Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tam ətraflı axtarış
Tam ətraflı axtarış – 1. Verilənlər bazasının hər bir yazısında, yaxud axtarış ağacının bütün bəndləri üzrə axtarış. 2. Bütün variantları araşdırmaqla məsələnin həlli. Tam ətraflı axtarış alqoritmlərinin tətbiqinə variantların sayının kombinator partlayışı (COMBINATORIAL EXPLOSION) mane olur. Məsələn, şahmat lövhəsində mümkün vəziyyətlərin sayı 10 üstü 120 olur, yəni onların tam ətraflı axtarışı praktik olaraq mümkün deyil.
Əttarlıq
Əttarlıq, əttar və ya parfümer (ing. Perfumer) — zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii-müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq – əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib. Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr-mayelər, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlamışılar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olmuşlar. == Tarixi == Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün xüsusilə böyük əhəmiyyət daşıdığını qeyd etmişlər.
Qraflıq
Qraflıq (alm. Grafschaft‎; lat. comitatus; ing. shire və county) — Frank dövlətində və İngiltərədə tarixi inzibati vahiddir. == Tarixi == === Frank dövləti === Dövlətlərin inzibati strukturunu təşkil edən Merovinqlər kralları artıq mövcud olmuş regional bölmələri (məsələn, Roma şəhərində - şəhər rayonlarında civitates) istifadə etmişlər. Alman torpaqlarında ya oxşar şəhər rayonlarında yaradılıb və ya daha əvvəl fərdi kiçik qəbilələr tərəfindən işğal olunmuş ərazilər bölmələrə əsaslanırdı. Bütün bu rayonlar tədricən dövlətin monoton inzibati, məhkəmə, maliyyə və hərbi bölmələrinin xarakterini tədriclə qəbul etdilər və onların hər birinə bir sayma, komitet adı verildi.Feodal əlaqələrin inkişafı ilə qitədə olan dövlətlərin inzibati bölgüsünün əhəmiyyətini itirmişlər və bu adı altında bir qraflıq adını daşıyaraq şəxsin sahib olduğu torpaqların bütünliyini anlaya bilmişlər. Beləliklə, feodalizmin azalması və millət dövlətlərinin inkişafı ilə, qitənin feodal orta əsr vilayətləri sonradan formalaşmışdı, təbii olaraq onların əhəmiyyətini tamamilə itirmişdi. === İngiltərə === İngilis qraflığın mənşəyi (shire, county) çox qədimdir. Onların bir hissəsi birbaşa İngilis birləşmiş Krallığının (Kent, Sasseks kimi) bir hissəsi halına gələn ən qədim ingiltərə-saks müstəqil dövlətlərindən meydana gəlmişdir; digər hissəsi fərdi padşahlıq bölgələrindən (Norfolk və Saffolk kimi qədim Şərq İngiltərə və s.); qalanları dövlətin birləşməsindən sonra yaranmış bölmələrdir (Darem, Kamberlend və s.).
