SİONİST

Sionizm hərəkatına mənsub adam, sionizm məsləkində olan adam.
SİNUS
SİONİ́ZM
OBASTAN VİKİ
Sionist
Sionizm (İvrit: צִיּוֹנוּת, romanize: Tsiyyonut), tarixi İsrail əraziləri olaraq təyin edilən ərazilərdə bir Yəhudi dövlətinin əsirlər sonra yenidən qurulmasını dəstəkləyən, müdafiə edən və Yəhudi milliyətçiliyini əsas götürən ideoloji fikir hərakatıdır. Sionizm ilk dəfə 1890-cı ildə Nathan Birnbaum tərəfindən təqdim edilib. Ümumi təsvir yəhudi xalqının vətəni hesab etdiyi torpaqlara qayıtmaq məqsədilə milli bir hərəkat kimi qəbul edilə bilər. Hərəkat həmçinin yəhudi vətənində müstəqil İsrail dövlətinin qurulmasına və yaşamasına yönəlib. 1948-ci ildə İsrail Dövləti yaranandan bəri Sionizm, İsrail Dövlətini inkişaf etdirmək və İsraildə yaşayan yəhudi millətini İsrail Müdafiə Qüvvələrinə dəstəkləmək yolu ilə qorumağı da məqsədləri arasında aldı. Sionizm əvvəlində konkret və mənəvi məqsədlər qoymuşdur. Bütün siyasi və dini duruşlardan Yəhudilər, solçu, sağçı, dindar və ya dünyəvi, Sionist hərəkatını meydana gətirdilər və bu hərəkatın hədəflərinə çatmaq üçün birlikdə çalışdılar. Sionist fəlsəfədə bəzi fikir ayrılıqları Sionist hərəkatında zamanla bəzi bölünmələrə səbəb olub. Aşağıda bu bölünmələri ortaya çıxara biləcək bəzi mühüm Sionist hərəkatlar var. Sionizm ideologiyasına və onun tarixi inkişafına müxtəlif tərəflərdən yanaşmaq olar.

Значение слова в других словарях