Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abqora
Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu. Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Abdera
Abdera (q.yun. Ἄβδηρα, lat. Abdera) — Egey dənizinə axan Mesta çayının mənsəbindən şərqdə, Bulustra burnunda, Frakiyada qədim şəhər. Abderanın xarabalıqlarından 6 kilometr şimalda Yunanıstanın kiçik Avdira qəsəbəsidir. Abdera xarabalıqları salamat qalmışdır, həmçinin qüllələri və qapıları olan şəhər divarlarının qalıqları, teatr və Roma hamamları müəyyən edilmişdir. Dağıntıların tədqiqinə XIX əsrdə başlanılmışdır, 1950-ci ildən sistematik arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar zamanı çoxlu sayda yerli istehsal olan terakota heykəlcikləri, heykəllər və mozaika tapılmışdır. Arxaika və klassik dövrlərə aid nekropol tədqiq edilmişdir.
Abobra
Abobra (lat. Abobra) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Abroma
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Alqorfa
Alqorfa (isp. Algorfa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 19,78 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4537 nəfərə çatmışdır.
Amfora
Amfora (yun. Αμφορέας; azərb. iki tərəfdən daşınan‎) - Qədim Yunanıstanda istifadə olunmuş əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qab. Arxeoloji qazıntılar e.ə. 2-ci minilliyin 2-ci yarısından etibarən Amforanınnın məişətdə istifadə edildiyini göstərir. Amforalar maye və yağların daşınması və saxlanması üçün, həmçinin ziyafətlərdə istifadə olunurdu. Amforalar Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Arçora
Aurora
Aurora – ABŞ-də şəhər.
Avrora
Avrora (mifologiya) — mifologiya Avrora (kreyser) — kreyser Avrora (kəpənək) — kəpənək Avrora (qəsəbə) — Lənkəran rayonunda qəsəbə Avrora metrostansiyası — Qara Qarayev metrostansiyasının əvvəlki adı. Avrora Qrup — Azərbaycan şirkəti.
Diqora
Diqora (diq. Дыгурæ, İron Дигорæ, ; rus. Дигора) — Rusiya Federasiyasının respublikalarından olan Şimali Osetiya–Alaniya Respublikasında şəhər, Diqorski rayonunun inzibati mərkəzi. Şəhərin adı osetin dilindəki Digoræ (Diqoriya) sözündən gəlir. Diqoriya Şimali Osetiyanın qərb hissəsində yerləşir və burada yaşayan diqorlar coğrafi və etnolinqvistik baxımdan Şimali Osetiyanın şərq hissəsində yaşayan ironlardan fərqlidirlər. Diqoranın adı bir neçə dəfə dəyişmişdir. Yaşayış məntəqəsinin ilkin adı Volno-Xristianovski (rus. Во́льно-Христиа́новский) olmuş, daha sonra Novoxristianovskoye (rus. Новохристиа́новское), Xristianovskoye (rus. Христиа́новское) olaraq dəyişdirilmiş, 1934-cü ildən bəri isə Diqora olaraq qalmışdır.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Diqora mədəniyyəti
Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət. Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir. Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Diqora rayonu
Diqora rayonu (oset. Дигори (Дыгуры) район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Diqora şəhəridir. Digora rayonu respublikanın qərb hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Ərazidən üç çay axır: Ursdon, Dur-Dur, Srau (Siraudon). Rayonun sahəsi - 584.51 km². Şərqdən Ardon rayonu, cənub-şərqdən Alagirski rayonu, şimaldan Kirov rayonu, qərbdən İrafski rayonu, şimal-qərbdən isə Kabarda-Balqariyanın Leskenski rayonu ilə həmsərhəddir. Urbanizasiya Şəhər şəraitində (Diqora ş.) rayon əhalisinin 55,09 % yaşayır. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: 2019-cu il məlumatına əsasən rayon əhalisinin sayı 18 283 nəfərdir. Ardon rayonunun tərkibinə daxil olan 5 kənd və 1 şəhər yaşayış məntəqəsi 6 inzibati vahidlikdə birləşir: Diqora şəhər məntəqəsi - Diqora Dur-Dur kənd sovetliyi - Dur-Dur Karman-Sincikau kənd sovetliyi - Karman-Sincikau Kora-Ursdon kənd sovetliyi - Kora-Ursdon Mostizdağ kənd sovetliyi - Mostizdağ Nikolayev kənd sovetliyi - Nikolayev.
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Avrora (nəşriyyat)
Avrora — SSRİ və Rusiya ixtisaslaşmış nəşriyyatı. Mərkəzi Sankt-Peterburqdadır, lakin Moskvada da filialı var. 1969-cu ildə "Sovetski xudojnik" nəşriyyatının Leninqrad filialının bazasında yaradılmışdır. Nəşriyyat bədii albomlar, rəsm əsərlərinin reproduksiyaları, rus və xarici dillərdə mətnləri olan açıqcalar və bukletlər nəşr edir. "Avrora" nəşriyyat evinin saytında yerləşdirilən məlumata görə, nəşriyyatın mövcud olduğu dövrdə ümumi tirajı 1,300,000,000 nüsxədən çox olan 23 minə yaxın nüsxə buraxılmışdır. Власов В. Г. «Аврора» // Виктор Власов (redaktor). Новый энциклопедический словарь изобразительного искусства. 1. СПб.: Азбука-Классика. 2004.
