SORUŞMAQ

f.
1. Bir şeyi bilmək, bir şey haqqında məlumat almaq üçün birinə sualla müraciət etmək; sual etmək. Xəstənin halını soruşmaq. Dərslərini soruşmaq. Yaşını soruşmaq.
– Kimin ixtiyarı var idi, soruşsun haradan [Xudayar bəyə] bəylik yetişib. C.Məmmədquluzadə.
Bəli, mənim qürurum; Gəl, soruşma nədəndir; Çağlayan Xəzərimi; Bu cür sevdiyimdəndir. N.Xəzri.

// Fikrini bilmək istəmək, icazə istəmək. Soruş, sonra get.
2. Birini görmək, birilə görüşmək arzusunda olduğunu bildirmək. Kimsə sizi soruşurdu. Müdir səni soruşurdu.
3. Üzərinə məsuliyyət düşmək, bir şey haqqında qaneedici cavab tələb etmək. Bu işi səndən soruşacaqlar.

Синонимы

  • SORUŞMAQ 1. SORUŞMAQ [Zabit:] Siz iranlısınız? – deyə soruşdu (M.S.Ordubadi); XƏBƏR ALMAQ Xəbər alsan bu vilanın əhvalın; Bir özgədir keyfiyyəti-Qarabağ (Q
  • SORUŞMAQ dindirmək — öyrənmək
SORUŞMA
SORUŞULMA

Значение слова в других словарях