Sİ́TRUS

is [ lat. ] bot. İsti ölkələrdə yayılmış və tərkibində efir yağları olan, qabıqlı iri meyvələri olan kol və ya ağac (sitruslara portağal, limon, mandarin və s. aiddir).
Sitrus cinsinin limon, naringi, portağal və sair növləri ağac və kollardır. M.Qasımov.
Divarlarda … sitrus bitkilərinin becərilməsi haqqında təlimatlar… asılmışdı. H.Seyidbəyli.

SİTRAMÓN
SİTRUSÇU
OBASTAN VİKİ
Sitrus
Sitrus (lat. Citrus) – sədokimilər (Rutaceae) fəsiləsindən bitki cinsi. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır. Əsas sahələri ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələridir.
Sitrus bitkiləri

Значение слова в других словарях