Qraflıq (ABŞ)
ABŞ-də dairə müəyyən sərhədləri olan coğrafi bölgədən və adətən müəyyən bir idarəetmə səviyyəsindən ibarət ştatın inzibati və ya siyasi bölməsidir. "Dairə" termini ABŞ-nin 48 ştatında istifadə olunur, Luiziana və Alyaskada isə müvafiq olaraq prixod və boro adlanan funksionalca ekvivalent əhəmiyyət daşıyan bölmələr var.Dairələrin konkret hökumət səlahiyyətləri ştatdan ştata çox fərqlənir. Dairələr Rod-Aylend və Konnektikutdan başqa bütün ştatlarda önəmli funksiyalar yerinə yetirir, həmin istisna 2 ştatda dairə höküməti ləğv edilmişdir, lakin qurumlar inzibati və ya statistik məqsədlər üçün saxlanılmışdır. 14 dairəsi olan Massaçusets ştatı səkkiz dairəsində hökumət funksiyalarının əksəriyyətini ləğv etdiyi halda, Alyaskanın 837,700 km2 sahəli qeyri-mütəşəkkil borosu heç vaxt boro səviyyəsində hökumət funksiyalarına malik olmamışdır. Dairələrin bir çoxlarında taunşip, bələdiyyə və təsis edilməmiş ərazilərdən ibarət altbölmələr var. Digərlərində əlavə bölmələr mövcud deyil və ya onlar birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərilər, orada şəhər və dairə vahid yurisdiksiya sayılır. Bəzi bələdiyyələr müxtəlif dairələr aid olunurlar; unikal hal kimi Nyu-York şəhəri 5 dairəyə bölünüb, hansı ki şəhər höküməti səviyyəsində boro adlanır. Virciniya, Merilend, Missuri və Nevada ştatlarında isə vəziyyət əksinədir, orada müstəqil şəhərlər (bələdiyyələr) qanunla heç bir dairəyə aid edilmir. lakin yenə birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərə bilər. Ştatlara görə dairə sayı ən az Delaverdədi (3), ən çox isə Texasdadır (254).
Təntənəli qraflıq (İngiltərə)
Təntənəli qraflıq (ing. ceremonial county) İngiltərədə monarx nümayəndəsi, lord-canişin (lord-leytinant) tərəfindən idarə edilən qraflığa verilən ad. 1997 ci ildən İngiltərədə 48 Təntənəli qraflıq mövcuddur. Təntənəli qraflıqla inzibati qraflıq arasında fərq onun tarixi ilə əlaqəlidir. Təntənəli qraflıq termini anaxronizm olub, xəritədə və özünüidarə qanunvericiliyində 1888 ci ilə qədər mövcud olmuş tarixi qraflıqlara aid edilir. Bütün Böyük britaniya üçün “Təntənəli qraflıq” bəzən “Leytenant ərazi(si)” (ing. Lieutenancy area) termini ilə də ifadə olunur. “Leytenant ərazi(si)nin” inzibati və idarə olunma strukturu “Leytenantlıq Aktı 1997” (ing. Lieutenancies Act 1997) ilə nizamlanır. Hər hansı bir inzibati ərazidə bir və bir neçə “Təntənəli qraflıq” yarana bilər: məsələn, tarixi Yorkşir qraflığı bölünərək yerində üç “Təntənəli qraflıq”: Şimali Yokşir, Qərbi Yokşir və Cənubi Yokşir yaradılmışdır.
Abşeron yarımadası ətrafı adalar
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları,Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Yer ətrafı peykəbənzər asteroidlər
Yer ətrafı peykəbənzər asteroidlər — Yer ətrafında bir neçə möcüzəvi obyekt var ki, onları bəzi ədəbiyyatda “ İkinci ay” və ya “Yerin ikinci peyki” adlandırırlar. Bunlar Yer orbiti ilə orbitləri 1:1 rezonansında olan asteroidlərdir. Bu obyektlərin müşahidəsi olduqca möcüzəvi trayektorialar göstərir. Bu onunla əlaqədardır ki, bir tərəfdən onların orbitlərinin ekssentresiteti Yerin ekssentresiteti ilə müqaisədə xeyli böyükdür. Diqar tərəfdən orbitlər ekliptikaya müəyyən meylə malikdilər. Bu obyektləri Yerin peykəbənzər obyekti adlandırırlar. == (3753) Kruitni == Ən məşhur peykəbənzər asteroid (3753) Kruitnidir (lat Cruithne) 1986 ildə Duncan Waldron tərəfindən kəşf olunmuşdur. Onun orbiti üç planetin orbiti ilə kəsişir: Yer, Mars və Venera. Amma Yer orbiti ilə rezonansda olduğa görə o, Yerin peykəbənzər obyekti kimi təsniflənir. Kruitninin orbiti sinxron olduğuna baxmayaraq yer orbiti ilə tam kəsişmir.
Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. == Məlumat == Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.