STEP

step1

n 1. addım; a long / hesitating / short ~ uzun / inamsız / qısa addım; at every ~ hər addımda; ~ by ~ addımbaaddım, addım-addım, tədricən; 2. yaxın məsafə; It’s only a step to my house Mənim evimə cəmi bir addımdır; 3. yeriş; light / heavy ~ yüngül / ağır yeriş; 4. irəliləyiş, irəliləmə; We have made a great step forward in our negotiations Biz danışıqlarımızda böyük irəliləyiş əldə etmişik; 5. hərəkət, addım; a decisive / important ~ həlledici / vacib addım; 6. pillə; a marble / stone ~ mərmər / daş pillə;

◊ to watch one’s ~s ehtiyatla hərəkət etmək, ehtiyatlı olmaq; One step at a time ≅ Tələsən təndirə düşər

step2

v 1. addımlamaq, yerimək; to ~ lightly / heavily yüngül / ağır addımlamaq; 2. (over) adlayıb / üstündən keçmək; adlamaq, keçmək, aşmaq (bir şeyin üstündən); to ~ over an obstacle maneəni aşmaq; to ~ over a stream axını adlayıb keçmək; to ~ across a road / across a street yolu / küçəni keçmək; (on) basmaq, tapdalamaq (ayağı ilə); to ~ on smb.’s foot bir kəsin ayağını tapdalamaq; to ~ on the gas qaz vermək (avtomobilə); to ~ aside 1) kənara çəkilmək / durmaq; 2) məc. başqasına yol vermək; to ~ back 1) geri durmaq / addım atmaq; 2) məc. güzəşt etmək, güzəştə getmək, razılaşmaq; to ~ down aşağı düşmək / enmək; to ~ off düşmək; to ~ up 1) pilləkənlə qalxmaq; 2) yaxınlaşmaq (bir kəsə); to ~ up to smb. bir kəsə yaxınlaşmaq;

◊ to ~ off on the wrong foot lap əvvəldən səhv etmək; to ~ on smb.’s toes bir kəsin yaralı yerinə toxunmaq

