srağagünkü
ssenariçi
OBASTAN VİKİ
Ssenari
Ssenari 1) improvizasiyaya əsaslanan pyesin teatrda qısa (dialoq və monoloqsuz) məzmunu, baletdə və operada tamaşanın süjet sxemi, librettosu. 2) Kino sənətinin və televiziyanın ifadə vasitələrinin köməyi ilə təcəssüm etdirilmək üçün nəzərdə tutulan ədəbi əsər. == Film ssenarisinin mövzu qaynaqları == Maraqlı və diqqətçəkici olması mütləq olan ssenari mövzusunun əsas qaynaqları bunlardır: Müəllifin həyat təcrübələri Roman, hekayə, dram və ya qəzet xəbərləri Tarixi hadisələr Yaşadığımız cəmiyyət İctimai hadisələr və s.
Ssenari müəllifi
Ssenari müəllifi və ya ssenarist — hər uzunluqda, izlənilə bilən film üçün, özünün meydana gətirdiyi, ya da var olan qaynaqları vizual dilə çevirərək, müəyyən bir sistem içində vizual izahat meydana gətirərək mətnlər (ssenari) yazan şəxsə deyilir.
Elnur Hüseynov (aktyor, ssenari müəllifi)
Elnur Hüseynov — azərbaycanlı aktyor, ssenari müəllifi. == Həyatı == Bacanaqlar və Kişi sözü teleseriallarında baş rol oynayıb. Bacanaqlar serialında 7 mövsüm Qismət obrazını canlandırdıqdan sonra 8-ci mövsümdə Kişi sözü serialına keçmişdir. 9-cu mövsümdə yenidən Bacanaqlar teleserialında çəkilib. O, həmçinin "Parni iz Baku" teatrının aktyorudur. == Filmoqrafiya == Toy (film, 2005) — İnqilab Ailəm (film, 2006) — Mobil İnterpapa (film, 2006) Qonşular (film, 2006) — Ələmşah Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Kübra Əliyeva (ssenarist)
Kübra Əliyeva — ssenari müəllifi == Həyatı == Azərbaycanın nəşriyyat tarixində görkəmli yeri olan bərdəli Orucov qardaşlarından Abuzər Orucovun qız nəvəsi olan Əliyeva Kübra Muxtar qızı 1944-cü ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Mədəni-maarif fakültəsinə daxil olub, 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, 1 övladı var. == Yaradıcılığı == 1967-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun "Dekorativ tətbiqi sənət" şöbəsində baş laborant, elmi işçi vəzifəsində çalışıb. Hal-hazırda həmin institutda "Təsviri və dekorativ-tətbiqi sənət" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. 1978-1980-ci illərdə Moskva şəhərində Lomonosov adına Universitetin Tarix fakültəsində professor V.M.Vasilenkonun yanında təcrübə keçmiş, universitetdə mütəmadi olaraq mühazirələrdə çıxış etmişdir. Həmin illər ərzində Moskvada namizədlik dissertasiyasını təkmilləşdirmişdir. 1984-cü ildə Moskvada SSRİ Rəssamlıq Akademiyasının nəzdində olan "Təsviri sənətin nəzəriyyə və tarixi" Elmi tədqiqat İnstitutunda "Azərbaycanın xovsuz xalçaları" adlı dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. 1979-cu ilin axırlarından 2001-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rəssamlıq bölməsində (əvəzçiliklə) (Quba filialında 10 il) dosent vəzifəsində işləyərək onlarla peşəkar rəssamların yetişməsində əmək sərf etmişdir. 2001-ci ildən – 2004-cü ilə qədər (əvəzçiliklə) Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Memarlıq dizaynı" bölümündə savadlı memar – magistrlərin yetişməsində böyük əmək sərf etmişdir.
Ssenarist
Ssenari müəllifi və ya ssenarist — hər uzunluqda, izlənilə bilən film üçün, özünün meydana gətirdiyi, ya da var olan qaynaqları vizual dilə çevirərək, müəyyən bir sistem içində vizual izahat meydana gətirərək mətnlər (ssenari) yazan şəxsə deyilir.
Vaqif Məmmədov (ssenarist)
Vaqif Məmmədov (Vaqif Hümbət oğlu Məmmədov) — “Əməkdar mədəniyyət işçisi”, ssenarist, redaktor. == Həyatı == Vaqif Məmmədov 7 avqust 1939-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb. === Vəfatı === Vaqif Məmmədov 15 sentyabr 2015-ci ildə vəfat edib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarının redaktoru olmuşdur. 1980-ci ildən “Mozalan” satirik kinojurnalında redaktor vəzifəsinə təyin olunub. 100-dən çox süjetin ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” ,kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir.
Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı
== 1941 — 1950 ==
Ən yaxşı ssenariyə görə Saturn mükafatı
Ən yaxşı ssenariyə görə Saturn mükafatı (ing. Saturn Award for Best Special Effects) — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası (ing. Academy of Science Fiction, Fantasy & Horror Films) tərəfindən 1973-ci ildə təsis edilmiş mükafatdır. == Qaliblər və nominasiyalar == "†" - həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatı qazanmışdı. "‡" - həmçinin Ən yaxşı filmə görə "Oskar" mükafatına nominasiya göstərilmişdi.

Значение слова в других словарях

блэка́ут вы́варка лоси́ный мере́кать перещу́пывать ска́нер трёхсто́пный загрязнённый засти́рыванье монополизи́роваться пя́тница наранжа Храповицкий according to crucify dendrologic homogeneate imbecile metalliferous paramere photonuclear third-rate умывальный устраиваться энергозатраты