SUBEKVATORİAL

прил. геогр. субэкваториальный. Subekvatorial qurşaqlar субэкваториальные пояса
SUBDOMİNANT
SUBERİN
OBASTAN VİKİ
Subekvatorial iqlim
Subekvatorial iqlim - savanna iqlimi — subekvatorial enliklərin (Ekvatorial Afrika, Cənubi və Cənub-Şərqi Asiya, Şimali-Avstraliya) iqlimi. Yüksək hava temperaturu (orta temperatur ən soyuq ayda 18°S, yay aylarında 30°S-dir), onun illik tərəddüdünün aşağı olması və yağıntıların (əsasən, yayda düşür) çoxluğu (2000—2500 mm) ilə xarakterizə edilir. Ekvatorial iqlimdən qış mövsümünün kəskin quru olması ilə fərqlənir. Atmosfer dövranı tropik (ekvatorial) mussonların xüsusiyyətinə malikdir.
Subekvatorial qurşaqlar
Subekvatorial qurşaqlar — Yerin iki coğrafi qurşağı. Şimal və Çənub yarımkürələrində, ekvatorial qurşaqla tropik qurşaqlar arasındadı. İqlimində ekvatorial mussonlar (qışı quraq, yayı rütubətli, temperaturu daim yüksək) üstünlüyə malikdir. Subekvatorial qurşaqlar yayda (müvafiğ yarımkürələrdə) ekvatorial hava kütləsinin, qışda passatların (tropik hava) təsiri altındadır. Orta aylıq temperatur 15—32°S, illik yağıntının miqdarı 250–2000 mm-dir. Yağıntının 90—95%-i yağışlar dövründə (2—10 ay) düşür. Landşaft zonaları (daimi rütubətli meşələr, mövsümi rütubətli meşələr, rütubətli hündürotlu savannalar və savanna meşələri, tipik savannalar, səhralaşmış savannalar və savanna meşələri) meridian istiqamətindədir. Heyvanat aləmi üçün kövşəyən çutdırnaqlılar, yırtıcılar, gəmiriçilər, termitlər, ikiqanadlılar və zərqanadlı cücülər səçiyyəvidir. Subekvatorial qurşaqların okean sularında (səthdə) temperatur ilboyu təqribən 25°S-dir. Duzluluq ekvatora doğru 37%-dək azalır.

Digər lüğətlərdə