Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stop the War Coalition
Stop the War Coalition (azərb. Müharibəni Dayandırın İttifaqı‎) — Britaniyada yaranmış anti-müharibə hərəkatı.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Ron Stoppabl (personaj)
Ron Stoppabl (ing. Ron Stoppable) – "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. == Xarakteristika == Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir. Bu ev heyvanının götürmə səbəbi, atasının heyvan tüklərinə qarşı allergiyası olmasıdır. Ronun sarışın dağınıq saçları və qəhvəyi rəngli gözləri vardır. Meymun və hörümçək kimi kiçik heyvanlardan çox qorxur. Ən çox sevdiyi restoran Meksika tərzi olan Bueno Naçodur. Dördüncü mövsümdən başlayaraq Kim Possibl və Ron araslnda sevgi münasibəti yaranır.
Stoj.
Nikolay Stoyanov (bolq. Николай Андреев Стоянов; 21 noyabr 1883, Qrodno, Rusiya imperiyası – 9 oktyabr 1968, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Nikolay Stoyanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === == Əsərləri == Stojanov, N. Stefanoff, B. Флора на България (Flora of Bulgaria) (in two volumes, four editions: 1924-26, 1933, 1948 and 1965-1966, the latest edition along with B. Kitanov) Stoyanov, N. Опит за характеристика на главните фитоценози в България (An attempt to characterise the main plant communities in Bulgaria), Год. на СУ, ФМФ, vol. 3, 1941 Stoyanov, N. Kitanov B. Диви полезни растения в България (Useful wild plants in Bulgaria), Sofia, 1960. == Şərəfinə adlandırılmış taksonlar == Alkanna stojanovii Kožuharov, 1989 Crepis stojanovii T.Georgiev, 1926 Ranunculus stojanovii Delip., 1971 Thymus stojanovii Degen, 1925 Viola stojanowii W.Becker, 1924 == İstinadlar == == Ədəbiyyat == Kitanov B. Velinova, L., Николай Стоянов. Биобиблиография (Nikolai Stojanov: Biobibliography, Sofia, 1955. Markova, M. Сто години от рождението на акад.
Svop
Svop (ing. swap - dəyişmə, mübadilə) — mübadilə əməliyyatıdır ki, qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur. == Svoplar haqqında saziş == Hecirləmə məqsədilə bağlanılan öhdəliklərin və ya aktivlərin mübadiləsi haqqında saziş svoplar haqqında saziş. Bir qayda olaraq, svoplar haqqında saziş bankla və onun müştəriləri arasında bağlanır. Valyuta və faiz svopları, eləcə də onların kombinasiyası (valyuta, faiz svopu) haqqında sazişlər daha çox yayılmışdır. Valyuta svopu haqqında sazişə görə, bank hər hansı valyutada borca xidmət göstərmənin dəyərinin bank tərəfindən ödənilməsi əvəzinə, müştərinin borcuna görə bütün gələcək tədiyələrin milli valyutada həyata keçirilməsini öhdəsinə götürür. Valyuta svopları haqqında ilk sazişlər Böyük Britaniyada bağlanmışdır. Bir çox illər ərzində Britaniya hökuməti xarici investisiya qoyulması üçün bu ölkənin firmaları tərəfindən xarici valyutanın alınmasını məhdudlaşdırmışdı. Bu məhdudiyyətlər bir çox firmaları kompensasiya kreditləri haqqında sazişin bağlanmasına sövq etdi.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Faizli svop
Miroslav Stoh
Miroslav Stoh (19 oktyabr 1989, Nitra) — slovakiyalı futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da, sol cinahda oynayır.
