Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lillənmə
Lillənmə — su hövzəsi yatağının və ya su axarı məcrasının qeyri-üzvi və üzvi hissəciklərlə dolmasıdır. Lillənmə su hövzələrinin, çayın dayazlaşmasına, hövzənin kiçilməsinə səbəb olur. Lillənmə ilə mübarizə aparmaq üçün torpaq qazıyan texnikadan, sahil zonada (suqoruyucu zona) meşə zolaqları salmaqdan istifadə olunur. == Mənbə == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Alkilləşmə prosesləri
Alkilləşmə prosesi - üzvi maddələrin və bəzi qeyri-üzvi maddələrin molekullarına alkil qruplarının daxil edilməsi adlanır. Bu reaksiya çox böyük praktiki əhəmiyyətə malikdir. belə ki, onun əsasında alkilaromatik birləşmələr, izoparafinlər, çoxlu sayda merkaptanlar və sulfidlər, aminlər, element- və metal üzvi birləşmələr və s. alınır. Çox vaxt alkilləşmə prosesi monomerlərin, yuyucu maddələrin istehsalında aralıq mərhələ kimi istifadə olunur. == Təsnifi == Alkilləşmə proseslərini yeni yaranan əlaqələrin növünə görə təsnif etmək daha əlverişlidir: - karbon atomuna görə alkilləşmə; - oksigen və kükürd atomlarına görə alkilləşmə; - azot atomuna görə alkilləşmə; - digər elemetlərin (Si-, Pb-, Al- alkilləşməsi) atomlarına görə alkilləşmə. === Karbon atomuna görə alkilləşmə === Karbon atomuna görə alkilləşmədə karbon atomu ilə əlaqəli olan hidrogen atomu alkil radikalı ilə əvəz olunur: CnH2n+2 + CmH2m → Cn+mH2(n+m+1)ArH+ RCl → ArR + HCl === Oksigen və kükürd atomlarına görə alkilləşmə === Oksigen və kükürd atomlarına görə alkilləşmə zamanı alkil radikalı oksigen və ya kükürd atomu ilə əlaqələnir: ArOH + RCl → ArOR + NaCl + H2O NaSH + RCl → RSH + NaCl === Azot atomuna görə alkilləşmə === Azot atomuna görə alkilləşmə zamanı ammoniakda və ya aminlərdə azot atomu ilə əlaqələnmiş hidrogen atomları alkil qrupları ilə əvəz olunur. bu, aminlərin sintezinin ən əhəmiyyətli metodlarından biridir: ROH + NH3 → RNH2 + H2O === Azot atomuna görə alkilləşmə === Si-, Pb-, Al- və digər elementlərə nəzərən alkilləşmə element- və metalüzvi birləşmələrin alınmasının əlverişli yollarından biridir: 2RCl + Si → R2SiCl2 4C2H5Cl + 4PbNa → Pb(C2H5)4 + 4NaCl + 3Pb 3C3H6 + Al + 1.5H2 → Al(C3H7)3 == Alkilləşdirici agent == Alkilləşdirici agent kimi olefinlər və asetilen, xlorlu törəmələr, spirtlər, sadə və mürəkkəb efirlər istifadə edilir.