Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbatlıq
Abbatlıq abbatın idarə etdiyi katolik monastır. VI əsrdə yaranıb. Nüfuzlu abbatlıqlar orta əsrlərdə Qərbi Avropanın dini, siyasi və iqtisadi həyatında mühüm rol oynamış, reformasiya dövründən etibarən, xüsüsən Böyük Fransa inqilabından sonra əhəmiyyətini itirmişdir. Bəzi abbatlıqlar indi də qalır.
Klervo (abbatlıq)
Klervo (fr. Clairvaux, lat. Clara Vallis) — Fransanın keçmiş Cistercian abbey, sərəncamın ən qədim və ən mühüm monastırlarından biridir. 1115-ci ildə Saint Bernard Klervosky tərəfindən qurulmuşdur. Clervaux Ob (Champagne) müasir şöbəsinin ərazisində yerləşir. Cistercilərin Sədri, St. Benedictin nizamnaməsinə ciddi riayət edilməsi əmri olaraq 1098-ci ildə St Moçskiy tərəfindən təsis edilmişdir. 1113-cü ilədək yalnız Cistercians monastırı, adı sifariş verən Sito (fr. Còteaux, lat. Cistercium) idi.
100 saatlıq müharibə
Futbol müharibəsi və ya 100 saatlıq müharibə — 1969-cu ildə Salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerika ikinci seçmə mərhələsi zamanı başlamışdı. 1969-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində pley-off zamanı Hondurasın Salvador tərəfindən məğlub edilməsi iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdu. İki ölkə arasında miqrasiya və siyasi konfliktlərin olması müharibənin əsas səbəbi olsa da, Honduras kimi güclü heyətin tarixində ilk dəfə dünya çempionatına çıxacaq Salvadora uduzması vəziyyəti daha da qızışdırdı. El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Digər Amerika dövlətlərinin - Amerika Dövlətləri Təşkilatının səyi ilə iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail olunub.
5 batlıq sikkə
5 batlıq sikkə (tay เหรียญ 5 บาท) — Tailandda işlədilən bat sikkələrindən biri. 1988-ci ildən dövriyyədədir. 500 satanqa bərabərdir. Sikkənin ön tərəfində Tailand kralı Bhumibol Adulyadeyin portreti, arxa tərəfindən isə Banqkokda yerləşən Vat Bençamabofit buddist mədəninin görünütüsü əks olunmuşdur. == 2009-cu il dəyişiklikləri == 2 fevral 2009-cu ildə Tailand Xəzinə Departamenti sikkə ilə bağlı bir neçə dəyişiklik tətbiq edəcəyini açıqlamışdır. Sikkənin ağırlığı 7,5 qramdan 6 qrama düşürülmüşdür və qalınlığı azaldılmışdır. Lakin metal tərkibi və digər xüsusiyyətlər olduğu kimi saxlanılmışdır.
Subaylıq qonaqlığı: II hissə (film, 2011)
Hanqover 2 (ing. The Hangover Part II) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Todd Fillipsin rejissorluq etdiyi filmin baş rollarında Bradley Cooper, Zach Galifianakis və Ed Helms çəkilmişlər. Kassa müvəffəqiyyəti tutan Hanqover filminin ikinci filmi.
Sebatik adası
Sebatik adası (ind. Pulau Sebatik, malay Pulau Sebatik) — Kalimantan adası yaxınlığında yerləşir. İndoneziya və Malayziya adasında sərhəd bu adadan keçir. Adanın sahəsi 452,2 km². İki ölkə arasında dövlət sərhəddiu adanın tən ortasından keçir. Aadnın Malayziya hissəsində (Sabah ştatı) 25 000 nəfər (153 km²), İndoneziya (Şimali Kalimantan vilayəti) — 80 000 nəfər yaşayır (299 km²). Ada ilə Kalimantan arasında minimal məsafə 1 km-dir.