Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reaksion əvəzlənmə
Reaksion əvəzlənmə - ilkin və ya əvvəlcə əmələ gəlmiş minerallarla məhlullar arasında gedən metasomatik reaksiyalar nəticəsində yeni mineralların və eləcə də "sülb məhlulların" (dəyişkən tərkibli mineralllar) əmələgəlmə prosesi. Bu reaksiyalarda həm əvəzlənən mineralların kimyəvi komponentləri, həm də məhlullar vasitəsilə gətirilən-çıxarılan kimyəvi elementlər iştirak edir. Bu zaman ilkin mineralların reaksion minerallarla əvəzlənməsi eyni zamanda sülb halında baş verir. == Həmçinin bax == Mineral Sülb məhlul Kimyəvi element == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Nukleofilik əvəzetmə reaksiyaları
Nukleofilik əvəzetmə reaksiyaları (ing. nucleophilic substitution reaction) — bölüşdürülməmiş elektron cütü daşıyan reagent-nukleofilin hücumu həyata keçirdiyi əvəzetmə reaksiyalarıdır. Nukleofilik əvəzetmə reaksiyalarında tərk edən qrupa nukleofuq deyilir. Bütün nukleofillər Lyuis əsaslarıdır. Nukleofilik əvəzetmə reaksiyalarının ümumi görünüşü: R - X + Y - → R - Y + X - ( burada Y - anion nukleofilidir)R - X + Y - Z → R - Y + X - Z (burada Y - Z neytral nukleofildir)Alifatik (geniş yayılıb) və aromatik (geniş yayılmayıb) nukleofilik əvəzetmə reaksiyaları mövcuddur. Alifatik nukleofilik əvəzetmə reaksiyaları üzvi sintezdə çox vacib rol oynayır və həm laboratoriya təcrübəsində, həm də sənayedə geniş istifadə olunur. Mövcud faktları və müşahidələri ümumiləşdirərək nukleofilik əvəzetmə reaksiyalarının mexanizmini izah edən bir nəzəriyyə 1935-ci ildə İngilis alimləri Edvard Hughes və Christopher Ingold tərəfindən hazırlanmışdır. == Alifatik nukleofilik əvəzetmə reaksiyaları == === SN1 Reaksiyaları === SN1 reaksiyasının və ya monomolekulyar nukleofilik əvəzetmə reaksiyasının (ing. substitution nucleophilic unimolecular) mexanizmi aşağıdakı mərhələləri əhatə edir: 1. Karbokationın (yavaş mərhələ) yaranması ilə substratın ionlaşması: R - X → R+ + X-2.
Sabit əvəzetmə elastikliyi
Sabit əvəzetmə elastikliyi (SƏE), iqtisad elmində, müəyyən istehsal funksiyalarının və faydalılıq funksiyalarının xüsusiyyətləridir. Daha dəqiq deyilərsə, bu iki və ya daha çox istehlak növünü, və ya iki və ya daha çox istehsal amillərinin özündə birləşdirən aqqreqat funksiyadır. Bu aqreqat funksiya sabit əvəzetmə elastikliyi sərgiləyir. == CES istehsal funksiyası == Kobb-Duqlas istehsal funksiyası ilə yanaşı geniş tətbiq edilən neoklassik istehsal funksiyalarından biri də Sabit Əvəzetmə Elastikliyi (ing.: CES (Constant Elasticity of Substitution)) olan istehsal funksiyasıdır. Bu funksiya Arrow K.J., Chenery H., Minhas B. və Solow R. tərəfindən daxil edilmişdir . Texniki tərəqqini nəzərə almaqla bu funksiya ümumi şəkildə aşağıdakı kimi yazılır. Q = F e λ t ⋅ ( a ⋅ K r + ( 1 − a ) ⋅ L r ) 1 r {\displaystyle Q=Fe^{\lambda t}\cdot \left(a\cdot K^{r}+(1-a)\cdot L^{r}\right)^{\frac {1}{r}}} where Q {\displaystyle Q} = Ümumi Daxili Məhsul F {\displaystyle F} = Məcmu İstehsal amillərinin məhsuldarlığı a {\displaystyle a} = paylanma parametri λ {\displaystyle \lambda } = elmi-texniki tərəqqinin sürəti K {\displaystyle K} , L {\displaystyle L} = Əsas İstehsal amilləri (Kapital və Əmək) r {\displaystyle r} = ( s − 1 ) s {\displaystyle {\frac {(s-1)}{s}}} s {\displaystyle s} = 1 ( 1 − r ) {\displaystyle {\frac {1}{(1-r)}}} = Əvəzetmə elastikliyi.CES funksiyasında Kobb-Duqlas funksiyasında olduğu kimi , K və ya L-ə görə son əvəzetmə norması sabit azalan qəbul olunur. Lakin bu funksiyalar arasında əhəmiyyətli fərqlər var. Onlardan əsasları aşağıdakılardır : 1) Bildiyimiz kimi əvəzetmə elastikliyi bir faktorun digəri ilə əvəzedilməsi mümkünlüyünün ölçüsüdür. Məsələn, kapitalın əməklə və ya əksinə.