SİNİRMƏK
SİNKOQRAFİYA
OBASTAN VİKİ
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. == Adlandırılması == Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. == Tətbiq sahəsi == Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Sadi Sink
Sadie Anne Sink (ing. Sadie Sink; 16 aprel 2002) — amerikalı aktrisa və model. == Həyatı == Sink 16 aprel 2002-ci ildə Texas ştatında anadan olmuşdur. Üç qardaşı və bir bacısı var. == Fəaliyyəti == === Aktrisa === Sink Şüşə qəsr filmində Vudi Harrelson rolunu canlandırmışdır. 2017-ci ildə Qəribə şeylər serialında Maksin "Maks" Meyfild rolunu canlandırmışdır. === Model === Sink ilk dəfə 2018-ci ildə Parid Dəb həftəsində podiuma çıxmışdır. Yaş limitinin 16 olmasına baxmayaraq, Sink 15 yaşında idi. Həmçinin Kate Spade, Vogue, L'Officiel Paris, Chanel və Givenchy Beauty üçün model çəkilişləri etmişdir.
Sink oksid
Sink oksid ZnO (sinkit) - ağ rəngli qeyri-üzvi maddədir. Suda həll olunmur, 1800 °C-ə qədər qızdırdıqda və sublimasiya zamanı saralır. == Fiziki xassələri == Altıbucaqlı, iysiz kristalik strukturu olan tozdur. == Alınması == Sink hidroksidin parçalanması zamanı alınır: Zn (OH)2→ ZnO + H2O (t=100-250°C). Sinkin oksigenlə qarşılıqlı təsirindən alınır: 2Zn + О2 → 2ZnО Həmçinin sink duzlarının parçalanması zamanı alınır. == Kimyəvi xassələri == Sink oksid amfoter oksidlərə aiddir. Turşularla reaksiya zamanı sink duzları alınır: ZnO+2HCl→ZnCl2+H2O Qələvilərlə reaksiya zamanı kaliun sinkat və su alınır: ZnO+2KOH→K2ZnO2+H2O ZnO + CoO → CoZnO2 Bor oksid və silisium dioksid ilə reaksiya zamanı şüşəyə oxşar boratlar və silikatlar alınır: 2ZnO + SiO2 → Zn2SiO4, ZnO + B2O3 → Zn(BO2)2. == Tətbiqi == ZnO tibdə istifadə olunur.Sink oksidinin müasir tibbdə və kosmetologiyada geniş yayılması çoxfunksiyalılığı, geniş spektrli fəaliyyət və mükəmməl müalicəvi xüsusiyyətləri ilə əlaqədardır. Sink oksid tərkibli preparatlar yaxşı sakitləşdirici və müalicəvi xüsusiyyətlərə malikdir. Toksikliyi ZnO buxarı orqanizmə düşdükdə gözlərə və tənəffüs yollarına pis təsir edir, qıcıqlanma yarada bilər.
Sedi Sink
Sadie Anne Sink (ing. Sadie Sink; 16 aprel 2002) — amerikalı aktrisa və model. == Həyatı == Sink 16 aprel 2002-ci ildə Texas ştatında anadan olmuşdur. Üç qardaşı və bir bacısı var. == Fəaliyyəti == === Aktrisa === Sink Şüşə qəsr filmində Vudi Harrelson rolunu canlandırmışdır. 2017-ci ildə Qəribə şeylər serialında Maksin "Maks" Meyfild rolunu canlandırmışdır. === Model === Sink ilk dəfə 2018-ci ildə Parid Dəb həftəsində podiuma çıxmışdır. Yaş limitinin 16 olmasına baxmayaraq, Sink 15 yaşında idi. Həmçinin Kate Spade, Vogue, L'Officiel Paris, Chanel və Givenchy Beauty üçün model çəkilişləri etmişdir.
