SEMASİOLÓGİYA

[ yun. semasia – məna və logos – elm] Dilçiliyin söz və ifadələrin mənalarını və bu mənaların dəyişmələrini öyrənən bəhsi.
SEMÁNTİKA
SEMASİOLOJİ́
OBASTAN VİKİ
Semasiologiya
Semasiologiya— dilin semantik sistemi haqqında linqvistik təlimdir. Semasiologiya termini yunan mənşəlidir. Yunan dilində semasio (semasia) "məna, fikir" anlayışını bildirir. Bu leksem "loqos" sözü ilə birləşərək dilçilik şöbəsinin adı olmuşdur. Dildə söz və ifadənin mənası, mənanın dəyişməsi: mənanın genişlənməsi, daralması, sözün məcazi məna bildirməsi, çoxmənalılıq, omonimlik, antonimlik və sair kimi semasioloji məsələlərin tədqiqi semasiologiya şöbəsinin mövzusunu təşkil edir. Semasiologiya mənanın tarixi ilə də məşğul olur. Semasiologiya onomasiologiyanın əksidir. Onomasiologiya anlayış və ya obyektlə başlayır və onun adını soruşur, amma semasiologiya sözlə başlayır və onun mənasını soruşur. Nitqdə işlənən hər bir dil vahidi vacib və zəruridir. Bunların hər biri müəyyən məna daşıyır.

Значение слова в других словарях