Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qucaqlaşma
Qucaqlaşma — iki və ya daha çox insanın qollarını bir-birinin boynuna və ya bədəninə sarıb bir-birini möhkəm sıxdığı, insan cəmiyyətlərində universal olan fiziki yaxınlıq forması. == Xüsusiyyətləri == Bəzən öpüşlə əlaqəli qucaqlaşma qeyri-verbal (şifahi olmayan) ünsiyyət formasıdır. Mədəniyyətdən, əlaqələrdən və münasibətlərdən asılı olaraq qucaqlaşma tanışlıq, sevgi, bağlılıq, dostluq, qardaşlıq və ya empatiya kimi dəstək, rahatlıq mənasını verə bilər, xüsusən sözlər kifayət etmədikdə. Bir qucaqlaşma adətən sevgi və istilik nümayiş etdirir, bəzən uzun bir ayrılıqdan sonra yenidən birləşmənin və ya görüşün sevincindən və ya xoşbəxtliyindən irəli gəlir. Qarşılıqlı olmayan qucaqlaşma münasibətlərdəki problemlərə işarə edə bilər. Bir qucaqlaşmanın uzunluğu sosial və mədəni olaraq müəyyən edilir. Bəzi digər fiziki təmas növlərindən fərqli olaraq, qucaqlaşma bir çox ölkələrdə, dinlərdə və mədəniyyətlərdə, ailələrdə, yaş və cins fərqlərinə görə stiqma olmadan açıq və özəl şəkildə edilə bilər, lakin ümumiyyətlə qucaqlaşma insanların bir-birini tanıdığının göstəricisidir. Gözlənilməz qucaqlaşmalar insanın şəxsi məkanının işğalı kimi qəbul oluna bilər, lakin onun qarşılıqlı olması xoş qarşılandığının göstəricisidir. Bəzi Qərb mədəniyyət tədqiqatçıları xoşagəlməz anların qarşısını almaq üçün iş yerində, xüsusən də qucaqlaşmağı sevməyən insanlarla qucaqlaşmaqdan çəkinməyi məsləhət görürlər . Uşaq həmçinin kuklaları və ya yumşaq oyuncaqları qucaqlaya bilər.
Açılmış qucaqlar (film, 2009)
Açılmış qucaqlar (isp. Los abrazos rotos) — rejissor Pedro Almodovarın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. == Məzmun == Mateo Blanko (Luis Omar) tanınmış kino ssenaristidir və o uzun müddətdir ki, Harri Keyn təxəllüsü ilə yaşayır. O kordu, ona Cudit adlı rəfiqəsi və müttəfiqi baxır. Cuditdə öz işləri ilə məşğul olanda, Mateoya onun oğlu Dieqo baxır. Bu müntəzəm həyatı tanınmış biznesmen Ernesto Martelin ölüm xəbəri pozur. Tezliklə Mateonun yanına biznes-imperiyanın varisi Rey Eks təşrif buyurur. Rey Eks Mateoya avtobioqrafik filmin çəkməsini təklif edir. Ssenariçi müştərinin planını açır və buna görə filmin çəkilişindən imtina edir.
Trevoru qucaqla (film, 2007)
Trevoru qucaqla (ing. Holding Trevor) Amerika istehsalı olan dram, melodram janrlı filmdir. Ruser Qudmenin rejissorluq etdiyi bu film 2007-ci ildə nümayiş olunub. == Məzmun == Narkotik aludəçisi olan sevgilisindən yeni ayrılan Trevor Holden bunun yorğunluğundan çıxmaq istədiyi bir vaxt Efram adlı öz yaşıdı ilə tanış olur. Qısa vaxt ərzində dostaşan oğlanların münasibəti sonradan sevgiyə çevrilir. Lakin Efram Trevorun buna hazır olmadığını düşünür. Ancaq öz hissləri ilədə bacara bilməyən Efram ona özü ilə birgə Nyu Yorka gəlməyi təklif edir. Qərar vermə ərəfəsində isə xoşagəlməz hadisəni öyrənir. Beləki, otaq yoldaşı Endinin QİÇS olduğunu öyrəndikdən sonra çıxılmaz vəzyyətə düşən Trevor getmək istəsədə onu bu vəziyyətə qoyub getmək də ürəyincə deyil. == Rollarda == Brent Qorski — Trevor Holden Kristofer Villie — Darell Cey Brannan — Ceyk Melissa Sirinq — Endi Eli Kranski — Efram == Film musiqiləri == "Suburbia Floating" (Bəstəkar: Skott Starrett) "Dark Delay" (Bəstəkar: Robert Heskin) "Dirty Numbers" (Bəstəkar: Aaron Taşcian, ifa edən: Suig Tooz) "Envelope Marked X" (Bəstəkar: Gravity Terminal) "Bypassed" (Bəstəkar: Gravity Terminal) "Stop" (Bəstəkar: Aleks Devis) "Athletico" (Bəstəkar: Ceremi Şerman) "Spanish Rumba" (Bəstəkar: Daniel Koks) "Bolero del Sol" (Bəstəkar: Çuk Henri) "Red Queen" (Bəstəkar: Qabe Lopez "Beautiful Lies" (Bəstəkarlar: Stüart Matis, Holli Mathis və Deanna Dozier, ifa edən: Deanna Dozier) "Running from the Sum" (Bəstəkar: Maykl Frieman və ifa edən: Çheck in the Dark) "Lower My Gun" (Bəstəkar: Cay Brannan) "Far Too Deep" (Bəstəkar: Qabe Lopez) "Rewind" (Bəstəkar: Aaron Taşcian) == İstinadlar == == Xarici keçidlər == Trevoru Qucaqla — Internet Movie Database saytında.