Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asiya dırnaqsız samuru
Asiya dırnaqsız samuru və ya Şərq dırnaqsız samuru (lat. Aonyx cinerea) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. Samurlara aid olan ən kiçik növdür. Molyusk, xərçəng və digər su heyvanlaı ilə qidalanır. Manqrov meşələrində və şirinsulu bataqlıqlarda yaşayır. Əsasən İndoneziya, Cənubi Çin, Cənubi Hindistan və Filippin ərazilərində yayılmışlar.
Kap dırnaqsız samuru
Kap dırnaqsız samuru (lat. Aonyx capensis) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. == Xarici görünüş == Bədəninin uzunluğu 95 - 100 sm, quyruğu 55 sm təşkil edir. Barmaqları arasındakı pərdə balaca olmasına baxmayaraq yaxşı üzə və suya dala bilirlər. Onların dırnaqları olduqca qısa olur və ancaq arxa ətrafların ikinci və üçüncü barmaqlarında olur. xəzləri elə də sıx deyildir. Bu səbəbndən onlar elə də tez-tez ov obyektinə çevrilmirlər. == Yayılması == Cənubi Afrika, Efiopiya və Seneqalın lal axan sularında, sahillərdə, çay mənsəblərində yayılmışlar. == Həyat tərzi == Qida rasionunun əsasını yengəclər təşkil edir. Onlar asanlıqla yengəcin sərt olan qabığını qıra bilirlər.
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Sinifsiz cəmiyyət
Sinifsiz cəmiyyət — müəyyən sosial-iqtisadi sinifləri olmayan cəmiyyət; kommunizmin məqsədlərindən biri. Həmçinin bu termini ibtidai icma cəmiyyətlərinə şamil etmək olar. Marksist nəzəriyyədə mühüm konsepsiya.Sinifsiz cəmiyyət baxışının mənşəyini bizim eramızdan çox əvvəl — yəhudi peyğəmbərlərində, Çin alimlərində və qədim yunan şairlərində tapmaq olar. Lakin Marks, Engels və ümumən marksist məktəb tərəfindən həyata keçirilən utopik sosializmdən elmi sosializmə keçidlə sinifsiz cəmiyyətin son məqsədi sinfi cəmiyyətə xas olan istismara, zülmə, insanlar arasında zorakılığa, özgəninkiləşdirməyə qalib gəlmək kimi təqdim olunmağa başladı. əməyin, insanların təcrid olunması, insan imkanlarının məhdudlaşdırılması və s. Sinif bölgüsü istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslandığı üçün bu vasitələrin ictimailəşməsi ilə sinifsiz cəmiyyət, yəni sosializm sıx bağlıdır. == Marksist tərif == Marksist nəzəriyyədə ovçu-yığıcı qəbilə cəmiyyəti, ibtidai kommunizm sinifsiz idi. Hamısı bir qəbilə üzvləri kimi əsasən bərabər idilər və ibtidai istehsal üsulunun müxtəlif funksional istifadələri, nə qədər sərt və təbəqəli olsalar da, sadəcə öz saylarına görə sinfi cəmiyyət yarada bilməzdilər və yarada bilməzdilər. Kənd təsərrüfatına keçidlə məhsuldar qüvvələrin inkişafı prosesində artıq məhsul istehsal etmək, yəni təcili tələbatı ödəmək üçün lazım olandan artıq istehsal etmək imkanı yarandı. Marksizmə görə, bu həm də sinfi cəmiyyətin inkişafını mümkün edirdi, çünki artıq məhsul istehsalla məşğul olmayan hakim sinfi qidalandırmaq üçün istifadə oluna bilərdi.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milqram sınağı
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. == Experimentin elanı == Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. == Həyatı == İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
2016 Şimali Koreya nüvə sınağı