SEVDİRMƏK

icb. Sevməyə məcbur etmək, istətmək; nə yolla olur olsun bir şeyi başqasına istətməyə, bəyəndirməyə çalışmaq, birinin istəyini qazanmağa çalışmaq.
Bir qadın gözəlliyi, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq mümkündür. M.S.Ordubadi.
Gülü də sevdirən bizə ətirdi; Gəl hikmət axtaraq söz gülzarında. B.Vahabzadə.

SEVDİRMƏ
SEVƏ-SEVƏ

Значение слова в других словарях