Aloe sinkatana
Aloe sinkatana (lat. Aloe sinkatana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Bob Sinkler
Bob Sinkler (doğum adı Kristof Le Friа́n fr. Christophe Le Friant; 10 may 1969-cu il) — Fransalı prodüser, DJ. Yellow Production adlı leyblın yaradıcısı. == Musiqi karyerası == Kristof Le Friа́n Dj-liyə 1980-ci illərdə "Chris the French Kiss" adı altında başlayıb. Bu müddət ərzində hip-hop musiqisi və caz musiqisi ona daha çox təsir edib və o, The Mighty Bop və Reminiscence Quartet (musiqi kvarteti ilə birlikdə) adlı musiqi layihələri yaradıb. Reminiscence kvartetində Le Friа́n ləqəbini Desmond K dəyişmişdir. Bob Sinkler adını 1998-ci ildə qəbul edib, bu təxəllüsü o, Le Magnifique filmindən götürüb. O, haus-musiqisinin "fransız üslubunu" diskonun sətirləri ilə istifadəsinə və tanıdılmasına görə məşhurlaşıb. O, öz musiqi üslubunun "sülh, məhəbbət və haus-musiqisinindən" ilham aldığını bildirmişdi. Sinklerin bir neçə mahnısı beynəxalq hitlərə çevrilmişdilər, xüsusən də Avropa da çox populyar olmuşdular. "Love Generation" (Qeri Paynla birgə) və "World, Hold On" (Stiv Edvardsla birgə) onun ən populyar hitləridi.
Epton Sinkler
Epton Bill Sinkler (ing. Upton Beall Sinclair, Jr.; 20 sentyabr 1878[…], Baltimor, Merilend – 25 noyabr 1968[…]) — Amerikan yazıçı, jurnalist və publisist. Pulitser mükafatı laureatı (1943) == Həyat və fəaliyyəti == Epton Bill Sinkler 20 sentyabr 1878-ci ildə Merilend ştatının Baltimor şəhərində anadan olmuşdur. "Cəngəllik" (1905), "Paytaxt" (1908), "Məhəbbət sınağı" (1911), "Silviya" (1913), "Silviyanın ərə getməsi" (1914) və s. romanlarında ictimai-tənqidi motivlər güclüdür. "Kral Kömür" (1917), "Cimmi Higgins" (1919) romanlarında sosializm ideyalarını, Böyük Oktyabr sosialist inqilabını müdafiə etmişdir. Antifaşist əsərlər ("Avtomobil kralı", 1937 və s.) yazmışdır. Lenni Bedd haqqında epopeyasının (kitab 1–11, 1940–1953) son kitablarında "soyuq müharibə" əhvali-ruhiyyəsi əksini tapmışdır. Ömrünün son illərində nüvə müharibəsi təhlükəsi əleyhinə çıxmış, SSRİ-yə rəğbətini bildirmişdir. Epton Sinkler 25 noyabr 1968-ci ildə Nyu-Cersi ştatının Baund Bruk şəhərində vəfat etmişdir.
Georgi Sinkell
Georgi Sinkell (yun. Γεώργιος ὁ Σύγκελλος; VIII əsr – ən tezi 810) – Bizans tarixçi-salnaməçisi, rahib, patriarx Konstantinopollu Tarasinin (784–806) sinkelli, katib və saray nümayəndəsi. Onun dünyanın yaranışından IX əsrin əvvəllərinədək ümumdünya salnaməsi kimi düşünülmüş "Seçilmiş xronoqrafiya" əsəri 285-ci ilədək yazılmışdı. Ölüm ərəfəsində dostu Tövbəkar Feofana əsər üzərində işin davamını vəsiyyət etmişdi. Sinkellin əsas tarixi məlumat mənbələri Yuli Afrikanın, Kesariyalı Yevsevinin, Panodorun və Aleksandriyalı Annianın itmiş əsərləri və İosif Flavinin əsərləri olmuşdur. Həmin müəlliflərin əsərlərindən gətirdiyi iqtibaslar sayəsində Manefonun və Berossun əsərlərindən parçalar, Enoxun Kitabı və Yubileylər Kitabının, "Adəmin həyatı" və bu kimi yunan apokrifik kitabların mətni günümüzə gəlib çatmışdı. Onun əsəri 11 əsrə aid 2 əlyazmada tam şəkildə saxlanılmışdı. Sinkellin "Seçilmiş xronoqrafiya"sını Bizans müəllifləri yüksək qiymətləndirirdilər. Son antik müəlliflərin itmiş salnamələrinə əsaslanan əsəri yeni dövr Avropa alimləri tərəfindən tarixi xronologiyanın hazırlanması üçün mühüm mənbələrdən biri olmuşdur.