Snop fəvvarəsi
Snop fəvvarəsi (rus. Фонтан Сноп) — «Peterhof» saray-park kompleksinin Monplezir bağında yerləşən mərkəzi fəvvarələrindən biridir. == Tarixi == Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
Stob piramidaları
Stob piramidaları (bolq. Стобски пирамиди) - Bolqarıstan ərazisində geoloji abidə. Geoloji baxımdan hudu hesab olunur. Dik qayalı sütünlardan ibarət olan bu bölgə Bolqarıstanın cənub-qərbində, Rila dağlıq ərazisinə aiddir. Stob piramidalar bölgəsinin sahəsi 0,7 km²-dir. Piramidalar Kystendil əyalətində, Stob kəndi yaxınlığında yerləşir. Sütun formalı qayaların hündürlüyü 12 metr, çevrəsinin uzunluğu bəzən 40 metrə çatır. Sütunlar müxtəlif formada olur. Bəziləri üzərində yastı daşlar mövcuddur. == Ümumi məlumat == Stob piramidaları Balkan yaramadasında, Rila dağ silsiləsinin qərb yamaclarındadır.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stol rəqsi
Stol rəqsi — səhnədə deyil, stolda və ya stolun üstündə ifa olunan rəqsdir. Stol rəqsi seks işçisi tərəfindən ifa edilən erotik rəqs də ola bilər və ya sadəcə olaraq asudə vaxtı keçirmək üçün nəzərdə tutulan tədbir olaraq da həyata keçirilə bilər.
Ston Səddi
Ston Səddi və ya Ston divarları — Xorvatiyanın cənubundakı tarixi Dalmasiya bölgəsinin Ston şəhərində yerləşən 7 kilometr (4.3 mil) uzunluğunda müdafiə divarı. Səddin inşasına 1358-ci ildə başlanmışdır. Bu gün dünyanın qorunan ən uzun istehkam sistemlərindən biridir.Stone səddi "Avropanın Çin səddi" olaraq da tanınır. == Tikintisi == Kütləvi şəhər divarları tərəfindən yaxşı qorunmasına baxmayaraq, Raqusa Respublikası başqa bir müdafiə xətti qurmaq üçün Peleşasdan istifadə etmək qərarına gəlir. Yarımadanın ən dar nöqtəsində, Stondan Mali Ston şəhərinə qədər bir divar inşa edildi. Respublika dövründə divarlar Dubrovnikin sərvətinə töhfə verən qiymətli duz məfdənlərini qorumaq üçün istifadə olunurdu və buna görədə təmir işləri aparılırdı. Cümhuriyyətin süqutundan sonra divarlarda söküntü işləri başladı. Daha sonra Avstriya-Macarıstan imperiyasının səlahiyyətliləri məktəblər və icma binalarını inşa etmək üçün və həmçinin Avstriya İmperatorunun 1884-cü ildə gəlişi münasibətilə qurulan zəfər tağı üçün divardan material götürdülər. Mali Stonun ətrafındakı divar insanların sağlamlığına ziyan vurduğu bəhanəsi ilə söküldü. İkinci Dünya Müharibəsindən sonra söküntü dayandırıldı.
V/STOL
V/STOL (ing. Vertical or Short Take-Off and Landing) şaquli və ya qısa məsafəli ərazilərə enmə və ya qalxma deməkdir. Bu spesifikasiyaya malik olan təyyarələr qısa uçuş-enmə zolağından istifadə edirlər və ya kiçik bir əraziyə, məsələn, meşəlik ərazidəki kiçik bir açıq əraziyə şaquli şəkildə enirlər və qalxırlar. Bu xüsusiyyət yanacağa qənaət etməyə imkan verir.
Avtomatik top
Avtomatik top sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar ümumiyyətlə pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Brilliant top
"Brilliant top"un qalibləri
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV-XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla “atəşə tutan” komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
Kerrot Top
Skott "Kerrot Top" Tompson (ing. Scott Thompson; d. 25 fevral 1965, Rockledge, Florida) — əsilli ABŞ aktyorudur.
Qızıl Top
"Qızıl top" — 1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafat. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olublar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirib. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub. Qeyd edək ki, Lionel Messi Qızıl Topu 4 il dalbadal qazanıb və bu dünya rekordu olmaqda davam edir.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Top (silah)
Döyüş topu — ağir artileriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Seks şop
Seks şop (ing. sex shop), bəzən erotik şop (ing. erotic shop) kimi qeyd olunur — pornoqrafiya, prezervativ və digər cinsi və ya erotik əyləncəyə aid məhsulları satan mağaza. İlk seks şop 1962-ci ildə Almaniyanın Flensburq şəhərində açılmışdır. == Tarixi == === Çin === 2013-cü ildə Pekində 2000-dən çox seks şop fəaliyyət göstərirdi. Məhsulların əksəri Çində istehsal olunub. === Yaponiya === Yaponiyada seks şoplar hentay jurnallar, seks videolar və DVD-lər satılır.