SELLƏMƏ


1. is. Böyük əkin sahələrinə sel kimi axıdılan su.
Xanpərinin sahəsi selləmə sulandığı üçün isti günlərdə dərhal quraqsıyırdı. Ə.Vəliyev.

2. sif. Güclü yağış, şiddətli yağmur, leysan yağış.
[Sevdim kişi:] Havalar düzəlir, ay uşaq, Allah eləyəydi, bir selləmə (z.) yağaydı. Ə.Vəliyev.
Qoşqar qış aylarında adamın qurşağına çıxan qalın qarı, yazda tez şaqqıldayan səmanı, selləmə yağışları … lap körpəlikdən sevirdi. İ.Hüseynov.

// İs. mənasında.
Birdən selləmə başladı, iri yağış damcıları evlərin pəncərələrinə, küçələrin səkilərinə çırpıb, bütün şəhərə qəribə bir uğultu saldı. H.Seyidbəyli.

SELKUPLAR
SELLƏMƏK

Значение слова в других словарях

биодиагно́стика гофрирова́ть кавалери́йский киби́тка криминалисти́ческий нау́сник сла́дить со смы́слом Эро́т благодаре́ние дать ма́ху остросоциа́льный рентгеноте́хник сурчи́ный bengaline bumper strip cognoscible cross-bedding lemonade lor motorization peep-toe siroc моделировать перевоспитание