Klayv Sinkler
Klayv Marlz Sinkler (ing. Sir Clive Marles Sinclair; 30 iyul 1940, Riçmond[d], Böyük London – 16 sentyabr 2021, London) — "ZX Spectrum" mikrokompyuterini istehsal etməklə dünya kompüteri tarixinə düşən şəxslərdən biri kimi tanınır. == Həyatı == K.Sinkler 30 iyul 1940-cı ildə Londonun şəhərətrafında, Riçmond yaxınlığında dünyaya gəlib. Klayv məktəb illərindən müxtəlif növ texnikaya və ixtiraçılığa böyük maraq göstərməyə başlayıb. Klayv məktəbi bitirdikdən sonra universitetə daxil olmamağa və şəxsi şirkətinin əsasını qurmağa qərar verir. O, həmin dövrdə radioelektronika ilə ciddi maraqlanırdı, artıq 1958-ci ildə kifayət qədər kiçik və ucuz yeni tip radioqəbuledicinin ən sadə sxemini hazırlayır. Sonrakı bir neçə il ərzində Sinkler öz biznesini qurmaq məqsədilə start kapitalı qazanmaq üçün radio mövzusunda məqalələrin yazılışı və müxtəlif nəşrlərinin redaktəsi ilə məşğul olur. == Arzusunda olduğu şirkət == 1961-ci ildə, doğum günündə, 30 iyulda Kembricdə Sinclair Radionics adlı şirkət qeydiyyatdan keçirir. Bu halda Sinkler jurnalist işləməyə davam edirdi və redaktə etdiyi nəşrlərdə öz məhsulunun reklamını dərc etmək imkanından var gücü ilə istifadə edirdi. Tezliklə onun şəxsi hazırlamaları meydana çıxmağa başladı: əvvəlcə tranzistor mikrogücləndiricisi, sonra 70×41×16 millimetr ölçülü cib radioqəbuledicisi.
Laşlo Sinko
Laşlo Sinko (18 Mart 1970 – 31 İyul 2015) — Macarıstanlı film aktyoru. O, 1959-cu il ilə 2009-cu il arasında 90-dan çox film və televiziya şousunda rol oynamışdır.
Lüis Sinkler
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). == Həyatı == Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Pyrus × sinkiangensis
Rolf Sinkernagel
Rolf Tsinkernagel — isveçrəli immunoloq, 1996-cı ildə hüceyrə vasitəli immun müdafiənin özəlliyini kəşf etməsinə görə Nobel mükafatına layiq görülüb.
Sinkler Lyuis
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). == Həyatı == Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Sinkler Lüis
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). == Həyatı == Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Sinklinorium
Sinklinorium - iri ölçülü, mü­rəkkəb quruluşlu struktur. Ümumiyyətlə, sinklinal quruluşlu olub nisbətən kiçik qırışıqlardan ibarətdir. Adətən geosinklinal çökəkliklərin yerində geosinklinal sistemin inversiyası və qırışıqlıq prosesi ilə əlaqədar əmələ gəlir. Sinklinoriumdaxili qalxımın (geoantiklinalın) çökəkliyə çevrilməsi və ya uzun müddət davam edən çökmənin yerində irsi olaraq əmələ gələ bilər. Birinci halda qeyri-uyğun yatan inversiyadan sonrakı formasiyalarla səciyyələnən çevrilmiş sinklinorium, ikinci halda isə erkən və geç geosinklinal formasiyaların uyğun yatan, tam və çox qalın kəsilişləri olan çevrilməmiş sinklinorium formalaşır. Köhnəlmiş termin. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sinkləmə
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.
