SEYRƏKLƏNMƏK


1. məch. Seyrək hala gətirilmək, seyrəldilmək. Bağda ağaclar seyrəklənmişdir.
2. məc. Azalmaq.
İdarəyə gələnə qədər Qorxmazın üzünü çulğamış qalın kədər dumanı indi parçalanmış, seyrəklənmiş və getgedə çəkilib gedirdi. Ə.Vəliyev.

3. Bir-birindən aralanmaq, uzaqlaşmaq; dağılışmaq.
Atlılar seyrəklənərək iki sıra olub, təpələrin arası ilə gedən ensiz cığıra buruldular. Ə.Vəliyev.

SEYRƏKLƏNMƏ
SEYRƏKLƏŞDİRİLMƏ

Значение слова в других словарях