Stepnov rayonu[4] (rus. Степновский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Stepnoe kəndidir. Əhalisi 21 194 nəfərdir (2020).
Stepnov rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
44°18′00″ şm. e. 44°34′59″ ş. u. |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1972 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 86563 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayon Stavropol diyarının cənub-şərq hissəsindədir. Cənubdan Kursk, şərqdən Neftekumski, şimaldan Budyonnovski, qərbdən Sovet və Kirov rayonları ilə həmsərhəddir.
Stepnov rayonus dəniz səviyyəsindən 100 metrdən yüksəkliklərdə endirilmiş düzənlik olan Tersko-Kumskaya ovalığında yerləşir. Rayon ərazisi az yağıntı alır, əksinə isə yüksək buxarlanma müşahiddə edilir. Şərq küləyinin üstünlüyü ilə xarakterizə olunan kəskin kontinental iqlimə malik 2-ci quru aeroklimatik zonaya daxil edilmişdir.
Stepnov rayonu 1924-cü ilin aprelində Terski dairəsi bir hissəsi olaraq qurulur[5].
Tersk Regional İcraiyyə Komitəsi Rəyasət Heyətinin 16 dekabr 1924-cü il tarixli fərmanı ilə rayon mərkəzi Solomenskoye kəndindən Stepnoye kəndinə köçürülür və Solomenski rayonu Stepnov olaraq adlandırılır. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 4 fevral 1926-cı il tarixdə icraiyyə komitəsinin bu qərarını təsdiqləyir.
1925-ci ildə aşağıdakı kənd sovetləri və yaşayış məntəqələri Stepnov rayonunun bir hissəsi idi: Kursk, Solomenski, Stepnov, Edisseyski, Andreevski, Kolonii, Olqino və Romanovskaya .
Tersk İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 28 sentyabr 1925-ci il tarixli qərarı əsasında rayonda 4 yeni kənd sovetliyi quruldu: Andreevski, Olqinski, Nadejdenski, Eyqenqelski. Kənd sovetliklərinin sayı 1 yanvar 1926-cı ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin inzibati komissiyası tərəfindən təsdiq edildi.
Rayon 10 yanvar 1943-cü ildə nasist işğalçılarından azad edilmişdir[6].
16 mart 2020-ci il tarixdən etibarən, Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 13 saylı qanununa uyğun olaraq, Stepnov inzibati dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olan Stepnov bələdiyyə dairəsinə birləşdirildi.
Ərazi vahidi statusunu qoruyur[7][8].
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 10 565 kişi (47,61 %) və 11 627 qadın (52,39 %) yaşayırdı[9].
2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:
Milliyyət | sayları | faiz |
---|---|---|
ruslar | 13 881 | 62,55 |
dardinlər | 2985 | 13,45 |
noqaylar | 1651 | 7,44 |
avarlar | 803 | 3,62 |
ermənilər | 512 | 2,31 |
çeçenlər | 388 | 1,75 |
gürcülər | 288 | 1,30 |
qumuqlar | 287 | 1,29 |
tabasaranlılar | 241 | 1,09 |
digərləri | 1156 | 5,21 |
ümumi | 22 192 | 100,00 |
Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 21 yaşayış məntəqəsini əhatə edir.