STENOGRAPHER
STEP-BY-STEP
OBASTAN VİKİ
One Step Closer
One Step Closer, Linkin Park tərəfindən 2001-ci ildə satışa çıxarılan sinqldır. Mahnı çox rəğbət gördü və 2001-ci ilin rok marşı adlandırıldı. = Klibi = One Step Closer-in klibi qrubun üzvü Co Hanın prodüserliyi ilə hazırlanmışdır. Klip Los-Ancelesdə subway tunelində 19 metr dərinlikdə çəkilmişdir. Çox Linkin Park azarkeşlərinə görə mahnı Linkin Park-ın indiyə kimi çıxmış ən yaxşı mahnısıdır. Amerika mahnı siyahılarından olan Billboard 100-də 75-ci sıranı tutub.
Achillea stepposa
Achillea stepposa (lat. Achillea stepposa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Andrey Stepanov
Andrey Nikolayeviç Stepanov (est. Andrei Stepanov; 16 mart 1979, Tallin) — Estoniya futbolçusu, Estoniya milli futbol komandasının və Kiprin Aris Limasol futbol klubunun müdafiəçisi. == Klub karyerası == == Milli karyerası == Stepanov Estoniya milli futbol komandasında 79 oyun keçirib, 1 qol vurub.
Bidens steppia
Bidens steppia (lat. Bidens steppia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Cupressus arizonica var. stephensonii
Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır. Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20–25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir. Toxumla və qələmlə çoxalır. Arizona sərvinə istənilən formanı vermək olur.
Erodium stephanianum
Stefan durnaotu (lat. Erodium stephanianum) - durnaotu cinsinə aid bitki növü.
Ficus stephanocarpa var. subglabra
Ficus fraseri (lat. Ficus fraseri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Gintaras Steponaviçius
Gintaras Steponaviçius — Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçius 23 iyul 1967-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Ali təhsilini Litvada alıb, eyni zamanda Qərbin 4 universitetində təhsilini davam etdirmək imkanı olub. Nazir vəzifəsinə təyin olunanadək son 10 ildə Vilnüsdə öz dairəsi üzrə 3 dəfə parlamentə seçilib. 10 il Vilnüs Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib. Sonra siyasətlə məşğul olmağa başlayıb. Şəhər sovetinin üzvü olub. Bir ildən çoxdur ki, Litva Respublikasının təhsil və elm naziri vəzifəsində çalışır. Nazir olmaqla, eyni zamanda Litva Respublikası parlamentinin üzvüdür. Ailəlidir, iki övladı var.
I Stepanos
I Stepanos (v. 800) — Qafqaz Albaniyasının çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, I Qagikin oğludur və 800-cü ildən sonra vəfat etmişdir.
Katolikos III Stepannos
Katolikos III Stepannos - Albanların LIV katolikosu. 20 il hakimiyyətdə qalmışdır. == Katolikosluğu == Katolikos Bezgendən sonra kürsüyə gəlmişdi. Onun sufraqan keşişi Serkavak bir dəfə Gəncəyə ianə toplamağa gedərkən əmir Bədrəddin onu görmüş və katolikos haqqında öyrənmiş və onu Gəncəyə dəvət etmişdi. Katolikos isə bunu eşidərkən sevinmişdi, çünki indiyəcən heç bir müsəlman əmiri bir katolikosu dəvət etməmişdi. Katolikos və keşişlər şəhərdə gəzərkən əhali əsəbləşmiş, İsfahana şikayət yazandan sonra katolikos və əmiri həbs etmişdilər. Əmir İsfahana qovulandan sonra Stepannos da qızıl və gümüşləri müsadirə olunandan sonra Xaçına göndərilmişdi. == Son günləri və ölümü == Gəncə hadisəsindən sonra bir daha ora getməyə cürət etməyən katolikosdan bezən əhali keçmiş Katolikos Bezgeni anti-katolikos elan edərək yenidən kürsünü ona verdilər. Stepannos isə Bezgeni lənətləri və dindən çıxdığını dedi. Həyatının sonunadək daim yer dəyişmiş və Herg qəsəbəsində ölmüşdü.
Katolikos II Stepannos
Katolikos II Stepannos — Albanların LI katolikosu. == Katolikosluğu == Katolikos II İohannesdən sonra taxta çıxmış və 1129–1131 illərdə il yarım müddətində taxtda oturmuşdur. Mxitar Qoş onun haqqında yazır: O gənclik illərində katolikosluğa cəlb olunmuş, və katolikos kimi il yarım çalışmışdır. Onun ölümündən sonra Albaniya ölkəsi səkkiz il katolikossuz qalmış (1131–1139 11 iyun) və bu müddət ərzində orada katolikos olmamışdır. Həmin müddətdə Albaniyada başqa ölkələrdə ruhanilik etməli olan adamları katolikos seçirdilər. Bu dövrdə Müqəddəs Yağın miqdarı o qədər azalmışdı ki, uşaqları adı su ilə xaç suyuna çəkirdilər və üstün cüzi miqdarda sirkə yaxırdılar.
Katolikos IV Stepannos
Katolikos IV Stepannos - Albanların LVII katolikosu. == Katolikosluğu == Katolikos II Nersesdən sonra kürsüyə gəlmişdi. Bu vəzifəyə gələndə hələ gənc idi. O Kirakos Gəncəlinin siyahısında adı çəkilən son katolikosdur.
