SEYRÇİ

is.
1. Seyrə, gəzməyə çıxan adam.
Seyrçilər kəndə girərkən küçələrin tünlüyü daha da artmış oldu. Ə.Əbülhəsən.

2. məc. Uzaqdan baxaraq işə qarışmayan, müşahidə etməklə kifayətlənən, müşahidəçi; bir hadisəyə, işə passiv, laqeyd münasibət göstərən adam. Hadisəyə bir seyrçi kimi baxmaq.
□ Seyrçi qalmaq – bir hadisə qarşısında heç bir maraq və əlaqə göstərməyərək, ona bir tamaşaçı kimi baxmaq, işə qarışmamaq. İşə seyrçi kimi qalmaq olmaz.

Синонимы

  • SEYRÇİ müşahidəçi — tamaşaçı
SEYRAN
SEYRƏK

Значение слова в других словарях