Mişel Abqari
Mişel Abqari (erm. Միշել Աբգարիոս; 1884, Beyrut, Suriya vilayəti, Osmanlı imperiyası – 1953, Beyrut) — erməniəsilli Livan dövlət xadimi. Abqari ailəsindən olan Yühənnas Abqarinin oğludur. Mişel Abqari 1884-cü ildə Beyrutda erməni yazıçısı Yühənnas Abqarinin ailəsində anadan olmuşdur. Beyrut Alman Məktəbində və Antara Kollecində təhsil almışdır. 1903-cü ildə Beyrut Amerika Universitetini bitirmişdir. O, Sudan hökumətində, Misir bankında işləmişdir. 1922-ci ildə kommersiya katibi, 1940–1942-ci illərdə isə Fələstində dövlət katibinin köməkçisi olmuşdur. O, Britaniya imperiyasının ordeni ilə təltif edilib. Abqari məqalələr, dərsliklər, eləcə də ingiliscə "Palestine from the mists of resecution" (1946, London) əsərini yazmışdır.
İsgəndər Abqari
İsgəndər Abqari (erm. Իսքենդեր Աբգարիոս) və ya Aleksandr Abqaryan (erm. Ալեքսանդր Աբգարյան; 1826, Beyrut, Osmanlı imperiyası – 1885, Beyrut, Suriya vilayəti, Osmanlı imperiyası) — erməniəsilli Livan yazıçısı, ədəbiyyatşünası və tarixçisi. Yühənnas Abqarinin böyük qardaşıdır. İsgəndər Abqari 1826-cı ildə Beyrutda varlı Akop Abqaryanın (Yaqub Epkarios) ailəsində anadan olmuşdur. O, əvvəlcə Beyrutda, sonra isə Londonda təhsil almışdır. Abqari erməni, ərəb, ingilis və türk dillərini mükəmməl bilirdi. O, Beyrutda Portuqaliyanın konsulu olmuş, bəy, ağa titullarını daşımış, "Məcidiyyə" ordeni ilə təltif edilmişdir. Abqari Britaniya kraliçası Viktoriya ilə ünsiyyətdə olmuşdur. Qısa müddət Misirdə İbrahim paşanın sarayında xidmət etmiş, sonra özünü elmi və ədəbi fəaliyyətə həsr etmişdir.
Alisa Abqari
Alisa Abqari (erm. Ալիս Աբգարիոս; 1886, Beyrut, Suriya vilayəti, Osmanlı imperiyası – 1952, Beyrut) — erməniəsilli Livan pedaqoqu, ərəb ölkələrində skautluğun banisi. Alisa Abqari 1886-cı ildə Beyrutda erməni yazıçısı Yühənnas Abqari və ərəbəsilli Afife Qanavatın ailəsində anadan olmuşdur. 1891–1899-cu illərdə Beyrut Alman Məktəbində oxumuşdur. Ərəb, fransız, ingilis və alman dillərini mükəmməl bilirdi. 1900–1912-ci illərdə Qahirədə, 1912–1914-cü illərdə İngiltərədə yaşamışdır. Livanda skaut qrupları yaratmış, qızların bədən tərbiyəsi məsələləri ilə məşğul olmuşdur. 1917-ci ildə Ali İslam Məktəbini, Dəməşqdə Ərəb Məktəbini, Tripolidə Rum Ortodoks Qadın Məktəbini qurmuşdur. 1923-cü ildə Livan və Suriyanın baş skaut qubernatoru təyin edilmişdir. Alisa Abqari ingilis dilində skautluğa dair geniş əsər yazmışdır.
Yaqub Abqari
Yaqub Abqari (erm. Յաղուբ Էփքարիոս) və ya Listralı yepiskop Akop Abqari (erm. Հակոբ եպիսկոպոս Լյուստրացի Աբգարիոս; 1781, Beyrut – 1845, Beyrut) — erməni patriarx. 1781-ci ildə Kiçik Asiyanın Filomelion şəhərində (indiki Akşehir) anadan olmuşdur. 1823-cü ildə Yerusəlimdə xaric olunduqdan sonra protestantlığı qəbul etmiş və Livana köçərək Beyrutda məskunlaşmışdır. Beyrut divarının qapılarından birinə onun şərəfinə "Bab Yaqub" adı verilmişdir. Onun dörd övladı var idi, onlardan ən məşhurları İsgəndər Abqari və Yühənnas Abqaridir. 1845-ci ildə Beyrutda vəfat etmişdir.
Abgərm
Abgərm, (keçmişdə:İstisu) — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının Abgərm bəxşinin inzibati mərkəzi (əvvələr Abgərm şəhəri ilə Abgərm bəxşinin ərazisi Buyinzəhra şəhristanının tərkibinə daxil idilər). Abgərmin keçmişdəki adı İstisu olub və bu ad Pəhləvi dönəmində dəyişdirilərək, Abgərmə çevirilib. Abgərm sözü farsca istisu deməkdir. Hazırda yerlilər ancaq İstisu adın işlədir. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,336 nəfər və 1,903 ailədən ibarət idi. Əhalisi bütünlükdə azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Oxynoemacheilus angorae
Anqor çılpaqçası (lat. Oxynoemacheilus angorae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. Quyruq üzgəci demək olar ki, çökəksizdir. Döş üzgəcləri nisbətən uzun və böyükdür. Üst çənəsində dişvari çıxıntı vardır. Bel üzgəcində 7-8, anal üzgəcində 5 şaxəli şüa, bütün cüt olmayan üzgəclərində o qədər də düzgün olmayan sıralar əmələ gətirən tünd xallar vardır. Cinsi yetkin fərdlərin yan xətlərində deşiklər aydın görünür. Bədənində xırda pulcuqlar, yanlarında müxtəlif ölçülü və quruluşu xallar vardır. Quyruq gövdəsi orta hesabla quyruq üzgəci uzunluğundadır. Döş üzgəcləri erkəklərdə uzun olub, qarın üzgəclərinə çatmağa az qalır.