Katolikos I Stepannos
Katolikos I Stepannos — Albanların XXXXIX katolikosu. == Katolikosluğu == Katolikos II Markosdan sonra kürsüyə çıxmışdır. Katolikos I Stepannosun taxt illəri dəqiqləşdirilməyib. Lakin orta əsrlər erməni tarixçisi Araveltsi onun adını dolaylı olaraq 1076-cı il hadisələriylə əlaqədar çəkir. 1074-cü ildə Antakiya valisi Vasak Pəhlavuni (Katolikos II Qriqorinin oğlu) öldürüldükdən sonra Bizans sərkərdəsi Filoret bu bəhanə ilə Antakiyaya girir və oranı işğal edir. Sargis adlı bir keşişi katolikos təyin edir. Stepannos onu katolikos kimi tanımadı və lənətlədi.
Katolikos V Stepannos
Katolikos V Stepannos — albanların LXXI katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Lamium stepposum
Lamium amplexicaule (lat. Lamium amplexicaule) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonimləri == Galeobdolon amplexicaule (L.) Moench Lamiella amplexicaulis (L.) E.Fourn. Lamiopsis amplexicaulis (L.) Opiz Lamium amplexicaule var. albiflorum Tubilla & Lázaro Ibiza Lamium amplexicaule var. album Pickens & Pickens Lamium amplexicaule var. amplexicaule amplexicaule Lamium amplexicaule f. amplexicaule Lamium amplexicaule var. arenicola P.Monts. Lamium amplexicaule var.
STEPI
STEPI — Koreya Elm və Texnologiya Siyasəti İnstitutu == Tarixi == STEPI Koreya Qabaqcıl Elm vəTexnologiya İnstitutunun (KAIST) filialı olaraq Elm və Texnologiya Siyasəti Mərkəzi (CSTP) kimi yaradılmışdır. Dr. Jongwook Lee CSTP-nin 1-ci prezidenti olmuşdur. 1993-cü ilin martında CSTP Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) adlandırıldı. 1999-cu ilin yanvar ayında "Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və təşviqi haqqında qanun"a əsasən STEPİ-nin İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasının nəzdində elmi-tədqiqat institute kimi yenidən qurulması təsdiqləndi. Milli tədqiqat və inkişaf layihələrinin planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsinin əsas funksiyaları, eləcə də sənaye və texnologiya siyasətinin tədqiqat funksiyası da STEPI-yə verildi. 2002-ciilin aprel ayında STEPI-nin nəzdində Yeni Texnologiyaların İqtisadi Təhlili Mərkəzi fəaliyyətə başlamışdır. 2005-ci ildə STPEI-nin strukturu İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasından İqtisadiyyat üzrə MilliTədqiqat Şurasına uyğun dəyişdirildi. Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və idarə edilməsi haqqında (31 may 2005-ci il tarixinə) yenidən işlənmiş qanuna əsasən Humanitar və Sosial Elmlər də onun strukturuna daxil edildi. 2008-ci ildə STEPI çərçivəsində Gələcəyin Elmi və Texnologiyası Strateji Mərkəzi, Yeni İnkişaf Aləti Tədqiqat Mərkəzi və Qlobal Siyasət Araşdırmaları Mərkəzi fəaliyyətə başlamışdır.
Sarıq-ool Stepan
Sarıq-ool Stepan (tıva Сарыг-оол, Степан Агбаан оглу 17 noyabr 1908, Tıva – 27 may 1983, Kızıl, Tuva MSSR) — şair, nəsr yazıçısı, tərcüməçi, Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq yazıçısı, Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar ədəbiyyat və incəsənət xadimi, Tıva ədəbiyyatının banisi və klassiki. == Bioqrafiyası == Sarıq-ool Stepan 17 noyabr 1908-ci ildə Kadıqbay Ovura Tannu-Tuva adlı yerdə anadan olmuşdur. Qızılda partiya işçilərinin kurslarını (1930), Moskvadakı Şərq İşçilərinin Kommunist Universitetini (1934), M. Qorki adına Ədəbiyyat İnstitutundakı Ali Ədəbiyyat Kurslarını (1957) bitirib. «Аревэ шыны» qəzetinin redaktoru, Tıva Xalq Respublikası Peşəkarları Birliyi Mərkəzi Komitəsinin sədri, teatr studiyasının direktoru (1940-1942), Tuva Xalq Respublikası Yazıçılar Birliyinin ədəbi məsləhətçisi (1942-1944), Tıva Elm, Ədəbiyyat və Tarix İnstitutunun elmi işçisi (1945-1953), Tıva Kitab Nəşriyyat Evində redaktor (1953-1955), Uluq-Xem almanacının icraçı redaktoru olmuşdur. == Bioqrafiyası == Xalq mahnısına çevrilən "Erge-şolee biste turda" adlı ilk şeiri 1934-cü ildə işıq üzü görür. Kitablarında davamlı olaraq maraqlanan fəlsəfi və poetik düşüncə enerjisini, bəşəriyyətin taleyini əks etdirən enerjini hiss edə bilərsiniz. "Belek" hekayəsi Tıva ədəbiyyatında ilk böyük əsərdir. Hekayə janrının inkişafı bununla başlamışdır. Sarıq-ool Stepan ilk Tıva filmi olan "Mavi çayların insanlarının" ssenarisini yazmışdır. Şeiri əsasında ilk Tıva operası "Çeçen və Belekmaa" (musiqisi R. Kendenbil) yazılmışdır.
Senecio steparius
Senecio steparius (lat. Senecio steparius) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Stephanomeria wheeleri
