SEGAH

сегях (одна из классических азербайджанских мелодий)
SEÇMƏK
SEHR
OBASTAN VİKİ
Segah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri. Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah) Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur. "Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.

Значение слова в других словарях