Sloveniya əhalisi
Sloveniya əhalisi — 2013-cü il məlumatına görə ölkədə 2 058 821 nəfər yaşayır. Hər km² 101 nəfər düşür. Bu isə Avropa İttifaqında ən sıx məskunlaşan dövlətlərdən biridir.
Əhalinin təbii və mexaniki hərəkəti
Number of population and natural change of population
Sloveniya Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində formalaşdırlarkən demək olar ki, bir monoetnik bir ərazi quruluşunda təşkil edilir. 1948-ci ildə aparılan siyahıya almaya əsasən respublikada 1440,0 min nəfər yaşayırdı. Bu əhalinin 1350,1 min nəfəri slovenlər idi. Respublikada 16,1 min xorvat, 10,6 min macar, 7,0 min serb, 0,5 min monteneqrolu, 0,4 min makedon, 0,2 min müsəlman, 0,2 min alban yaşayırdı.
Sloveniyanın hazırda da əhalisinin böyük hissəini slovenlər təşkil edir. Hazırda ölkədə xorvatlar, serblər, bosniyalılar, macarlar, italyanlar.
Etnik tərkib:
Slovenlər (80,0 %)
Xorvatlar (2,8 %)
Serblər (2,4 %)
Bosniyalılar (1,4 %)
Macarlar (0,7 %)
Monteneqrolular (0,2 %)
Makedonlar (0,2 %)
Albanlar (0,2 %)
İtalyanlar (0,5 %)
digərləri (4,4 %)
Əhalinin orta sıxlığı km²-ə 95 nəfərdir.