Stephanophysum
Ruelliya (lat. Ruellia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.
Stephen Carpenter
Stiven Karpenter (ing. Stephen Carpenter; 3 avqust 1970, Sakramento) — ABŞ musiqiçisi. Yaradıcısı olduğu alternativ metal qrupu Deftones-in gitaraçısıdır. == Həyatı == Stiven Karpenter 3 avqust 1970-ci ildə Kaliforniyanın Sakramento şəhərində anadan olub. Atası amerikalı anası isə meksikalıdır. Onun Marsi adlı bacısı var. O, Testament qrupunun üzvü Çak Billinin əmisi oğludur. Stiven Sakramentoda böyüyüb və gənc yaşlarında skeytbord həvəskarı olub.
Stephen Demetre Georgiou
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır. Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır. == Həyatı == Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər. Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi.
Stepnov rayonu
Stepnov rayonu (rus. Степновский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Stepnoe kəndidir. Əhalisi 21 194 nəfərdir (2020). == Coğrafiyası == Rayon Stavropol diyarının cənub-şərq hissəsindədir. Cənubdan Kursk, şərqdən Neftekumski, şimaldan Budyonnovski, qərbdən Sovet və Kirov rayonları ilə həmsərhəddir. Stepnov rayonus dəniz səviyyəsindən 100 metrdən yüksəkliklərdə endirilmiş düzənlik olan Tersko-Kumskaya ovalığında yerləşir. Rayon ərazisi az yağıntı alır, əksinə isə yüksək buxarlanma müşahiddə edilir. Şərq küləyinin üstünlüyü ilə xarakterizə olunan kəskin kontinental iqlimə malik 2-ci quru aeroklimatik zonaya daxil edilmişdir. == Tarix == Stepnov rayonu 1924-cü ilin aprelində Terski dairəsi bir hissəsi olaraq qurulur.
Stepnoy (Xaybulla)
Stepnoy kəndi (başq. Степной) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Stepnoy kəndinin milli tərkibi: başqırdlar 91 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 7 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 51 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Stepped Reckoner
Leybnits kalkulyatoru — 1674-cü ildə alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) tərəfindən yaradılmışdır. Bir çox ədəbiyyatda "Stepped Reckoner" (Pilləli hesablayıcı) adı ilə verilir. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayır. 1674-cü ildə dahi alman riyaziyyatçısı Qotfrid Vilhelm Leybnits (Gottfried Wilhelm Leibniz) "Stepped Reckoner" (Pilləli hesablayıcı) adlı hesab maşınını yaratmışdır. Maşın dörd hesab əməli ilə yanaşı kvadrat kökü də hesablayırdı.
Steppenwolf (musiqi qrupu)
Steppenwolf, 1968-1972-ci illərdə məşhur olan Kanada-Amerikan rok qrupu idi.Qrup 1967-ci ilin sonunda Los-Ancelesdə müğənni Con Key, klaviatura ifaçısı Qoldi MakCon və əvvəllər kanadalı Sparrows qrupundan olan təbilçi Cerri Edmonton tərəfindən qurulmuşdur. Gitarist Maykl Monarx və bas gitarist Raşton Moreve Los-Ancelesdəki səsyazma və musiqi alətləri mağazalarında yerləşdirilmiş elanlar vasitəsilə işə qəbul edilmişdi. Steppenwolf dünya səviyyəsində 25 milyondan çox satış həyata keçirmiş, yeddi Qızıl albom və bir Platinum albom buraxmış, Billboard Hot 100-də 13 sinql çıxartmışdır.Onlardan yeddisi Top 40 hit,"Born to Be Wild", "Magic Carpet Ride" və "Rock Me" isə Top 10-a daxil olmuşdur. Steppenwolf, 1968-1972-ci illərdə dünya miqyasında uğurlu olsa da sonradan heyətin dağılmağı ilə nəticələndi.Con Key, 1967-ci ildən bəri qrupun yeganə dəyişilməz üzvdür.Hətta qrup 1980-dən 2018-ə qədər John Kay & Steppenwolf adı altında fəaliyyət göstərmişdir. == Tarixi == === The Sparrows === 1965-ci ildə Con Key məşhur Kanada qrupu olan The Sparrows-a qatıldı. Qrup isə çox keçmədən dağıldı. === Qrupun yüksəlişi və çöküşü (1967–1972) === 1967-ci ilin sonlarında Qabriel Mekler Con Keyi The Sparrow yenidən yaratmağa çağırdı və Herman Hessenin 1927-ci ildə eyni adlı romanından ilhamlanaraq qrupun adının Steppenwolf-a(Yalquzaq) dəyişdirilməsini təklif etdi. Steppenwolfun ilk iki sinqlı "A Girl I Knew" və "Sookie Sookie" oldu.Qrup nəhayət 1968-ci ildə üçüncü "Born to Be Wild" sinqlından və "The Pusher"-dən sonra dünya şöhrətini artırdı.Hər iki mahnı 1969-cu il istehsalı Easy Rider filmində istifadə olunaraq diqqətləri daha da cəlb etdi . Filmdə əsasən motosikllardan istifadə olunduğu üçün "Born to Be Wild" mahnısı motosikllarla assosasiya olunur. Steppenwolf 1968-ci ildə ,o vaxta qədər ən böyük şoularından biri hesab olunan Fillmore East-də oynayaraq insanların biraz da rəğbətini qazandılar.