Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əvəzsiz sesurslar
Əvəzsiz sesurslar- digər resurslarla əvəz olunmayan resurslar (su, işıq, torpaq və s.).
Əkbər Ələmi
== Həyatı == Əkbər Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - "Bəsic"in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib.
Əlsiz adamlar (film, 1932)
== Məzmun == Film tədris müəssisələrinin politexnikləşdirilməsi kimi aktual məsələyə toxunur. Çünki məktəbi yenicə bitirib müstəqil həyata başlayan gənclərdə əmək vərdişləri olmur. Ona görə də belələrini "əlsiz adamlar" adlandırırlar. == Film haqqında == Film rejissor İqor Savçenkonun kinoda ilk müstəqil işidir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: İqor Savçenko Quruluşçu rejissor: İqor Savçenko Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Viktor Aden Rejissor assistenti: Qəmər Salamzadə === Rollarda === Hüseyn Seyidzadə — fəhlə Ağarza Quliyev — Şərif Aliyə Terequlova S. Koretskaya Zəhra Seyidzadə Ruqiyyə Seyidzadə == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
Elevsin misteriyaları
Elevsin misteriyaları — Attikada (Qədim Yunanıstan) məhsul bayramı; Demetranın və onun qızı Persefonanın şərəfinə keçirilən dini bayramlar. Qədim Misirdə meydana çıxması güman olunur. Afinanın 22 km-liyində Elevsin (Eleusis) adlı yaşayış yerində qədimdən keçirilən sehrbazlıq mərasimləri Elevsin Attika icmaları ittifaqına birləşdirildikdən sonra Ümumafina bayramına çevrilmiş Elevsin misteriyalarının əsasını təşkil edirdi. Elevsin misteriyalarında cinsindən və sosial vəziyyətindən asılı olmayaraq Attikanın bütün sakinləri, o cümlədən, qullar da iştirak edirdilər. Sentyabrın sonu—Oktyabrın əvvəlində keçirilirdi. Bu mövzuda bir sıra əsərlər yazılmışdır: Şiller, «Elevsin bayramı».
Helemsi (Miyanə)
Helemsi (fars. حلمسي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 766 nəfər yaşayır (187 ailə).
Ələmşah Məmmədov
Ələmşah Əli oğlu Məmmədov (10 mart 1950, Şahvəllər, Bərdə rayonu – 19 yanvar 2009) — Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmiş "Azadlıq" batalyonunun komandiri, döyüşçü. == Bioqrafiya == Ələmşah Məmmədov 10 mart 1950-ci ildə 10 uşaqlı ailənin ilk övladı olaraq Bərdə rayonunun Şahvəlilər kəndində dünyaya gəlmişdir. 1972-ci ildə, Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra, 1975-ci ildən etibarən, Ələmşah Məmmədov Bərdə və Tərtər rayonlarında yerləşən məktəblərdə tarix müəllimi olaraq fəaliyyət göstərmişdir. Dağlıq Qarabağda müharibənin ilk günlərindən etibarən yaxın ətrafı ilə birlikdə sayları 300-400 nəfərə çatan silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyanunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdür. Bu müddət ərzində Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayında, Milli Məclisdəki çıxışı zamanı dövrün Müdafiə Naziri Rəhim Qazıyev o cümlədən digər hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdir. Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdır. 19 yanvar 2009-cu ildə vəfat etmişdir. == Haqqında == 2017-ci ildə ARB telekanlı Ələmşah Məmmədov haqqında sənədli film hazırlamışdır.
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.
Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Allah canınızı sağ eləsin, Cənab Rozuoter (ing. God Bless You, Mr. Rosewater) — Kurt Vonnequtun 1965-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. Allah canınızı sağ eləsin, Cənab Rozuoter Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.