SOYUMAQ

f.
1. Soyuq olmaq, hərarətini itirmək, temperaturu aşağı düşmək. Payız gəldi, havalar soyudu.
– Hava da bərk soyumağa başlayırdı. M.Hüseyn.
…Xəzəllər töküldü, toz qopdu, hava soyudu. Mir Cəlal.

2. məc. Getdikcə həvəsdən düşmək, ruhdan düşmək. İşdən soyumaq.
– Elə mən özüm də bir həftə, bir ay; Yazmasam, şeirdən çox soyuyaram. S.Vurğun.
[Dəmirov] işin qalmağından, adamların soyumağından ehtiyat edirdi. S.Rəhimov.

3. məc. Getdikcə məhəbbətini, hissini itirmək, daha istəməmək. Uşaqlardan soyumaq.
[Sona xanım:] Heydər, görünür ki, məndən soyumusan? M.F.Axundzadə.

◊ Acığı (hirsi) soyumaq – bax acıq.
Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu. Çəmənzəminli.
Tükəzbanın hirsi bir az soyudu və qaşqabağı da bir az açıldı. B.Talıblı.

Синонимы

  • SOYUMAQ donmaq
  • SOYUMAQ keyimək — duruxmaq
SOYUMA
SOYUNDURMA

Значение слова в других словарях