Bax: səgrəqib.
Mənim günüm keçər ah-zar,
Aləm olub başıma dar.
Arada seyrəqiblər var,
Oğlan, inan, mən səninəm!
(“Fərhad və Şirin”)
*
Qohum susar qohumuna, elinə,
Düşməyəsən seyrəqibin felinə.
Uyma bivəfanın şirin dilinə,
Sən gəl bu sevdadan əl çək, ay oğul.
(“Fərhad və Şirin”)
*
Dərdli Dilsuz, çəkmə dərdi qəm, ələm,
Seyrəqib kəsibdi aranı neynim?
(“Dilsuz və Xəzangül”)
*
Saqın seyrəqibdən, alagöz sonam,
Var olsun ellərin, aman, əl aman!
(“Sam şahzadə”)