SONRALAR

zərf Bir hadisədən, əhvalatdan, işdən sonrakı vaxt, sonrakı vaxtlar(da). Əvvəl yaxşı idi, sonraları əhvalı pozuldu.
– Bu əhvalatı mənə sonralar anam danışmışdı. M.Rzaquluzadə.
Qəzənfər sonralar Dürrənin ailəsinə böyük yardım göstərdi. S.Vəliyev.
Əvvəllər kənd uşaqları “xan cığal olar” – deyə, [Məmmədxanla] oynamaq istəməsələr də, sonralar razılıq vermişdilər. P.Makulu.

SONRAKI
SONRALARI

Значение слова в других словарях