — Internet Movie Database saytında.
Pişiklərlə s**mə: İnternet qatili ovlamaq
Pişiklərlə s**mə: İnternet qatili ovlamaq (ing. Don't F**k with Cats: Hunting an Internet Killer) — 2019-cu ilin üç seriyalı sənədli serial. == Məzmun == 2010-cu ildə naməlum bir şəxs özünü iki bala pişiyi öldürərək çəkib, bunun videosunu internetdə paylaşdı. Onu tapmaq üçün onlayn qrup açılır. == Seriyaları == == Qəbulu == Buraxılışından iki həftə sonra bu serial Netflix saytının 2019-cu ilin beş ən baxılan sənədli filmlərindən biri olub.
Qurulur Pişiklərlə s**mə: İnternet qatili ovlamaq
Pişiklərlə s**mə: İnternet qatili ovlamaq (ing. Don't F**k with Cats: Hunting an Internet Killer) — 2019-cu ilin üç seriyalı sənədli serial. == Məzmun == 2010-cu ildə naməlum bir şəxs özünü iki bala pişiyi öldürərək çəkib, bunun videosunu internetdə paylaşdı. Onu tapmaq üçün onlayn qrup açılır. == Seriyaları == == Qəbulu == Buraxılışından iki həftə sonra bu serial Netflix saytının 2019-cu ilin beş ən baxılan sənədli filmlərindən biri olub.
Pişiklərlə s****mə: İnternet qatili ovlamaq (film, 2019)
Pişiklərlə s**mə: İnternet qatili ovlamaq (ing. Don't F**k with Cats: Hunting an Internet Killer) — 2019-cu ilin üç seriyalı sənədli serial. == Məzmun == 2010-cu ildə naməlum bir şəxs özünü iki bala pişiyi öldürərək çəkib, bunun videosunu internetdə paylaşdı. Onu tapmaq üçün onlayn qrup açılır. == Seriyaları == == Qəbulu == Buraxılışından iki həftə sonra bu serial Netflix saytının 2019-cu ilin beş ən baxılan sənədli filmlərindən biri olub.
Pişiklərlə s****mə: İnternet qatili ovlamaq (serial, 2019)
Pişiklərlə s**mə: İnternet qatili ovlamaq (ing. Don't F**k with Cats: Hunting an Internet Killer) — 2019-cu ilin üç seriyalı sənədli serial. == Məzmun == 2010-cu ildə naməlum bir şəxs özünü iki bala pişiyi öldürərək çəkib, bunun videosunu internetdə paylaşdı. Onu tapmaq üçün onlayn qrup açılır. == Seriyaları == == Qəbulu == Buraxılışından iki həftə sonra bu serial Netflix saytının 2019-cu ilin beş ən baxılan sənədli filmlərindən biri olub.
Pişiklərlə s**mə: İnternet qatili ovlamaq (serial, 2019)