Sinkopa (musiqi)
Sinkopa — xüsusi bir ritm şəklidir ki, aksentin qüvvəli hissədən zəif hissəyə köçürülməsi nəticəsində əmələ gəlir. Sinkopa müxtəlif üsullar vasitəsilə alına bilər: əvvəlki xanənin axırıncı zəif hissəsi ilə sonra gələn xanənin birinci qüvvəli hissəsinin liqa ilə birləşməsi vasitəsilə. bir xanə daxilində zəif hissə ilə nisbətən quvvəli hissənin birləşməsi vasitəsilə. xanənin qüvvəli hissəsində pauza işlədilməsi vasitəsilə.
Sinkveyn
Sinkveyn – məlum olan və ya yeni əldə edilmiş məlumatların analizi və sintezin nəticəsi olan öyrədici şeirdir. Sinkveyn ilk dəfə olaraq ABŞ-də yaranmışdır. Sinkveyn universal tədris metodudur. Onu müxtəlif fənn proqramlarının mövzularına tətbiq etmək olar. Bu metod şagirdləri maraqlandırmağa, öyrənilən materialı daha yaxşı anlamağa və mühakimə yürütməyə kömək edir. Beşsətirlik şeir olan sinkveyni tərtib etmək asan olduğu üçün onun hər yaşda uşaqlarla təlim prosesində tətbiqi mümkündür.
Pyrus sinkiangensis
Pyrus sinkiangensis (lat. Pyrus sinkiangensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Sinkokain
Sinkokain (INN/BAN) və ya dibukain (USAN) amid lokal anestezikdir. Uzun müddət təsir göstərən lokal anesteziklərin ən güclü və zəhərliləri arasında sinkokainin istifadəsi ümumiyyətlə onurğa və topikal anesteziya ilə məhdudlaşır.[1][2] Sinkain, Nuperkainal, Nuperkain və Sovkain markaları adı ilə satılır. == Tibbdə istifadəsi == Sinkokain Proktosedil kimi bəzi dərmanların aktiv tərkib hissəsidir.[3] O, həmçinin atlar və iribuynuzlu heyvanların evtanaziyası üçün istifadə edilən Somuloza baytarlıq preparatının tərkib hissəsidir. == Fiziki xassələri == Sinxokain qələvi sulu məhlullarda nisbətən həll olunmur. == Həmçinin bax == Dibukain nömrəsi == İstinadlar == ^ Martindale, The Extra Pharmacopoeia, 30th ed, p1006 ^ Dibucaine ^ "Proctosedyl ointment/suppositories (cinchocaine, hydrocortisone)". Netdoctor. June 2012. Retrieved 25 December 2019. == Əlavə oxu == Abdel-Ghani N, Youssef A, Awady M (2005). "Cinchocaine hydrochloride determination by atomic absorption spectrometry and spectrophotometry".
Sinkretizm
Sinkretizm — müxtəlif mədəni və ya dini ənənələrdən fərqli inancların, adətlərin və ya təcrübələrin birləşməsi və ya qarışması. Bu, müxtəlif mədəniyyətlərdən olan insanlar təmasda olduqda və bir-birindən ideya və ya təcrübələr götürdükdə və ya bir çox ənənələrin elementlərini birləşdirən yeni bir din və ya mədəni təcrübə yarandıqda baş verə bilər. Sinkretizm nümunələrinə dünyanın müxtəlif dini və mədəni təcrübələrində rast gəlmək olar. Məsələn, Cənubi Asiyada yaşayan sufi müsəlmanlarının dini təcrübələrində hindu və islam ənənələri qarışdırılır. Sinkretizm mədəniyyətin dil, incəsənət və musiqi kimi digər sahələrində də baş verə bilər. Məsələn, Latın Amerikasında danışılan ispan dilində yerli dillərdən götürülmüş çoxlu sözlər və qrammatik strukturlar var. == İstinadlar == == Əlavə ədəbiyyat == Syncretism // Britannika Ensiklopediyası. 26 (XI). 1911. Assmann, Jan.
Aeluropus littoralis var. sinkiangensis
Şoranlıq qaçançayırı (lat. Aeluropus littoralis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qaçançayır cinsinə aid bitki növü.
Aeluropus pungens var. sinkiangensis
Şoranlıq qaçançayırı (lat. Aeluropus littoralis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qaçançayır cinsinə aid bitki növü.

Значение слова в других словарях